Spartada va Afinada tərbiyə və təhsil Yunanıstanda tərbiyədən danışarkən iki əks prosesi qeyd etmək olar. Sparta və Afina tərbiyənin xüsusiyyətləri va prinsipləri ilə xarakterizə olunan bir çox cəhətdən əksinə idi.
Spartada sosial şərtlər tərbiyəni, demək olar ki, fiziki və psixoloji hazırlıq tapşırıqları ilə hərbi hazırlığın əsas hissəsinə aparırdı. Afinada tərbiyə əksinə, sonraki cəmiyyətin idealına cavab verən hərtərəfli təhsil sistemi yaratmağa imkan verən ardıcıl sosial dəyişikliklər idi. Hətta qədim gimnastikanın dörd əsas vəzifəsi (gigiyena, hərbi, estetik və mənəvi) yalnız burada tam şəkildə həyata keçirilə bilirdi.
Spartada yeni doğulan uşağı böyüklər məclisi araşdırırdı. Burada əsas məqsəd uşağın fiziki sağlamlığı idi. Uşaq sağlam deyildisə məhv edilirdi. Spartada uşağa ölkənin gələcək müdafiəçiləri kimi baxılırdı.
Uşaqlar yetişdirməklə insan ölkənin vətəndaşı kimi qəbilə və ailə qarşısında borcunu yerinə yetirirdi, çünki uşaqlar qəbiləni davam etdirməli, boynuna dini vəzifələr götürməli və ailə ənənələrini qoruyub saxlamalı idi.
Qədim yunan mütəfəkkiri Aristotelə görə , Spartada təhsil hərbi icma üzvünü hazırlamağı hədəflənirdi. Roma tarixçisi Plutarxın yazdığına görə , yeni doğulmuş Spartalılar ağsaqqallar ( eforlar ) tərəfindən müayinə edilirdi . Xəstə körpələrin taleyi bəlli deyildi . Plutarx onların öldürüldüyünə inandırırdı . Hər halda , belə uşaqlar hərbi təhsil sistemindən kənarda qalırdılar.
Beləliklə, Spartadada uşağın taleyini ata yox, şəhər ağsaqqalları təyin edirdi . Uşağın doğulmasından dərhal sonra onları ağsaqqallar məclisinə təqdim edib qərara gəlirdilər : körpə vətəndaş həyatına hazırlanacaq dərəcədə güclüdür , yoxsa dərhal öldürülməsinə qərar verilməlidir . Spartada intellektual hazırlıq oxumaq və yazmaq qabiliyyəti , bir neçə dini və hərbi mahni , habelə spartalıların adət - ənənələrini , tarixi , dini ayinləri bilməklə məhdudlaşırdı . Spartada əsas diqqət uşaqların fiziki hazırlığına yönəldilmişdi . Uşaqlara səbirli və dözümlü olmaq , hər cür çətinlik və məhrumiyyətlərə , aclığa , soyuğa , ağrıya dözmək bacarığı aşılanırdı.
Yeddi yaşına qədər Spartada uşaqlar ailədə dayələrin ixtiyarına verilərək böyüyürdülər . Uşaqlar onları korlamayan , sərt böyüdən , fiziki sağlamlığının inkişafına diqqət yetirən dayənin himayəsində idilər.
Birinci mərhələdə uşaqlar müəllimin- pullonomun nəza rəti altında olurdu . Birlikdə yaşayır və oxuyurdular . Plutarxın fikrincə , minimal oxu və yazı bacarıqları əldə edirdilər . Fiziki hazırlıq olduqca sərt və gərgin idi . Uşaqlar həmişə ayaqyalın gəzirdilər , nazik saman çarpayılarda yatırdılar.
Spartada qızların tərbiyəsi ciddiyə alınırdı - onlar gələcək döyüşçü vətəndaşların anaları olmağa hazırlaşırdılar . Qızlar da oğlanlar kimi , yeddi yaşından etibarən tərbiyə olunurdu . Qızlar oğlanlarla bərabər gimnastikada , qaçışda , diskussiyada iştirak edir , hətta güləşlə də məşğul olurdular . Dini ayinlərdə iştirak etmələri tələb olunduğu üçün onlara mahnı və rəqs öyrədilirdi. Spartalı qızların təhsili də fiziki güc və dözümlülüyü inkişaf etdirmək məqsədi daşıyırdı.
Qədim Afinalılar mədəni ənənələrə uyğun olaraq tərbiya olunurdular. Əsas diqqəti cəmiyyət qarşısında vəzifə borcunu aşaraq öz dövlətlərinə layiqli bir vətəndaş yetişdirməyə yönəltmişdilər . Etnik dəyərlərin başlıcası azadlığa sevgi və vətənlərinə məhəbbət , xalqının adına layiq olan cəsarətlilik idi . Afinada gənclər qürur , vətən sevgisinə malik və Vətən naminə könüllü şəkildə ölməyə hazır idilər.
Valideynlərin Afinada öz uşağını öyrətməli olduqlarını qanunla təsdiqləmək lazım deyildi . Cəmiyyətdəki ictimai rəy , yazılmamış qanunlar , Afina vətəndaşını övladlarının təhsili və tərbiyəsi ilə məşğul olmağa məcbur edirdi.
Eramızdan əvvəl V əsrin sonlarında Afinada yaza və oxuya bilməyən bir insan yox idi . Eyni zamanda məktəblər təşkil olunmağa başladı . Afinalılar uşağa intellektual , musiqi və bədən tərbiyəsi verməyi zəruri hesab edirdilər . Sinxron şəkildə fiziki və zehni tərbiyə vacib hesab edilirdi . Afinalılar insan qabiliyyətlərini tam şəkildə aşkara çıxarmaq üçün səy göstərirdilər.
Afinada, yeddi yaşında , analarının rəhbərliyi altında qızlara toxuculuq , bəzən isə oxumaq və yazmaq öyrədilirdi . Ancaq , bir qayda olaraq , ailədə qızların təhsili oğlanların təhsilindən daha az dərəcədə dövləti narahat edirdi , bu tamamilə valideynlərinin arzusundan asılı idi . Qızlar yeddi yaşına qədər hər bir vəzifədən azad olunaraq analarının və dayələrin himayəsində idilər.
Sonralar Afinada yeddi yaşına çatmış uşaqlar valideyn lərindən alındı və qruplara bölünərək dövlət müəllimlərinin ixtiyarına verildi . Təhsilin səmərəliliyi ilk növbədə bütün böyüklərin uşaqların inkişafına cavabdeh olması ilə təmin edildi . Eyni zamanda , müəllimlər laqeyd qullar arasından deyil , ən layiqli azad insanlar arasından seçildi . Uşaqların “ cəsarətli ” ol malarına əmin olmaq üçün bəzən bilərəkdən aralarında mü bahisə və döyüşlər olurdu.
Afinadakı uşaq və gənclərin təhsili və tərbiyəsinə böyük əhəmiyyət verilirdi . Afinalılar eyni zamanda fiziki cəhətdən gözəl olanı ideal hesab etdikləri üçün insanın zehni , manavi , estetik və fiziki inkişafının birləşməsi üçün səy göstərirdilər. Lakin qul cəmiyyətində fiziki əmək yalnız qulların vəzifəsi hesab olunurdu.
Kiçik vətəndaşların zehni tərbiyəsinə qayğı göstərərək , onlara nağıllar söylənilir , ədəbi əsərlər oxunur və onlarla oynayırdılar . Afinalıların həyatı daim musiqi ilə müşayiət olunurdu , ən sevimli musiqi alətlərindən biri fleyta idi , şeir oxu yarkən ifa edirdilər . Erkən yaşlarından uşaqlar ictimai şənliklərə və tətillərə , idmana aparılırdı.
Afinada ictimai quruluş demokratiyanın xüsusiyyətlərinə sahib idi , fərdin tərbiyə edilməsində məqsad uşağın mənəvi keyfiyyətlərini və fiziki güclərini hərtərəfli inkişaf etdirmək idi . 7 yaşına qədər oğlanların ahəngdar inkişaf idealına diqqət yetirərək ailədə böyüdürdülər . Erkən yaşda uşaqlar anaları və dayələr tərəfindən tərbiyə olunur , 4-5 yaşlarından qulun nəzarəti altında olurdular. 7 yaşından etibarən uşaqlar məktəbə gedirdilər.
7 yaşından etibarən oğlanlar müxtəlif məktəblərdə iştirak edirdilər . Afinanın varlı qul sahibləri uşaqlarını gimnaziyaya verirdilər , burada fəlsəfə , ədəbiyyat öyrənir , hökumət üçün hazırlanırdılar . 18 yaşında , Spartada olduğu kimi , gənclər hərbi fiziki hazırlıqlarını iki il davam etdirdikləri bir efebeyə çevrilirdi.
Afinanın təhsil sisteminin əsas vəzifəsi Qədim Yunanıs tanda fərdin hərtərəfli və ahəngdar inkişafına istiqamətlənən bir insanın təhsil alması nümunəsi idi . Əsas prinsip gimnastika , rəqs , musiqi və şifahi rəqabət idi . Mütəşəkkil təhsil sistemi mərhələlərlə həyata keçirilirdi . 7-16 yaşlarında eyni zamanda musiqi və gimnastika ( palestra ) məktəblərində oxuyur , burada əsasən ədəbi , musiqi və hərbi - idman təhsili alırdılar.
Azad Afinalıların övladları ümumiyyətlə belə təhsil alırdılar . Varlı ailələrdən olan oğlanlar xüsusi bir köməyə - müəllimə ( sözün həqiqi mənasında - bələdçiyə ) baxırdılar . Yeddi ildən sonra oğlanlar -azad vətəndaşların övladları özal və dövlat təhsil müəssisələrində təhsil almaq imkanı əldə edirdilar.
Müəllimin sosial statusu aşağı idi və orta səviyyəli sənətkar statusuna bərabər tutulurdu . Müəllimlərə az maas verirdilər . Xüsusilə ibtidai məktəblərdə müəllimin sosial vəziyyəti çox aşağı idi . Bu fakt Afinada yayılan bir sözlə yaxşı ifadə olunur : “ O öldü və ya müəllim oldu”.