Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında


Mayeləşdİrİlmİş qazların balon və çən qurğuları



Yüklə 159,23 Kb.
səhifə10/23
tarix02.01.2022
ölçüsü159,23 Kb.
#45773
növüQaydalar
1   ...   6   7   8   9   10   11   12   13   ...   23
2. 103 saylı qərar

6. Mayeləşdİrİlmİş qazların balon və çən qurğuları

Fərdi balon qurğuları
6.1. İkidən artıq balonu olmayan və kiçik qaz sərfiyyatlı istehlakçıları (yaşayış binalarının, ictimai binaların məişət tələbatını və s.) qaz ilə təchiz etmək üçün istifadə olunan qaz təchizatı qurğularına fərdi balon qurğusu deyilir.

6.2. Mayeləşdirilmiş qazların balon qurğularını quraşdırarkən binalarda yerləşdirilən balonlar qaz qurğuları olan otaqlarda qoyulmalıdır. Bir otaqda adətən tutumu 50/55 litrdən artıq olmayan bir balon və tutumu 27 litrdən artıq olmayan bir balon və tutumu 27 litrdən artıq olmayan iki balon qoymaq olar (onlardan biri ehtiyat üçün).14

Mayeləşdirilmiş qaz doldurulmuş balonlar qoyulan otağın havasının temperaturu 45°C-dən artıq olmamalıdır.

6.3. Qaz doldurulmuş balonların yerləşdirilməsi Dövlət Tikintikomun təsdiq etdiyi müvafiq TN və Q-nın tələblərinə uyğun olmalıdır.

6.4. Otaqlarda qoyulan balonlar qaz plitəsindən ən azı 0,5 metr, qızdırma radiatorundan və ya sobadan isə 1 metr məsafədə yerləşdirilməlidir. Balonları qızmadan qoruyan ekran quraşdırıldıqda, balon ilə qızdırıcı cihazlar arasındakı məsafə 0,5 metrə qədər azaldıla bilər.

Balon ilə ekran arasındakı məsafə 10 sm-dən az olmamalıdır. Balonlar ocaqların qapısı qarşısında qoyulduqda balon ilə ocaq qapısı arasındakı məsafə 2 metrdən az olmamalıdır.

6.5. Binaların xaricindən balonlar qıfıllanan şkaflarda, yaxud balonun yuxarı hissəsini və reduktoru örtən qıfıllı örtüklə örtülməlidir. Şkaflarda və örtüklərdə havanın dəyişdirilməsi üçün bacalar, yaxud jalyüz şəbəkəsi olmalıdır.

Divarların yanında yerləşdirilən balonlar birinci mərtəbənin qapı və pəncərəsindən ən azı 0,5 metr aralı məsafədə qoyulmalıdır. Kürsü və zirzəmi mərtəbələrinin qapı və pəncərəsindən, kanalizasiya və çirkab quyularından isə 3 metr aralı yerləşdirilməlidir.

Balonları ehtiyat (yanğın) çıxışları yanında, binaların baş fasadı tərəfində, intensiv nəqliyyat hərəkəti olan keçidlərdə qoymaq olmaz. Günəş şüaları düşən tərəfdə yerləşdirilən balonların kölgəliyi, yaxud örtüyü olmalıdır.

Balonlar qoyulan şkaflar və bağlanan örtüklər, özülə, yaxud binanın divarına bərkidilməklə balonların çökməsinə imkan verməyən və yanmayan özül üzərinə qoyulmalıdır. Özül döşəmədən ən azı 0,1 m hündürdə olmalıdır.

6.6. Həm binada, həm də bayırda yerləşdirilən hər balon qurğusunda qazın təzyiqini tənzim etmək üçün tənzimləyici (reduktor) olmalıdır.

Binalarda yerləşdirilən balonlarda quraşdırılan təzyiq tənzimləyicilərinin buraxıcı-qoruyucu klapanı olmamalıdır.

6.7. Səyyar bufetlərdə, yeməkxanalarda və s. qaz balon qurğularının quraşdırılmasına, qaz təsərrüfatını istismar edən yerli təşkilatla və dövlət texniki nəzarət orqanı ilə razılaşdırılmış layihə olduqda icazə verilə bilər.

6.8. Balonun qaz qurğusuna rezin-parça qollarla birləşdirilməsi bir hissədən ibarət olmalı, onun uzunluğu 10 metrdən artıq olmamalı və divarlara xüsusi dəmir bəndlərlə bərkidilməlidir. Qollar divarlardan, qapılardan, pəncərələrdən keçməməlidir. Qaz kəmərinə, cihaza, reduktora birləşən yerlərdə qollar büzmələnmiş ucluqlara geydirilməli və birləşmənin etibarlılığını və hermetikliyini təmin edən metal halqalar (xomutlar) vasitəsilə bərkidilməlidir. Məftildən düzəldilən halqalardan istifadə edilməsinə icazə verilmir. 15

Balonun qaz qurğusu ilə birləşməsi üçün istifadə olunan rezin-parça qollar müvafiq dövlət standartlarının tələblərinə uyğun olmalıdır. Qaz balon qurğusunu quraşdıran təşkilatın, rezin-parça qolun dövlət standartı tələblərinə uyğunluğunu təsdiq edən sertifikat olmalıdır. Rezin-parça qolların xarici rezin qatının zədəsi olmamalıdır.


Yüklə 159,23 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin