Qədim dünyada tərbiyə və təhsil Mesopotamiyada məktəb və təhsil


Qadim Türklərdə tərbiyə və təhsil



Yüklə 62,61 Kb.
səhifə7/9
tarix03.01.2023
ölçüsü62,61 Kb.
#78357
növüYazı
1   2   3   4   5   6   7   8   9
Mühazirə- tarix -2021 (1)

Qadim Türklərdə tərbiyə və təhsil
Türklər ( " Türk sözünün mənası " güclü ” , “ möhkəm deməkdir ) b.e.a . II minilliyin əvvəllərində Qafqazda , Orta Asiyada , Altay - Sayan dağlarının şimali - qərb bölgəsində , Yenisey çayı sahillərində yaşayırdılar.
Tarix boyunca bir çox türk dövləti qurulmuşdur . İlk türk dövlətlərindən biri Hun imperatorluğu olmuşdur . Eramızdan əvvəl II əsrdə meydana gələn Hun dövlətində qədim türklər uşaqlarını 3 inam üzərində tərbiyə edirdilər: təbiət qüvvələrinə inam , at kultu ; Göy Tanrıya inam ( Göy Allahı ) . Deməli türklərdə təkallahlılıq islamdan çox əvvəl mövcud olmuşdur .
Qədim türklərin orijinal , zəngin tərbiyə sistemi olmuşdur . Görkəmli türkoloq alim Ziya Göyalp yazırdı: " Yunanlar estetikada , romalılar hüquqda , israillilər və ərəblər dində , fransızlar ədəbiyyatda , türklər isə əxlaqda birincilik qazanmışlar " . Türklərdə vətən əxlaqı , məslək əxlaqı , ailə əxlaqı cox güclü olmuşdur .
Hunlar yüz illərlə köçəri həyat sürdüyündən onların Ik təlimi va tarbiyasi hərbi təlim , fiziki tərbiyə olmuşdur . Saglamlıq , möhkam iradə , dözümlülük , cəsarət , şücaət tərbiyə işinin önündə olmuşdur . Hun - türk uşaqları həddi büluğa çatarkən at çapmaqda , ox atmaqda , cəngavərlikdə mahir olardılar .
Burada oğlan və qız uşaqları arasında fərq qoyulmamışdır. Hətta , qızların tərbiyə və təliminə daha böyük diqqət göstərilirdi . Inama görə oğul atasına , qız anasına çəkməli idi . Oglani yetişdirməkdə atanın , qızı yetişdirməkdə isa ananın öhdəsinə daha böyük vəzifələr düşürdü . Tərbiya sistemi elə qurulmalı idi ki , oğul böyüdükcə daha agilli , daha qüvvətli , daha mübariz olaraq atadan irəli getsin .
" Türk " sözünü ilk dəfə rəsmi dövlət adi olaraq qəbul etmiş Türk dövləti Göytürk imperatorluğudur . Göytürklərdə tərbiyə və təhsil sistemi Hun tərbiyə və təhsilinin davami , daha təkmil forması olmuşdur . Təhsil törə ( tayfa ) içərisində və törə vasitəsilə verilmişdir . Göytürklərdə yazı və oxu mədəniyyətinin olması bu cəmiyyətdə tərbiyə və təhsilin daha sistemli xarakter daşıdığını göstərir .
Türk dilli xalqların islamiyyətdən öncə Orxon əlifbası və ya Göytürk əlifba və yazısı da olmuşdur .
Orxon əlifbasına " Hun " əlifbası da deyilmişdir . V.V. Bartold yazmışdır ki , Orxon - Yenisey abidələri Çindən Bizansa qədər böyük ərazini əhatə etmiş və türk imperiyasının yaradıcılarına aiddir . Çindən Bizansa dedikldə Azərbaycan da onun içində gedir . Demək Göytürk əlifbasından Azərbaycan ərazisində də istifadə olunması ehtimalı böyükdür .
Orxon - Yenisey , Gültəkin abidələri üzərində yazılar gənc nəslə , gələcək nəsillərə öyüd nəsihətlərdir , onları daha ağıllı , bilikli , fərasətli , olmağa çağırışlardır . Məsələn , Gültəkin abidələri üzərində yazılır : " Böyüyün sözünə , xaqanın sözünə qulaq as , onun məsləhətini dinlə ... " ! Gültəkin abidəsi üzərində türk xalqının böyüklüyü , qəhrəmanlığı belə anladılır : Bilgə xan millətinə belə müraciət etmişdir : " Ey türk bəyləri ! Türk milləti , eşidin ! Üstdən göy basmasa , altdan yer dəlinməsə , türk milləti məhv olmaz , sənin elini , adətini heç kəs poza bilməz " .
Qədim türklərin inanc yeri göy və yer olmuş , onlar nə canlı , nə də cansız bütlərə sitayiş etməmişlər . Uşaqların fiziki tərbiyəsinə xüsusi fikir verilir , onlara at capmaq , qılınc oynatmaq , ox atmaq , vuruşmaq öyrədilir , döyüşdə qalib gəlmək üçün zəruri olan keyfiyyətlər , cəldlik , çeviklik , güc və bacarıq tələb edən təmrinlər aşılanırdı . Həyatda , məişətda , döyüşdə , əməkdə qazandıqları təcrübəni gənc nəslə aşılamağı vacib bilirdilər .
Hərbi təlim , vuruşmaq , cəngavərlik tərbiyədə mühüm yer tuturdu . Əli silah tutan və düşmənə qarşı mübarizə aparanlar ön cədən hazırlanırdı . Qadınları və uşaqları harada qoymaq , mühafizə etmək döyüş zamanı dəqiq planlaşdırılırdı . Bunları isə gənc nəslə öyrədən tayfa ağsaqqalları və uşaqların valideynləri ( xüsusilə ataları ) idi . Tayfa böyüyən nəslin fiziki cəhətdən sağlam , türk adət - ənənələri ruhunda yetişməsinə , yaxşı bir əsgər olmasına ciddi önəm verirdi . Onları həyatı sevən , gözəllikdən həzz almağı bacaran , estetik zövqə və vətən əxlaqına malik insanlar kimi tərbiyə etmək məqsədilə fərdi , dini və milli bayramlardan , müxtəlif oyun və xalq mahnılarından təsirli tərbiyə vasitəsi kimi istifadə edilirdi . Hərbi təlim zamanı oğlanlarla qızlara fərq qoyulmurdu . Hətta qızlara daha böyük diqqət və qayğı göstərilirdi . Qadınlar da kişilər kimi at minər , top oynayar , güləşər və savaşlarda iştirak edərdilər . Eyni zamanda olduqca həyalı və ismətli idilər . Əgər savaşlarda qadın düşmənə əsir düşsə idi , bu , çox böyük həqarət sayılırdı .
Qədim türklərin bənzərsiz həyat tərzi onların fiziki sağlamlığına , böyüyən nəslin fiziki tərbiyəsinə böyük önəm verirdi . Türklərin qorxmazlığı , dözümlüyü , qeyri - adi qəhrəman lığı düşmənləri heyrətə salırdı . Bu keyfiyyətlər uşaq vaxtından onlara aşılanırdı . Qədim türklər hər tərəfdən düşmənlə əhatə olunduğundan uşaqlar ən sərt qanunlarla tərbiyə olunurdular . Oğul övladlarını igid kimi böyütmək türkün idealı idi .
Göründüyü kimi , göytürklərin tərbiyə sistemi , əxlaqi idealları hunlarınkından o qədər də fərqlənmir , əksinə onu tamamlayır , daha da zənginləşdirir . Bu da səbəbsiz deyil . Göytürklər öz kökləri etibarı ilə birbaşa hunlarla bağlı idilər .
Uşaqlar kiçik yaşlarından ailədə əməyə alışdırılırdı . Uşaqların təlim - tərbiyə alması üçün xüsusi təşkil olunmuş müəssisələr yox idi . Hər kəs öz peşəsini övladına öyrədirdi . Milli peşələrə xüsusi diqqət yetirilirdi . Hətta bunun üçün xüsusi təlimat da hazırlanmışdı . Bu təlimata görə peşə öyrətməkdə vicdansızlığa , əliəyriliyə , yalançılığa yol verənlərə xəbərdarlıq , töhmət , müvəqqəti və yaxud ömürlük öz sənəti ilə məşğul olmağı qadağan etmək kimi cəzalar verilirdi .
Qədim türk atalar sözlərində deyilir : " Sizə ancaq atanızın malı deyil , həm də onun şərəf və ləyaqəti qalır " . Türk xalqlarında uşaqlar həmişə atalarına hörmətlə yanaşmış , onların qulluğunda durmuş , ehtiram göstərmiş , ədəbsiz danışıqlara yol verməmiş , atadan qabaq süfrəyə oturmamış , onların peşəsini öyrənmiş , özlərinə həyat idealı hesab etmişlər .
Qədim türklər uşaqlarına kiçik yaşlarından sama cisimlərini də öyrətməyə çalışmışlar . Uşaqları bütlərə deyil , Göy Tanrıya səcdə etməyə alışdırmışlar . Türklərdə Göy Tanrıya inam yalanın , oğurluğun , mənəvi pozğunluğun qarşısını almaq üçün ən kəsərli mənbə olmuşdur . Türklər Göy Tanrını bütün göy üzü hesab edir və uşaqlarını inandırırdılar ki , bütün həyata can verən , onu geri alan , insanları cəzalandıran və bağışlayan da Göy Tanrıdır .
Türklər öz uşaqlarına tərbiyə verərkən deyərmişlər : “ Vətən atalardan qalan müqəddəs bir varlıqdır " . Türk övladları vətənə , doğma el - obaya dərin köklərlə bağlı olduğundan ən ağır dəqiqələrdə belə öz torpaqlarından heç yerə tərpənməmişlər .
Yüksək mədəniyyəti olan türk dövlətlərindən biri də Uyğur xaqanlığıdır . Uyğur türklərinin ən çox dəyər verdikləri vətən əxlaqı olmuşdur . Bizə qədər gəlib çatan uyğur ədəbi əsərlərində Vətən torpağı , onun birliyi və bu birliyin qorunması , ona olan sədaqət , Vətənə vurğunluq yüksək sənətkarlıqla tərənnüm olunmuşdur . Ana torpağa , Vətənə məhəbbət , onun yadellilərdən qorunması , türk ordusunun və eləcə də ayrı - ayrı döyüşçülərin şücaətlərinin tərənnümü bu ədəbi nümunələrin əsas mövzusu , leytmotivi olmuşdur . Uyğurların tərbiyə sistemi göytürklərinkindən o qədər də fərqlənmir . Uyğurlar da nəslin davamçılarının - oğul övladlarının fiziki cəhətdən sağlam, mənəvi cəhətdən yetkin , əxlaqlı , ədəb - ərkanlı , cəsarətli , elmli və bilikli olmasını arzu edirdilər. Təhsil almağa, elm və bilik qazanmağa onlar böyük diqqət yetirirdilər.


Yüklə 62,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin