Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında


Qaz təsərrüfatının təhlükəsİz İstİsmarı



Yüklə 159,23 Kb.
səhifə13/23
tarix02.01.2022
ölçüsü159,23 Kb.
#45773
növüQaydalar
1   ...   9   10   11   12   13   14   15   16   ...   23
2. 103 saylı qərar

7. Qaz təsərrüfatının təhlükəsİz İstİsmarı

Qaz təchizatı sistemləri obyektlərinin istismara qəbul edilməsi
7.1. Şəhərlərin, qəsəbələrin, kənd yaşayış məntəqələrinin qaz təchizatı sistemləri, qaz kəmərləri, QPM, qaz yanacağından istifadə edən sənaye, kənd təsərrüfatı və kommunal müəssisələrinin, ictimai təyinatlı və əhaliyə məişət xidməti müəssisələrinin, yaşayış binalarının və başqa obyektlərin qaz avadanlıqları, QDS, AQDS, QDM, onların quraşdırılması və ya əsaslı təmiri qurtardıqdan sonra komissiya tərəfindən qəbul edilməlidirlər. Quraşdırma işləri qurtarmadan, yaxud komissiya tərəfindən qəbul edilməyən obyektlərin hüquqi və fiziki şəxslər tərəfindən “Qaz təchizatı” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən hallarda və qaydada lisenziya və ya icazə alınmadan istismara buraxılması qadağan edilir.16

7.2. Qaz təchizatı sistemi obyektlərinin istismara qəbul edilməsi bu Qaydaların və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq edilmiş müvafiq Tikinti Norma və Qaydalarının (TN və Q) tələblərinə uyğun olaraq aparılmalıdır. 7.1 bəndində adları çəkilən obyektlərin qəbul edilməsi üçün sifarişçi, qəbul komissiyası təyin edir, onun tərkibinə sifarişçinin, layihə və tikinti-quraşdırma təşkilatının qaz təsərrüfatı müəssisəsinin və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri daxil olunur.

7.3. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin nümayəndələri şəhər magistral və paylayıcı qaz kəmərlərinin və girişlərin, şəbəkə QPM-in, sənaye, kənd təsərrüfatı və kommunal müəssisələrin qaz təchizatı sistemlərinin, qazanxanaların, həmçinin QDS, QPM, AQDS-ın və mayeləşdirilmiş qazların çən qurğularının qəbul edilməsində iştirak etmələri zəruridir.

Qəbul komissiyasının nümayəndələri obyektin qəbul edilməsi günü və yeri barədə komissiyanın işə başlayacağı gündən ən azı iki gün əvvəl, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin nümayəndələri isə ən azı beş gün əvvəl xəbərdar edilməlidirlər.

Tikintisi qurtarmış obyektin istismara qəbul edilməsi aktı əsasında istismarçı təşkilat işə buraxılış-sazlama işlərini aparmaq üçün buraxılış-sazlama təşkilatına icazə verir, həmin işlər qurtardıqdan sonra obyekt Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən nəzarətə götürülür.

7.4. Müəssisədə xüsusi mürəkkəb avadanlıq olduqda, komissiyanın tələbi ilə, qəbulda iştirak etmək üçün sifarişçi tərəfindən ixtisaslaşdırılmış təşkilat cəlb edilməlidir.*

7.5. Tikinti-quraşdırma təşkilatı qaz təchizatı sistemi obyektlərini istismara verdikdə, qəbul komissiyasına, Dövlət Tikinti Komitəsinin təsdiq etdiyi müvafiq qaz təchizatı, daxili quruluşlar, xarici şəbəkələr və qurğular, işlərin aparılması və qəbulu qaydalarında (TN və Q-da) nəzərdə tutulan həcmdə texniki sənədləri təqdim etməlidir.

7.6. Qaz yanacağından istifadə edən əlavə aqreqatlar qoyulduqda, yenidən quraşdırıldıqda və qaz kəmərlərinin yerini dəyişdirdikdə qaz təsərrüfatı müəssisəsinin, yaxud obyektinin sənədlərində müvafiq olaraq əlavələr və dəyişikliklər edilməlidir.

7.7. Obyekti qəbul etdikdə komissiya obyektin texniki sənədlərini yoxlamalı, layihəyə uyğunluğu və quraşdırmada buraxılan çatışmazlıqları aşkar etmək üçün bütün quraşdırılan qaz sistemini nəzərdən keçirməlidir. Bundan başqa, tüstü sovurma və ventilyasiya qurğularında, tətbiq edilən elektrik-güc və işıq avadanlıqlarının layihəyə uyğunluğu yoxlanılmalıdır.

Komissiyaya ixtiyar verilir ki, qaz kəmərlərinin istənilən sahəsini sökməklə, şüalandırmaqla, yaxud mexaniki sınaqlar aparmaq üçün qaz kəmərlərindən birləşmələri kəsməklə yoxlasın, habelə qaz kəmərinin təkrar sınağını keçirsin.

Obyektin qəbulu akt tərtib etməklə rəsmiləşdirilir. Obyektin istismara buraxılması üçün qanunla müəyyən edilən hallarda və qaydada lisenziya və ya icazə almaq məqsədilə, aidiyyəti üzrə təqdim edilir.17

7.8. Əgər komissiya tərəfindən qəbul edilən obyektin kipliyi sonuncu sınaq keçiriləndən sonra altı ay müddətində işə buraxılmayıbsa, onu istismara buraxdıqda sifarişçi, qaz təsərrüfatı müəssisəsinin nümayəndəsi ilə birlikdə qaz kəmərinin təkrar olaraq kipliyini sınamalıdır. Belə olduğu halda sifarişçi təşkilat tərəfindən tüstüsorma və ventilyasiya sistemlərinin vəziyyəti, qaz avadanlıqlarının, armaturların, nəzarət-ölçü cihazlarının və korroziyadan mühafizə qurğularının komplektliliyi və sazlığı yoxlanılmalıdır.



Yüklə 159,23 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin