Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında


MAGİSTRAL boru KƏMƏRLƏRİNİN MÜHAFİZƏSİ



Yüklə 159,23 Kb.
səhifə3/23
tarix02.01.2022
ölçüsü159,23 Kb.
#45773
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   23
2. 103 saylı qərar

2. MAGİSTRAL boru KƏMƏRLƏRİNİN MÜHAFİZƏSİ

2.1. Bu Qaydalar, mədən və mədəndaxili boru kəmərləri və kollektorlar da daxil olmaqla, təbii süni karbohidrogenli qazları, kondensat, sıxılmış karbohidrogenli və mayeləşdirilmiş qazları, digər sıxılmış karbohidrogenləri nəql edən magistral boru kəmərlərinin mühafizəsini təmin edir.

2.2. Bu Qaydaların şamil edildiyi magistral boru kəmərlərinə aşağıdakılar daxildir:

şaxələnmiş qollarla, bağlayıcı armaturlarla, təbii və süni maneələrdən keçən keçidlərdə, kompressor stansiyalarına qoyulmuş qovşaqlarla, təmizləyici qurğuların qəbul və buraxma qovşaqları ilə, qaz sərfi qovşaqları ilə metanolu daxil edən qurğularla birlikdə boru kəmərləri;

boru kəmərlərini paslanmadan mühafizə edən elektrokimyəvi mühafizə, texnoloji rabitənin qurğuları və xətləri, boru kəmərlərinin telemexanika ləvazimatları;

məsafədən idarə edilən bağlayıcı armaturların, boru kəmərlərinin elektrokimyəvi mühafizə qurğularının elektrik ötürücü xətləri və elektrik təchizatı cihazları;

yanğından mühafizə ləvazimatı, boru kəmərlərinin eroziyaya qarşı mühafizə qurğuları;

kondensatın saxlanması və qazsızlaşdırılması üçün tutumlar, sıxılmış karbohidrogenlərin buraxılması üçün yeraltı anbarlar;

boru kəmərlərinin istismarında xidməti xətt qurğuları;

boru kəmərləri boyunca yerləşən daimi yollar, vertolyot meydançaları, kəmərlərə gedən yollar, boru kəmərlərinin yerlərini göstərən fərqləndirici və xəbərdaredici nişanlar;

əsas və aralıq kompressor və qazpaylayıcı stansiyalar avtomobillərə sıxılmış qazdoldurma stansiyaları;

yeraltı qazsaxlama stansiyaları.

2.3. Boru kəmərləri xətti üzrə dəmir betondan və ya taxtadan hazırlanmış fərqləndirici nişanlar (göstərici yazı lövhələri) yer səthindən 1,5—2 metr hündürlüyündə qurulur.

2.4. Boru kəmərləri, çay və kanallarla kəsişdikdə sahillərdə xəbərdarlıq nişanları qoyulmalıdır. Nişanlar boru kəmərlərini istismar edən idarələr (təşkilatlar) tərəfindən respublikanın su təchizatı ilə məşğul olan orqanları ilə razılaşdırılmalıdır. Dəniz sualtı boru kəmərlərinin çəkilməsi haqqında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə xəbərdarlıq etməklə, boru kəmərlərinin yerləşdiyi xətlər dəniz xəritəsinə salınmalıdır.8

2.5. Boru kəmərlərinin bütün dərəcələrdən olan avtomobil yolları ilə kəsişdiyi yerlərdə, nəqliyyatın dayanmasını qadağan edən müvafiq yol nişanları qoyulmalıdır.

2.6. Tikinti-quraşdırma və sifarişçi təşkilatlar tərəfindən müvafiq qaydada tikilmiş boru kəmərlərinin faktiki vəziyyətinin (icra sxeminin) və digər lazımi sənədlərin, torpaq istifadəsi xəritəsinə salınması üçün rayon (şəhər) icra hakimiyyəti orqanlarına verilməlidir. İcra hakimiyyəti orqanı boru kəmərlərinin yerləşdiyi yerlər haqqında, maraqlı olan hüquqi və fiziki şəxslərə məlumat verir.

2.7. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir:

boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır;

çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır.

Kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrindən keçən çoxsaylı qarışıq boru kəmərləri xətti boyunca, onun kənar kəmərinin orta oxundan hər tərəfə, şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır;

boru kəmərlərinin sualtı keçidləri xətti boyunca su səthindən onun dibinə qədər olan məkanda, paralel müstəvilər arasında, kənar xəttin orta oxundan hər tərəfə 100 m mühafizə zonası ayrılır;

kondensatın saxlanması, qazdan ayrılması üçün tutumların, neft və neft məhsullarının, kondensatlarının, sıxılmış qarışıqların qəza vəziyyətində axıdılması üçün torpaq anbarlarının əhatəsində göstərilən obyektlərin ərazisinin sərhədlərindən hər tərəfə 50 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır;

baş və aralıq sorulub vurulma və doldurma nasos stansiyalarının, çən parklarının, kompressor və qazpaylayıcı stansiyaların, qaz məsrəflərinin ölçüldüyü qovşaqların, doldurma və qəbuletmə körpülərinin, yeraltı qazsaxlama stansiyalarının neft və neft məhsullarının qızdırılması məntəqələrinin əhatəsində göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır.

2.8. Boru kəmərlərinin mühafizə zonalarına daxil olan torpaq sahələri, torpaq istifadəçilərindən, mülkiyyətçilərindən və icarəçilərindən alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir.

2.9. Boru kəmərlərinin mühafizə zonalarında, kənd təsərrüfatı tarla işlərinin suvarma və yığım işlərinin başlanması haqqında, torpaq istifadəçiləri mülkiyyətçilər və icarəçilər tərəfindən, boru kəmərlərini istismar edən hüquqi şəxslər əvvəlcədən məlumatlandırılmalıdırlar.

2.10. Boru kəmərlərinin mühafizə zonalarında yerləşdirilməsi, suvarılan torpaqların müvəqqəti su altında qalması ilə əlaqədar görülən işlər, torpaq istifadəçiləri, mülkiyyətçilər və icarəçilər ilə boru kəmərlərini istismar edən hüquqi şəxslər arasında razılaşma ilə aparılır.

2.11. Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır:

a) hər hansı tikinti və ya quraşdırma işləri; 9

b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların taya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması;

c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması;

ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması;

d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri;

e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geoloji-seysmik, geodeziya və başqa axtarış işləri.

Boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərlərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən Dövlət Neft Şirkətinin yerli orqanları tərəfindən təyin edilir və müvafiq icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir.

Boru kəmərlərinin mühafizə zonalarında partlayış işlərinin aparılmasına yazılı icazə, ancaq Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq edilmiş partlayış işlərinin təhlükəsiz aparılmasının vahid qaydalarına uyğun olaraq həmin işləri aparan müəssisə (təşkilat) tərəfindən tələb olunan materiallar təqdim edildikdən sonra verilməlidir.

2.12. Boru kəmərlərinin texniki vəziyyəti ilə əlaqədar, baş verə biləcək qəzaların qarşısını almaq üçün, təmir işlərinin aparılması tələb olunduğu halda, boru kəmərlərini istismar edən hüquqi şəxslər, Dövlət Neft Şirkəti, onun yerli orqanları tərəfindən, torpaq istifadəçilərinə, mülkiyyətçilərinə və icarəçilərinə əvvəlcədən bildirməklə, təmirə ehtiyacı olan boru kəmərləri sahəsində və qaydaların 2.9, 2.10, 2.11-ci yarımbəndlərində göstərilən işlərin aparılmasını Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq olunmuş, magistral boru kəmərlərinin layihələndirilməsi qaydaları və tikinti normalarında verilmiş boru kəmərlərinin mərkəzi oxundan şəhər və digər yaşayış məntəqələrinə qədər olan ərazilərdə müvəqqəti olaraq (təmirin sonuna qədər), minimal məsafələrlə məhdudlaşdırılmasına ixtiyar verilir. Çoxsaylı qarışıq boru kəmərlərində göstərilən məsafə kənar boru kəmərlərinin orta xəttindən təyin edilir.10

2.13. Boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir.

O cümlədən:

a) nəzarət ölçü məntəqələrinin, göstərici və sınaq nişanlarının yerlərinin dəyişdirilməsi, üstlərinin örtülməsi və sındırılması;

b) xidmət olunmayan gücləndirici rabitə kabelləri məntəqələri qapaqlarının, doqqazlarının və qapılarının armatur xətti qovşağı çəpərinin, katod və drenaj mühafizəsi stansiyasının, xətti və baxış quyularının, başqa xətti qurğuların açılması, kranların və siyirtmələrin açılıb bağlanması, rabitə, elektrik təchizatı və telemexanika vasitələrinin açılması və bağlanması;

c) hər cür zibilxanaların yaradılması, turşu məhlulunun, duzların və qələvilərin tökülməsi;

ç) boru kəmərlərini dağılmalardan qoruyan, sahilbərkitmə tikintilərinin, su buraxıcı qurğularının, torpaq və başqa tikililərin (qurğuların) və ona bitişik olan sahənin dağıdılması;

d) lövbərin salınması, salınmış lövbərlərlə, zəncirlərlə, dərinlik ölçənlərlə, balıq toru və trallarla keçmək, dərinləşdirmə və torpaqqazma işləri aparmaq;

e) od yandırmaq və hər hansı açıq və bağlı od mənbələri yerləşdirmək.

2.14. Bu Qaydaların 2.12-ci yarımbəndi ilə müəyyən edilmiş boru kəmərləri və obyektləri arasında olan məsafələrdə insanların toplanması ilə əlaqədar bütün işlərin və tədbirlərin həyata keçirilməsi qadağan edilir.

2.15. Boru kəmərlərini istismar edən müəssisələrə (təşkilatlara) icazə verilir:

a) torpaq istifadəçiləri (icarəçiləri, mülkiyyətçiləri) və yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış, giriş yolları sxeminə uyğun olaraq, boru kəmərlərinə və onun obyektlərinə xidmət və təmir etmək üçün avtomobil nəqliyyatı və başqa texniki vasitələr üçün keçidlərin açılmasına.

Əgər boru kəmərləri qadağan olunmuş qurşaqların və xüsusi obyektlərin ərazisindən keçirsə, müvafiq təşkilatlar, bu boru kəmərlərinə xidmət edən işçilərə istənilən vaxtda, baxış və təmir aparmaq üçün buraxılış vərəqəsi verməlidir;

b) mühafizə zonası hüdudlarında boru kəmərlərinin normal istismarı məqsədilə tələb olunan şərait yaratmaq üçün boru kəmərləri izolyasiyasının keyfiyyətini və onu paslanmadan qoruyun elektrokimyəvi qurğuların vəziyyətini müəyyən etmək üçün qabaqcadan torpaq istifadəçilərinə: mülkiyyətçilərə, icarəçilərə (işin başlanmasına 5 gündən az olmayaraq) xəbər verməklə, yoxlama şurflarının qazılmasına və digər torpaq işlərinin aparılmasına;

c) meşə massivlərindən keçən boru kəmərlərində qəza baş verdiyi hallarda, müəyyən olunmuş qaydada razılaşdırmaqla meşəkəsmə biletlərinin sonradan rəsmiləşdirilməsi və yerlərin doğranmış qalıqlardan təmizlənməsi şərti ilə ağacların kəsilməsinə;

ç) ehtiyac olduğu hallarda boru kəmərlərini istismar edən hüquqi şəxslər, boru kəmərlərinin mühafizə zonalarında ağacların kəsilməsini, meşəkəsmə biletini ümumi əsaslarla rəsmiləşdirdikdən sonra apara bilər. Əldə olunmuş ağac məmulatları istismarçı təşkilatların ehtiyacına uyğun olaraq işlədilə bilər, işlədilməyənləri isə satış üçün meşə təsərrüfatına mövcud qaydada təhvil verirlər.

2.16. Kəmərləri istismar edən hüquqi şəxslərə, kəmərlərin əsaslı təmiri, yenidən quraşdırma və onların üzərində keçidlərin salınması, boru kəmərlərinin çəkilməsi üçün müəyyən olunmuş qaydada torpaq ayırma normalarına uyğun həcmdə müvəqqəti torpaq sahələri ayrılmalıdır.

Boru kəmərlərində qəza halları istisna olunmaqla balıq təsərrüfatı hövzələri hüdudlarından keçən boru kəmərlərinin üzərində təmir işlərinin aparılması, yerli balıqqoruyucu orqanlarla razılaşdırılmalıdır.

2.17. Boru kəmərlərinin mühafizə zonaları, dəmir yollarının, avtomobil yollarının, (Elektrik ötürücü xətlərin) EÖX və başqa obyektlərin mühafizə zonaları ilə üst-üstə düşürsə, bu obyektlərin istismarı ilə əlaqədar aparılan işlər maraqlı olan tərəflər arasında razılaşdırılır.

2.18. Boru kəmərləri Dövlət meşə fondu torpaqlarından keçdikdə, kəmərləri istismar edən hüquqi şəxs kəmər xəttini meşə təsərrüfatı ilə telefon, yaxud radio əlaqəsini təmin edir.

2.19. Kəmərin zədələnməsini, yaxud nəql olunan qazın sızmasını aşkar edən vətəndaşlar dərhal kəməri istismar edən hüquqi şəxsə, yaxud yerli icra hakimiyyətləri orqanlarına xəbər verməlidirlər.

2.20. Kəmərdə qəza baş verdikdə, kəməri istismar edən hüquqi şəxs dərhal qəzanın aradan götürülməsinə başlayır və qəza baş verdiyi sahənin məxsus olduğu yerli icra hakimiyyəti orqanına xəbər verir.

2.21. Planlı və ya qəza hallarında aparılmış təmir və bərpa işləri qurtardıqdan sonra kəməri istismar edən hüquqi şəxsin təqsiri üzündən, işlərin icra edildiyi dövrdə torpaqlara dəyən ziyanları torpaq istifadəçilərinə (icarəçilərinə, mülkiyyətçilərinə) ödənməlidir və iş görülmüş həmin sahələrdəki torpaqları təyinatı üzrə istifadə üçün yararlı vəziyyətə salmalıdır. Torpaqdan istifadə edənlərin ziyanları respublikanın qanunvericiliyi ilə müəyyən olunmuş qaydada təyin edilir.

2.22. Boru kəmərlərində baş vermiş qəzaların nəticələrini ləğv etmək məqsədilə yolların üst örtüklərinin açılması ilə bağlı olan işlər, kəmərləri istismar edən hüquqi şəxslərin gücü və vəsaitləri hesabına, müvafiq yol orqanları ilə razılaşdırıldıqdan sonra aparılmalıdır.

2.23. Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır.

2.24. Kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir.

2.25. Kəmərin xətti hissəsinə xidmət edilməsini və mühafizəsini kəməri istismar edən müəssisənin (təşkilatın) xətt baxıcıları tərəfindən həyata keçirilir.

2.26. Yerli icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətləri daxilində, kəmərləri istismar edən hüquqi şəxslərə maksimal kömək göstərməli və bu Qaydaların tələblərinin bütün hüquqi və fiziki şəxslər tərəfindən yerinə yetirilməsini təmin etməli və kəmərlərdə qəzaların və onların nəticələrinin ləğv edilməsində yardım göstərməlidirlər.11

2.27. Bu Qaydaların tələblərinin pozulmasında təqsirkar olan vəzifəli şəxslər və vətəndaşlar respublikanın qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb olunurlar.

2.28. Magistral boru kəmərlərinin istismara qəbulu, qüvvədə olan müvafiq Tikinti Norma və Qaydalarının (TN və Q) və başqa normativ sənədlərin tələbləri nəzərə alınmaqla aparılmalıdır.


Yüklə 159,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin