Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında


Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ



Yüklə 159,23 Kb.
səhifə2/23
tarix02.01.2022
ölçüsü159,23 Kb.
#45773
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   23
2. 103 saylı qərar

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 21 iyun 1999-cu il

№ 103



Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR



Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri
QAYDALARI1

1. ÜMUMİ müddəalar2

1.1. Bu Qaydalar «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa, digər qanunvericilik aktlarına, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanına uyğun olaraq, qaz təchizatı sahəsində magistral və xarici qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insan həyatı və ya sağlamlığını, ətraf mühiti və dövlətin əmlak maraqlarını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarını müəyyən edir. 3

1.2. Bu Qaydalar şəhərlərin, qəsəbələrin və yaşayış məntəqələrinin ərazisində qaz kəmərlərini və qaz kəmərlərindəki qurğuları, qazdan xammal kimi istifadə edən sənaye müəssisələrinə təbii qaz verən qəsəbələrarası qaz kəmərlərini, habelə mayeləşdirilmiş qazdoldurma məntəqələrini, təbii qazdan neftlə birlikdə çıxarılan, mayeləşdirilmiş karbohidrogen qazlarından yanacaq kimi istifadə edilməsini layihələndirən, tikən, quraşdıran və istismar edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslər üçün məcburidir.

1.3. Qaz təchizatı sistemlərinin, habelə ayrı-ayrı qaz kəmərlərinin və qaz təchizatı obyektlərinin layihələndirilməsi, tikilməsi, quraşdırılması, sazlanması, təmiri, istismara qəbulu və istismarı üzrə daxili texniki şərtlər və təlimatlar bu Qaydaların tələblərinə uyğun olmalıdır.



1.3-1. Qazın nəqli üçün uzunluğu 20 km və daha çox olan, diametri 500 mm və daha çox olan boru kəmərlərinin layihələndirilməsi mərhələsində “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (bundan sonra – ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.4

1.4. Şəhərlərdə, qəsəbələrdə və yaşayış məntəqələrində, sənaye, kənd təsərrüfatı və kommunal müəssisələrinin ərazilərində, əhaliyə məişət xidməti müəssisələrində, yaşayış binalarında qaz kəmərlərinin tikilməsi və onlarda qurğuların quraşdırılması, həmçinin qazdoldurma stansiyalarının, mayeləşdirilmiş karbohidrogen qazları üçün çənlərin qurulması və tikilməsi, avtomobil qazdoldurma stansiyalarının, qazdoldurma məntəqələrinin quraşdırılması və tikintisi, bir qayda olaraq, ixtisaslaşdırılmış layihə təşkilatları tərəfindən qüvvədə olan normativ sənədlərin və bu Qaydaların tələblərinə uyğun olaraq həyata keçirilir.

Layihə, onun verilmiş şərtlərə və qüvvədə olan normativ sənədlərin tələblərinə uyğunluğunu qaz istifadəçiləri tərəfindən müəyyən edildikdən, qaz təchizatı ilə məşğul olan Dövlət Neft Şirkəti orqanları və Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırıldıqdan sonra təsdiq edilir. Razılaşdırılmış və təsdiq olunmuş layihələr 24 ay müddətində qüvvədə olur. Bu müddət ərzində iş başlanmayıbsa, layihələr yenidən razılaşdırılmalıdır.

Qaz təchizatı sistemlərinin genişləndirilməsi, yenidən quraşdırılması, yeni təchizat vasitələri ilə təmin edilməsi və yenidən istismara verilməsi yeni obyektin tikintisi ilə əlaqədar tələblərə uyğun olaraq həyata keçirilməlidir.



Bu Qaydaların 1.3-1-ci bəndində nəzərdə tutulan mövcud boru kəmərləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin kəmərlərin yenidən qurulması və ya həmin kəmərlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ƏMTQ sənədinin hazırlanması tələb olunmur, lakin həmin kəmərlərə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq dəyişikliklər edilir.

Bu Qaydaların 1.3-1-ci bəndində nəzərdə tutulan mövcud kəmərlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ƏMTQ aparılmalıdır.5

1.5. Qaz çəkilən şəhərlərdə, qəsəbə və kənd yaşayış məntəqələrində qaz kəmərlərinin çəkilməsi, qaz tənzimləyici məntəqələrin (QTM) və başqa obyektlərin tikilməsi üzrə işlər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılaraq ixtisaslaşdırılmış tikinti-quraşdırma təşkilatları tərəfindən, qaz təchizatı üzrə təsdiq edilmiş layihə əsasında aparılır. Qazçəkmə işlərinə nəzarət və işlərin qəbul edilməsi qaz təsərrüfatının istismarı həvalə olunan təşkilatın və Fövqəladə Hallar Nazirliyinin müvafiq orqanlarının iştirakı ilə həyata keçirilir.6

Şəhərlərə, qəsəbələrə, kəndlərə qaz çəkilməsinə, mayeləşdirilmiş qazların çən qurğularının tikintisinə, quraşdırılmasına başlanması barədə bu işləri aparan təşkilat Fövqəladə Hallar Nazirliyinin yerli və yaxud sənaye sahəsi üzrə müvafiq nəzarət təşkilatına 5 gün əvvəl xəbər verməlidir.

1.6. Qaz çəkilən şəhərlərin, qəsəbələrin və kəndlərin qaz təsərrüfatları, həmçinin sənaye, kənd təsərrüfatı və kommunal müəssisələrin qaz təsərrüfatları, qaz çəkilən qızdırıcı qazanxanalar, mayeləşdirilmiş qazla qazdoldurma stansiyaları, onların tikintisi, quraşdırılması üzrə işə başlamazdan əvvəl Fövqəladə Hallar Nazirliyinin yerli və yaxud sənaye sahəsi üzrə müvafiq nəzarət təşkilatlarında texniki nəzarət üçün qeydiyyata alınmalıdırlar. Göstərilən obyektləri qeydiyyatdan keçirmək üçün onların sahibləri (sifarişçilər), obyektin adını və onun ünvanını tabe olduğu yuxarı təşkilatın adını, layihəni yerinə yetirən təşkilatın layihənin texnoloji hissəsini və ona izahatı, habelə işlərə texniki nəzarət aparmaq üçün hazırlıqlı şəxsin olması barədə Fövqəladə Hallar Nazirliyinə yazılı müraciət etməlidirlər. 7




Yüklə 159,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin