Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında


Xarİci qaz kəmərlərİ və mühafİzə tədbİrlərİ



Yüklə 159,23 Kb.
səhifə4/23
tarix02.01.2022
ölçüsü159,23 Kb.
#45773
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   23
2. 103 saylı qərar

3. Xarİci qaz kəmərlərİ və mühafİzə tədbİrlərİ

3.1. Şəhərdə, qəsəbədə, yaxud kənd yaşayış məntəqəsində qazın paylaşdırılması sistemi, istehlakçıların qaz ilə aramsız təchiz edilməsini, qaz kəmərlərinin təhlükəsiz istismarını və ayrı-ayrı qaz təchizatı rayonlarının qaz kəmərindən açılmasını təmin etməlidir.

Açma armaturunun quraşdırılması yeri şəhərin, qəsəbənin, yaxud kənd yaşayış məntəqəsinin qaz ilə təmin edilməsi layihəsində təyin edilməlidir.

Açma armaturu elə yerləşdirilməlidir ki, qəza şəraitində ayrı-ayrı mikrorayonların, yaxud sahələrin tezliklə kəmərdən açılması mümkün olsun.

3.2. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin ərazisindəki, həmçinin sənaye, kənd təsərrüfatı, kommunal və məişət istehlakçılarının qaz kəmərləri, nəql edilən qazın təzyiqindən asılı olaraq: aşağı təzyiqli (0,05 kqq/sm2-ə, yaxud 500 daPa qədər), orta təzyiqli (0,05-dən 3 kqq/sm2-ə qədər, yaxud 500 daPa-dan 0,3 Pa-ya qədər) və yüksək təzyiqli (3 kqq/sm2-dən, yaxud 0,3 Pa-dan artıq) qaz kəmərlərinə ayrılır.

3.3. Qazın yüksək təzyiqli şəhər magistral qaz kəmərindən orta və aşağı təzyiqli paylaşdırıcı qaz kəmərlərinə və orta təzyiqli qaz kəmərlərindən aşağı təzyiqli qaz kəmərlərinə verilməsi, qaz tənzimləyici məntəqələr (QTM), yaxud qaz tənzimləyici qurğular (QTQ) vasitəsilə həyata keçirilir.

3.4. Şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin ərazisində qaz kəmərləri, bir qayda olaraq, torpağa basdırılır, sənaye və kommunal müəssisələri ərazisində isə yerin üstü ilə çəkilir.

Məhəllələrarası (həyətlərarası) qaz kəmərlərinin çəkilməsi həm yeraltı, həm də yerüstü aparıla bilər (dayaqlar üzəri ilə, yaxud yaşayış və ictimai binaların xarici divar boyu ilə).

Binaların divarının xarici hissəsindən yeraltına keçən bütün yeraltı kommunikasiyaların (su kəmərləri, kanalizasiya, istilik şəbəkəsi, telefon və elektrik kabelləri və s.) girişləri və çıxışları kipləşdirilməlidir.

3.5. Qaz kəməri müəssisənin, anbarın və s. ərazisindən keçərkən, ona nəzarət və təmir işləri aparmaq üçün qaz təsərrüfatı istismar işçilərinin həmin ərazilərə girməyə daimi icazəsi olmalıdır.

Sənaye müəssisəsinin, yaxud anbarın ərazisindən keçən yeraltı qaz kəməri xətti boyunca ən azı 4 metr enində sahə ayrılmalıdır;

həmin sahədə material və avadanlıqların yığılmasına icazə verilmir. Onun üzərində tikinti işlərinin aparılmasına, sənaye müəssisəsinin baş planı və layihələşdirmə normaları üzrə Dövləttikintikom tərəfindən təsdiq edilmiş Tikinti Norma və Qaydaları ilə (TN və Q) təyin olunan arakəsmələrin saxlanmasına əməl edilməsi şərti ilə icazə verilir (Əlavə 1).*

3.6. Yeraltı qaz kəmərlərinin istiqaməti göstəricilərlə qeyd edilməlidir (divar göstəriciləri ilə reperlərlə və s.).

3.7. Yeraltı qaz kəmərləri ilə başqa yeraltı kommunikasiyalar və qurğular arasındakı horizontal və şaquli məsafə (metrlə) 2-ci və 3-cü əlavələrdə göstərilmiş kəmiyyətlərdən az olmamalıdır. Yeraltı qaz kəmərlərinin qaynaq olunmuş birləşmələrindən yer altında kəsişən mühəndis kommunikasiyalarının (planda) divarına qədər məsafə 1 m-dən az olmamalıdır.

3.8. Təzyiqi 6 kqq/sm2 (0,6 MPa) qədər olan qaz kəmərləri binaların arası ilə və tağların altından çəkildikdə və bu sahələrdə, habelə binaların və qurğuların hər bir tərəfindən 5 metr məsafədə qaz kəməri tikişsiz borulardan, əyilmiş və ştamplanmış ayırmalardan ibarət olduqda: bütün qaynaq birləşmələri isə rentgen, yaxud qammaqraflama üsulu ilə yoxlanan hallarda, belə borulardan binalara və yeraltı qurğulara qədər olan məsafəni Dövləttikintikomun təsdiq etdiyi Texniki Norma və Qaydalar (TN və Q) şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin planlaşdırılması və abadlaşdırılmasının layihələşdirmə normalarının müvafiq bölməsində göstəriləndən 50%-dək azaltmağa icazə verilir (əlavə 2 və 4)

3.9. Qaz kəmərlərindən ağacların gövdəsinə qədər məsafə 1,5 metrdən az olmamalıdır. Ondan kol bitkilərinə qədər olan məsafə müəyyənləşdirilmir.

3.10. Bir xəndəkdə iki və daha artıq qaz kəməri quraşdırıldıqda (bir və yaxud müxtəlif səviyyələrdə) onların arasındakı məsafə quraşdırma və təmir üçün şərait yaradılmasına imkan verməlidir və bu məsafə 300 mm-ə qədər diametri olan borular üçün 0,4 m, 300 mm-dən yuxarı diametri olan borular üçün isə 0,5 m-dən az olmamalıdır.

3.11. İşləyən qaz kəmərinə paralel yeni qaz kəmərinin çəkilişi onlar arasındakı məsafə, tikinti-quraşdırma işləri zamanı işləyən qaz kəmərinin təhlükəsizliyini təmin etməli və 4-cü əlavədə göstərilən kəmiyyətlərdən az olmamalıdır.

3.12. Bu xəndəkdə yerləşdirilən 3 kqq/sm2 (0,3 MPa) qədər təzyiqli qaz kəmərləri ilə başqa yeraltı kommunikasiyalar (kabel xətlərindən başqa) arasındakı horizontal məsafə 0,8 m-dən az olmamalıdır.

3.13. Qaz kəmərləri məhəllələrarası kollektorlardan, texniki yeraltı sahələrdən və texniki dəhlizlərdən keçirsə, burada onların havasını hər saatda 3 dəfə daim dəyişə bilən ventilyasiya qurğusu quraşdırılması və qazın olması barədə uzaq məsafədən xəbər verən siqnalizasiya cihazları qoyulmalıdır. Siqnallar bütün gecə və gün ərzində növbətçilər olan dispetçer məntəqələrində qeydə alınmalıdır.

Texniki dəhlizlərdə, texniki yeraltı sahələrdə və məhəllələrarası kollektorlarda ancaq alçaq təzyiqli qaz kəmərlərinin çəkilməsinə icazə verilir. Bu yerlərdə quraşdırılan və şərti diametri 50 mm-dən artıq olan qaz kəmərlərinin bütün qaynaq birləşmələri fiziki nəzarət üsulları ilə yoxlanılmalıdır.

Kollektorlarda, texniki dəhlizdə yeraltı sahələrdəki qaz kəmərlərində siyirtmə qoyulmasına icazə verilmir. Bu yerlərdən keçən qaz kəmərlərində xətti açma siyirtmələrinin qoyulması zərurəti olduqda, onlar hermetikləşdirilmiş arakəsmələrdə, yaxud kollektordan kənarda qoyulmalıdır.

Qaz kəmərləri keçən texniki yeraltı sahələr və dəhlizlərdən anbar və başqa məqsədlər üçün istifadə etmək olmaz. Həmin ərazilərdə qaz kəmərinə xidmət edən şəxslər istənilən vaxt ora daxil ola bilməlidirlər. Kollektorlarda, texniki yeraltı sahələrdə və texniki dəhlizlərdə mayeləşdirilmiş qaz kəmərlərinin çəkilməsinə icazə verilmir.

Sənaye müəssisələri üçün qazın təzyiqi 0,6 kqq/sm2 (0,6 MPa-dək) olan qaz kəmərlərinin başqa boru kəməri və rabitə kabelləri ilə birlikdə yarımkeçidli kanallarda və kollektorlarda çəkilməsinə kanallar və kollektorlar mütləq ventilyasiya olunduqda və işıqlandırıldıqda icazə verilir. Ümumi kanalda və yaxud kollektorda qaz kəmərlərinin güc kabelləri ilə birlikdə çəkilməsinə icazə verilmir.

3.14. Qaz kəmərləri binaların özülündən keçən yerlərdə, həmçinin (zirzəmiyə, binaya girişi quraşdırdıqda), bir qayda olaraq, onlar polad futlyara salınmalıdır. Möhkəmlik və uzun müddət işləməsi şərtlərinə cavab verə bilən başqa futlyara salınmasına da icazə verilir. Futlyara salınmış qaz kəməri sahəsində birləşmələr olmamalıdır.

Özül ilə qaz kəmərinin ən yaxın birləşməsi arasındakı məsafə 0,5 m-dən az olmamalıdır.

Qaz kəmərinin özüldən 2m-dən az məsafədə yerləşən (qazın təzyiqi 0,05 kqq/sm2 və ya 500 daPa olan hallarda) və 4m-dən az məsafədə (qazın təzyiqi 0,05-dən 3 kqq/sm2 və ya 500 daPa-dan 0,03 MPa-yadək olan halda) yerləşən sahələrdəki bütün birləşmələr fiziki nəzarət üsulu ilə yoxlanmalıdır.

Qaz kəməri ilə futlyarın arası qatranlaşdırılmış liflərlə və bitumla bağlanmalı, borular və ayırmalar (dirsəklər) güclü izolyasiya ilə örtülməlidir.

Qaz kəməri futlyarı binanın özülündən keçən yerlərdə diqqətlə kipləşdirilməlidir.

3.15. Alçaq təzyiqli yeraltı qaz kəmərinin horizontal sahəsi, kürsi mərtəbəyə girişin dirək borusuna əyilmiş, yaxud çox əyilmiş ayırmalar tətbiq edilməklə qaynaq edilib birləşdirilməli və fiziki nəzarət üsulları ilə yoxlanılmalıdır.

Qaz kəməri dirək borusunun yerdən çıxan sahəsi zədələnmədən mühafizə edilməlidir.

3.16. Kommunikasiya kanalları (tunellər), piyada tunelləri, kollektorlar və başqa bunlara uyğun yeraltı qurğular ilə kəsişən qaz kəmərləri, habelə tikintilərdən keçən qaz kəmərləri futlyara salınmalı və korroziyaya (paslanmaya) qarşı örtüklə izolə edilməlidirlər.

Futlyarın ucları kəsişdikləri tikilinin xarici divarlarından hər iki tərəfə ən azı 2 m-ə qədər çıxarılmalı, təbii, yaxud süni düzəldilmiş və sıxılmış torpağa oturdulmalı, qətranlı liflərlə kipləşdirilməli və üzərinə bitum tökülməlidir.

Qaz kəmərlərinin kəsişmə yerindəki və bundan hər iki tərəfə 5 m məsafədəki bütün qaynaq birləşmələri fiziki nəzarət üsulları ilə yoxlanılmalıdır.

Kollektorun, tunelin, quyunun və s. divarlarından futlyar keçdiyi yerlər diqqətlə kipləşdirilməlidir. Təzyiqi 6 kqq/sm2 (0,6 MPa-dan) artıq olan qaz kəmərlərinin göstərilən tikintilərin divarlarından keçirilməsinə icazə verilmir.

Qaz kəmərləri istilik xətləri ilə kəsişdikləri yerlərdə onların istilik xətləri ilə kəsişdikləri kameraların tikinti konstruksiyalarından, keçidsiz kanallarından və taxçalarından keçirilməsinə icazə verilmir.

Qaz kəmərləri ilə istilik şəbəkələrinin kameraları və taxçaları arasındakı məsafə horizontal (işıqda) 0,3 m-dən az olmamalıdır.

Qaz kəmərləri ilə kanal və tunellər arasındakı məsafə vertikal (işıqda) 0,2 m-dən az olmamalıdır.

3.17. Yerin altı ilə futlyarda çəkilən qaz kəməri bütün hallarda qaynaq tikişindən futlyarın qurtaracağına qədər olan ara 100 mm-dən az olmamalıdır.

3.18. Tikinti meydanlarında metal kəsmək üçün təbii və mayeləşdirilmiş qazlardan (propan-butan) istifadə edildikdə, yerüstü və yeraltı oksigen kəmərləri ilə yanaşı müvəqqəti qaz kəmərinin salınmasına icazə verilə bilər. Yeraltı kəmərlərin çəkilməsinə elə hallarda icazə verilə bilər ki, burada nəqliyyat hərəkət etməsin, borunun yuxarısınadək məsafə 0,6 m-dən az olmasın və qaz kəməri ilə oksigen kəməri arasında (işıqda) məsafə 400 mm-dən az olmasın. Yerin üstü ilə həmin kəmərləri kran yolları boyu dəmir-beton dirəklərdə və habelə birbaşa şpalların üzəri ilə çəkmək olar.

Bu sahələrdə kəmərə açıcı qurğular qoyulmasına icazə verilmir.

3.19. Qaz kəmərlərində açıcı mexanizmlər aşağıda göstərilən yerlərdə qoyula bilər:

qaz kəmərlərinin qaz paylayıcı məntəqələrə (QPM), qaz anbarlarına girişlərində və oradan çıxışlarında;

qaz kəmərlərinin ayrı-ayrı yaşayış evlərinə, ictimai və istehsalat binalarına, yaxud bir qrup bitişik binaların (iki və daha artıq) girişlərində, habelə qazdan istifadə edən açıq (xarici) qurğulardan (səyyar qazanxana bitum bişirən qazanlar və s.);

iki xətlə çəkilən qaz kəmərlərinin su maneələri ilə kəsişdikləri yerlərdə, həmçinin su maneələrinin orta səviyyəsinin üfüqi hissəsinin eni 50 metr və çox olduqda;

qaz kəmərləri kollektorda qoyulduqda (girişdə, dairəvi şəbəkələrdə isə həmçinin çıxışda).

Bundan əlavə açıcı mexanizmlər aşağıda göstərilən yerlərdə də qoyula bilər:

hər cür təzyiqli paylayıcı qaz kəmərlərində ayrı-ayrı rayonları, yaxud qaz təchizatı sahələrini kəmərdən açmaq üçün;

hər cür təzyiqli paylayıcı qaz kəmərlərindən müəssisəyə, ayrı-ayrı mikrorayonlara, yaxud bir qrup yaşayış və ictimai binalara gedən şaxələnmə (ayırma) yerlərində;

hər cür təzyiqli qaz kəmərləri dəmir yolları, I və II kateqoriyalı avtomobil yolları və şəhər avtomobil magistralları ilə kəsişdiyi yerlərdə.

Açma armaturları elə yerləşdirilməlidir ki, lazım olduqda (qəza hallarında və s.) mikrorayonları, yaxud ayrı-ayrı sahələri ümumi qaz kəmərindən dərhal açmaq mümkün olsun.

3.20. Yeraltı qaz kəmərlərində açma armaturu, bir qayda olaraq, quyularda quraşdırılmalıdır. Ətrafına hasar çəkmək şərtilə açma armaturunu yerin üstündə də qoymağa icazə verilir.

Qaz kəmərlərinə flyanslar vasitəsilə bağlanan çuqun və polad armaturlar kompensatorlarla birlikdə quraşdırılmalıdırlar.*

3.21. Yeraltı qaz kəmərində, açıcı mexanizmlər qurulmuş quyular tikinti xəttindən, binanın divarından, sənaye, yaxud kommunal müəssisənin hasarından 2 metrdən az olmayan məsafədə, habelə ona xidmət etmək üçün əlçatan yerdə yerləşdirilməlidir.

Çöl şəraitində quyuların ağzı yerin səthindən 0,4—0,5 metr hündürdə olmalı və asanlıqla açılan, qıfıllı qapaqla örtülməlidir.

3.22. Qaz kəmərlərinə quraşdırılan açıcı boru kəmərləri mexanizmlərini hərəkətə gətirən elektrik avadanlıqlarının partlayışdan qorunması hesablamaları yüksək kateqoriyalı partlayış qorxusu olan qarışıqlardakı komponentlər üçün olduğu kimi qəbul edilməlidir.

3.23. Açıcı mexanizmlərin hidravlik siyirtmələri ancaq alçaq təzyiqli qaz kəmərlərində tətbiq edilməsinə icazə verilir. Hidravlik siyirtmənin maye sütununun işlək səviyyəsi qaz kəmərinin maksimal işlək təzyiqindən 200 mm artıq olmalıdır. Hidravlik siyirtmələr quraşdırıldıqda 3.24 bəndinin tələblərinə əməl edilməlidir.

3.24. Kondensat yığıcıları və hidravlik siyirtmələr, onların donmamasını təmin edən dərinlikdə qoyulmalıdır.

Kondensat yığıcıları qaz kəmərlərinə ancaq qaynaq vasitəsilə birləşdirilməlidir.

Kondensat yığıcılarından kondensatı boşaldan borular yerin səthinə, örtük altına, yaxud dayaz quyunun qapağı altına çıxarılmalıdır.

Kondensat yığıcıları və hidravlik siyirtmələr qüvvədə olan normalar üzrə hazırlanmalıdır.

3.25. Örtük beton, dəmir-beton, yaxud onların ağırlığına davam edən, çökməyən başqa özül üzərinə qoyulmalıdır. Kondensat yığıcı borusunun və ya tıxacı ilə örtüyün, yaxud qapağın arasındakı məsafə 10 sm-dən az olmamalıdır.

3.26. Dağ-mədən rayonlarından keçən yeraltı qaz kəməri xətlərinin nəzarət boruları istehsal ərazisində bir-birindən 50 metrdən artıq olmayan məsafələrdə qoyulmalıdır.

Nəzarət boruları yerin səthinə örtük altında çıxarılmalıdır.

3.27. Şəhərlərdən, qəsəbələrdən və kənd yaşayış məntəqələrindən keçən qaz kəmərləri xəttində nəzarət ölçü məntəqələri arasındakı intervallar 200 metrdən artıq, yaşayış məntəqələrindən kənarda isə bu məsafə 500 metrdən artıq olmamalıdır. Nəzarət ölçü məntəqələri qaz kəmərlərinin elektrik enerjisi ilə işləyən dəmir yolu xətləri və eni 50 metrdən artıq olan su maneələri ilə kəsişdikləri yerlərdə də qoyulmalıdır.

Elektrik potensiallarını ölçmək üçün qaz kəmərlərindəki siyirtmələrdən, girişlərdən kondensat yığıcılarından və digər avadanlıqlardan, yaxud qurğularından istifadə edilə bilər.

3.28. Yerüstü qaz kəmərinin elektrik xətləri ilə kəsişdikləri yerlərdə hər iki tərəfdən 10 metrdən yaxın məsafədə armaturların kondensat yığıcılarının və başqa qurğuların qoyulmasına icazə verilmir.

3.29. Qaz kəmərlərinin dəmir yolu və tramvay nəqliyyatı relsləri ilə onların çevirici oxları çarpazları altında, habelə kabellərin birləşdikləri yerlərdə kəsilməsinə icazə verilmir.

Qaz kəmərləri tramvay yollarının altından həmin göstərilən yerlərdən ən azı 3 metr aralı, dəmir yolu xətlərinin altından isə ən azı 10 metr aralı keçməlidir.

3.30. Alçaq və orta təzyiqli qaz kəmərlərini, oda davamlığı IV dərəcədən aşağı olmayan yaşayış və ictimai binaların xarici divarları boyu, hər cür təzyiqli qaz kəmərlərinin isə ayrı qoyulmuş yanmayan dirəklərin (dayaqların) üzəri ilə çəkmək olar.

Boruların şərti diametri 50 mm-dək olan alçaq təzyiqli qaz kəmərlərini oda davamlılığı V dərəcə olan yaşayış binalarının (taxtadan olan) xarici divarları boyu çəkmək olar.

3.31. Sənaye müəssisələrinin ərazisində yerüstü qaz kəmərlərinin yanan materialdan olan estakada, dayaqlar və dirəklərin üzəri ilə çəkilməsinə icazə verilmir.

Bütün yerüstü qaz kəmərlərinin sənaye müəssisələrinin ərazilərində yana bilən örtüklər və divarlarla, içərisində partlayış qorxulu materiallar və maddələr olan binaların örtüyü və divarları ilə, yana bilən və tez alışan materiallar anbarları yerləşən sahələrdə çəkməyə və dəhlizlərdə yerləşdirməyə icazə verilmir.

3.32. Dayaqlar üzərində qoyulan yerüstü qaz kəmərlərindən binaların divarlarına qədər olan üfüqi (işıqla) məsafə, həmçinin yerüstü qaz kəmərlərinin quraşdırılmasının hündürlüyü Dövləttikintikom tərəfindən təsdiq edilmiş müvafiq Tikinti Norma və Qaydaları ilə (TN və Q) (əlavə 5, 6 və 10, 11) müəyyən edilən kəmiyyətlərdən az olmamalıdır.

Dayaqlar üzərində quraşdırılan alçaq təzyiqli yerüstü qaz kəmərləri ilə qısa müddətli tikintilər (daxma, qısa müddətli qızdırılan şitilliklər və s.) arasındakı məsafə məhdudlanmayır.

3.33. Qaz kəmərləri korroziya (paslanma) törədən aktiv maddəli boru kəmərləri ilə yanaşı çəkildikdə, həmin boru kəməri qaz kəmərindən ən azı 250 mm kənarda, yaxud aşağıda olmalıdır. Korroziya (paslanma) törədən aktiv maddəli borularda flyanslı birləşmələr olduqda, aktiv maddələrin qaz kəməri üzərinə düşməməsi üçün flyans üzərində qoruyucu örtük quraşdırılmalıdır.

3.34. Bir neçə yerüstü qaz kəməri, yaxud qaz kəməri ilə başqa boru kəmərləri birlikdə çəkildikdə, əgər qaz kəmərinin və onun dayaqlarının saxlama qüvvəsi buna imkan verirsə, alçaq və orta təzyiqli qaz kəmərlərinə başqa qaz kəmərlərinin və ya boru kəmərlərinin bərkidilməsinə icazə verilir. Belə bərkitmənin mümkün olub-olmamasını layihələşdirici təşkilat təyin etməlidir. Bu məqsədlər üçün dirsəklərin (kronşteynlərin) qaynaq edilməsinə ancaq sənaye müəssisələri ərazisində olan qaz kəmərlərində icazə verilir. Dirsəklər (kronşteynlər) boru divarlarının qalınlığı 6 mm-dan az olmayan qaz kəmərlərinin dairəvi tirlərinə, yaxud qabırğalara qaynaqla bənd edilməlidirlər.

Yüksək təzyiqli qaz kəmərlərinə halqaların və dirsəklərin (kronşteynlərin) qaynaq edilməsinə icazə verilmir.*

3.35. Sexlərdən korroziya (paslanma) törədici aktiv qazlarla çirklənmiş hava, yaxud korroziyaya (paslanmaya) səbəb olan aktiv mayelərin buxarları çıxan yerlərdə çəkilmiş yerüstü qaz kəmərləri, həmin maddələrdə korroziyaya qarşı örtüklə mühafizə olunmalıdır.

3.36. Qaz kəmərlərini dayaqlar üzərinə qoyduqda, qaz kəmərlərinin qaynaq tikişləri dayaqların kənarından 200 mm-ə qədər diametrli borular üçün ən azı 300 mm məsafədə, diametri 200 mm-dən artıq olan borular üçün isə ən azı 500 mm məsafələrdə yerləşdirilməlidir.

Tikişli polad borulardan ibarət qaz kəmərlərinin tikiş yeri dayaqlara söykənməməlidir. Boru kəmərinin tikişləri nəzarət üçün əlçatan yerdə olmalıdır.

Siyirtmələrin, yaxud kompensatorların flyanslarından dayağa qədər olan məsafə 400 mm-dan az olmamalıdır.

3.37. Qaz kəmərlərini binaların örtüyü üzərindən çəkdikdə binanın örtüyü ilə qaz kəmərinin alt hissəsi arasındakı məsafə 0,5-dən az olmamalıdır. Qaz kəmərindəki armatura və avadanlıqlara xidmət etmək üçün pilləkənli meydançalar quraşdırılmalıdır. Qaz kəməri binaların ventilyasiyasına və damına işıq fanarları olduqda, onların işıqlanmasına mane olmamalıdır.

3.38. Binaların xarici divarları boyu, estakadalarda, dayaqlarda və s. çəkilən qaz kəmərlərinin torpaqdan çıxan hissəsi, zədələnmədən qorunmalıdır.

3.39. Binanın divarı boyu çəkilən qaz kəmərləri pəncərə və qapı boşluqları ilə kəsişməməlidir.

İstehsalat sexlərində və qızdırıcı qazanxanalarda alçaq və orta təzyiqli qaz kəmərlərinin açılmayan pəncərə çərçivələri ilə kəsişməsinə onların impostu uzunu yol verilə bilər.

Yüksək təzyiqli qaz kəmərlərini ancaq qapı, pəncərə və s. boşluğu olmayan bütöv divarlarla, yaxud istehsalat binalarının yuxarı mərtəbələrinin pəncərələrinin üstü ilə çəkmək olar.

3.40. Binaların xarici divarları boyu çəkilən qaz kəmərlərində pəncərə və balkonların altında flyans birləşmələri və armaturlar olmamalıdır.

3.41. Qaz kəməri ilə onun çəkildiyi divar arasındakı məsafə elə olmalıdır ki, qaz kəmərinə və onun üzərində quraşdırılan avadanlığa nəzarət etmək mümkün olsun və təmir işləri aparmağa imkan olsun.

3.42. Binaların divarı ilə çəkilmiş qaz kəmərləri (mühafizə olunmuş və mühafizə olunmamış) elektrik xətti ilə kəsişdikdə, həmçinin onlar paralel çəkildikdə aralarındakı məsafə Dövləttikinitkom tərəfindən təsdiq olunmuş müvafiq Tikinti Norma və Qaydalarının (TN və Q) (əlavə 6, 7) tələblərinə uyğun olmalıdır.

3.43. Qaz kəməri ilə rozetka və elektrik açarları arasında məsafə 0,5 metrdən az olmamalıdır.

Qaz kəməri ilə paylaşdırıcı qutu və zəif cərəyanlı kommunikasiyalar (antenalar, radio naqilləri) arasındakı məsafə açıq çəkilmiş izoləli elektrik xətlərinə qədər olan məsafə kimi götürülməlidir (əlavə 7-yə bax).

3.44. Binaların divarı boyu çəkilən qaz kəməri ilə rabitə qurğuları arasındakı məsafə, onların yaxınlaşma və kəsişmə yerlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qüvvədə olan normativ-texniki sənədlərinin tələblərinə uyğun olmalıdır (bax: əlavə 8). 12

3.45. Eyni dayaq üzərində qaz kəməri ilə elektrik xətlərinin çəkilməsi elektrik qurğularının quraşdırılması Qaydalarına uyğun olaraq aparılmalıdır.

Nəql edilən qazın sıxlığı 0,8-dən artıq olmayan hallarda (havaya nisbətən) qaz kəmərləri elektrik xətlərinin üstündən keçməlidir, sıxlığı 0,8-dən artıq olan (havaya nisbətən) qaz kəmərləri isə elektrik xətlərinin altından keçməlidir.

3.46. Orta və alçaq təzyiqli qaz kəmərlərinin girişindəki açıcı mexanizmlər bir qayda olaraq, binaların bayır hissəsində, xidmət üçün əlverişli və əlçatan yerlərdə qoyulmalıdır. Açıcı mexanizmlərin binaların içərisində də (pilləkənlər boşluğunda, dəhlizlərdə, tamburlarda) qoyulmasına icazə verilir.

Binaların xarici divarında qoyulan yüksək təzyiqli qaz kəmərinin girişindəki açıcı mexanizmlər qapı boşluqlarının üstündən yuxarıda qoyulmalıdır. Açıcı qurğu quraşdırılan divarda pəncərələr və ventilyasiya bacaları olmamalıdır.

3.47. Mayeləşdirilmiş qaz nəql edən qaz kəmərlərinin girişindəki açma qurğuları, bir qayda olaraq, binanın xaricində quraşdırılmalıdır. Girişdəki açıcı mexanizmlər pilləkən boşluğunda, yaxud tamburda quraşdırıldıqda, qaz kəmərindən kondensatı xaric edən qurğu binanın xaricində quraşdırılmalıdır.

3.48. Armatur 2,2 metrdən yüksəkdə quraşdırıldıqda, armatura xidmət etmək üçün yanmayan materialdan pilləkənli meydança, yaxud da məsafədən idarəetmə ötürücüsü quraşdırılmalıdır.

Az istifadə olunan armaturlar üçün xidmət zamanı səyyar nərdivanlardan istifadə etmək olar.

3.49. Bütün təzyiqli qaz kəmərlərinin çaydan, kanaldan və başqa su maneələrindən, həmçinin dərələrdən, dəmir yolu xətlərindən, avtomobil yollarından və s. sualtı (dukerlərdən), keçidli yeraltı və yaxud yerüstü (suüstü) ola bilər.

3.50. Dəmir yolu xətlərindən, avtomobil yollarından, su maneələrindən (çay kanal və s.) keçdiyi yerlərdə qaz kəmərlərinin bütün qaynaq birləşmələri, həmçinin avtomobil yollarının altından, körpülərdən, bəndlərdən və başqa hidrotexniki qurğular üzəri ilə çəkilən qaz kəmərlərinin bütün qaynaq birləşmələri fiziki nəzarət üsulları ilə yoxlanmalıdır.

3.51. Gəmilər işləyən çaylardan keçən qaz kəmərinin hər bir sualtı keçidində mühafizə zonasının müəyyən edilmiş nümunəli siqnal işarələri qoyulmalıdır, hər bir keçidin yaxınlığında isə daimi reperlər qoyulmalıdır;

su maneələrinin eni 50 metrə qədər olduqda reper bir sahildə, daha enli sahələrdə isə hər iki sahildə qoyulmalıdır.

3.52. Təzyiqi 6 kqq/sm2 (0,6 MPa) qədər olan qaz kəmərləri yanmayan (dəmir-beton, metal və daş) avtomobil və piyada körpüləri ilə, 12 kqq/sm2 (1,2 MPa) qədər təzyiqli qaz kəmərləri isə bəndlər və başqa hidrotexniki tikintilərin üzəri ilə çəkilə bilər.

Körpülərdən keçirilən qaz kəmərləri ancaq polad borularla çəkilməlidir və onların kompensator qurğuları olmalıdır. Qaz kəmərini körpülərin kanallarında çəkməz olmaz.

Körpülərdən asılan qaz kəmərləri elə yerləşdirilməlidir ki, körpünün konstruksiyalarında qazın yığılması (qaz sızan hallarda) ehtimalı olmasın.

3.53. Kənd yerlərində mövsümlə işləyən qurğularda (taxıl qurudan qurğu, lokomobil və s.) aşağıdakılara yol verilir:

polad borulardan qaynaq olunmuş müvəqqəti yeraltı qaz kəmərlərinin 0,3 metrdən az olmayan dərinlikdə qoyulmasına;

bu halda qaz kəmərlərinin normal tipə uyğun mühafizə örtüyü olmalıdır;

yolların altından keçən qaz kəmərləri futlyara salınmalıdır;

diametri 50 mm-ə qədər olan müvəqqəti yerüstü qaz kəmərləri baş verə bilən mexaniki zədələnmələrdən mühafizə olunmalıdır;

müvəqqəti qaz kəmərlərinin dayaqlar (dirəklər) üzəri ilə, yaxud yerin üstü ilə rezin parça qollarla çəkilməsinə;

bu halda birləşdirici şlanqların uzunluğu 30 metrdən artıq olmamalıdır, qaz kəmərləri nəqliyyat və kənd təsərrüfatı maşınları ilə zədələnmədən mühafizə olunmalıdır, qollar yerin üstü ilə çəkildikdə, onların istiqaməti (yeri) müvafiq işarələrlə (nişanlarla) göstərilməlidir.

Mövsümlü qurğularda təzyiqi 3 kqq/sm2 (0,3 MPa)-ya qədər olan qazdan istifadə olunmasına icazə verilir.


Yüklə 159,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin