1.4 Xalq pedaqogikasında tərbiyə məsələləri Qədim etiqadlarda xalq tərbiyəsinin məqsədi mənəvi çağırış, dünyanın zalımlıqdan uzaq etmək və son məqsəddə insalığı xilas etmək olmuşdur. Xalqın minillik həyat tərzi ilə əlaqədar olan və uzun tarixi boyu mövcud olan ənənəvi etiqad və mənəvi mədəniyyət qeyb olmamış, bütünlükdə mədəniyyət tarixi və folklor bütün mübarizələrdən qalib çıxmışdır. Tarixin bütün çətin sınaqlarında mədəniyyət, mənəvi həyat və maarifin inkişafı özünəməxsus mənəvi məzmununu saxlamışdır. Xalq öz dilini inkişaf etdirmiş, özünün məişətini, tərəqqipərvər milli ənənələrini, adətlərini qorumuşdur. Onlar konkret tarixi, olduqca mürəkkəb və çətin vəziyyətdə yaranmış, inkişaf etmiş və fəaliyyətdə olmuşdur. Burada xalqın dini, tarixi-fəlsəfi tədris-təhsil haqqında fikirləri, didaktik-tərbiyəvi əhval-ruhiyyəsi aydın görünür. Xalq olduqca əhəmiyyətli dəyəri olan bu nümunələrdən gündəlik praktikada istifadə etmiş, onların vasitəsilə fəlsəfəni, məntiqi, etikanı öyrənmişdir.
Tərbiyə əbədi kateqoriyadır. O öz təbii qanunauyğunluğunu xalqın pedaqoji təcrübəsində təsdiq edir. Hər bir xalqın pedaqoji dəyərləri əbədidir və ümumbəşəridir. Bununla belə hər bir xalqın milli-etik özünəməxsusluğu vardır. “Tərbiyə haqqında hər bir xalqın özünün anlayışları vardır”. (K.D.Uşinski) Bu həqiqi, itirilməz dəyərlərin mənası və əhəmiyyəti bütün dövrlərdə xalqlar üçün böyük olmuşdur.
Hər xalqın öz milli tərbiyə sistemi mövcuddur. Xalqın xarakteri, onun milli və psixoloji xüsusiyyətləri, məişətini, tarixi mədəniyyəti və s , tarbiyəyə böyük təsir edir . "Əbəs yerə biz tərbiyəni uydurmaq istəyirik . Tərbiya xalq yaranandan onun özü ilə birgə mövcuddur , onunla dogulub , onunla böyüyüb , onun tarixini , onun bütün yaxsı və pis keyfiyyalarini özündə əks etdirir " . ( K.D. Uyinski ) Hər bir xalq oz təbii va tarixi varlığını, mənaviyyatını Özünəməxsus şəkildə milli yaradıcılığında əks etdirir və yaşadır . Bu oun təbii , müqaddas hüququ , həm də tarixi , ümumbəşəri və ən başlıcası dini vəzifəsidir . Xalq bundan imtina etsə məhv olar , tarixan yer üzündən silinər.
Hər etnosun özünün xalq pedagogikası vardır . Muxtelif etnosların xalq pedaqogikalarının xarakteristikalarında təbii coğrafi şərait və xalqların inkişafının tarixi özünəməxsuslugu çıxış edir . Tarixi , siyasi və sosial - iqtisadi səbəblərlə əlaqədar xalqlar öz milli simasının , özünəməxsus madaniyyətinin dirçəlişi amili qarşısında qalıblar . Xalqlar qədim əsrlərdən orijinal mənəvi tərz , qaydalardan ibarət öz manavi madaniyyatlarini yaratmışlar . Xalqlar müxtəlif dillərdə danışsalar da, onlar mənəvi cəhətdən bir - birinə çox yaxındır . Etnopedagogika sübut edir ki , bütün xalqların dünya sivilizasiyasını əsaslandırmaq və zənginləşdirmək qabiliyyətində olan özünəməxsus mədəniyyətləri vardır . Hər bir xalq dünya sivilizasiyasına böytk mədəniyyət töhfələri vermişdir . Bunların hamısı bəşəriyyətin nailiyyətləridir . Bütün millətlər - kiçik və ya böyüklüyündən asılı olmayaraq öz keyfiyyət xüsusiyyətlərinə , özünəməxsus ğuna malikdir ki , bu ancaq ona məxsusdur və başqa millətlərdə yoxdur . Bu özünəməxsus xüsusiyyətləri hər millət dünya mədəniyyətinin ümumi xəzinəsinə verir və onu daha da zənginləşdirir . Hər bir xalqın etnopedaqoji görüşləri onun qədim insanları , onların tarixi , məişəti haqqında unikal məlumat verir. Məqsədlərin ümumiliyi ilə birləşən xalqlar mədəniyyətin və əxlaqın daha yüksək səviyyəsinə qalxır . Xalq öz böyüklüyü zirvəsinə xalqın təmənnasız əxlaqi köməyi nəticəsində çatır. Xalqın böyüklüyü , əxlaqi və pedaqoji münasibətləri etnopedaqogikasında özünü biruzə verir . Yaradıcı xalqın mənəvi dəyərləri nə qədər çox olarsa , mədəniyyəti də bir o qədər inkişaf etmiş olur .
Ancaq tərbiyə insanda , xalqda , bütün dünyada hər şeyi səliqə -sahmana sala bilər . Xalq daima şəxsiyyətin kamilləşməsinə qaygı kimi tərbiyə məqsədlərini yadında saxlamışdır . Məqsəd öz novbesində tərbiyanin konkret , cəm olmuş tərəflərinin ifadesindən biridir . Kamillik ise şəxsiyyətin məntiq keyfiyyatlarina sahib olması kimi qiymətləndirilmişdir . Elə bir dövr olmamışdır ki , böyüklər kiçiklərin tərbiyəsi ilə məşğul olmasın , kiçikler ise böyüklərin nəsihətlərinə əməl etməsin . Xalqda həmişə böyüklər kiçikləri tərbiyələndirmiş , kiçiklər isə mənaviyyat öyrədən fikirləri qavramağa çalışmış və onlara şərtsizəməl etmişdir .
Hər zamanın etikası müasirdən çox fərqlənmiş və özünün muxtelif talablari olmuşdur . Bu da müxtəlif pedaqoji ideyaları yaratmışdır . Müdrik insanlar lap çoxdan dəqiqləşdirmişlər ki , beseriyyetin gələcəyə əsas və əbədi yolu onun tərbiyəsidir . Xalq pedaqogikasının tələbləri qanuna mindiyi zaman tərbiyənin ümumi nəticəsi təmin edilmişdir . Xalq həyatının pedaqoji təzahürlari onun bütün sahələrində və müxtəlif formalarda - toylarda yaslarda , mərasimlərdə və əlbəttə ki, daha çox xalqın amak faaliyyetində əks olunmuşdur və təkcə bir insan deyil , həm da onunla beraber bütün ətraf gerçəklik də tərbiyələndirilmişdir .
Xalq pedaqogikası müxtəlif dövrlərdə xalq tərbiyəsinin vaziyyatini va vazifalarini öyrənir . Xalq pedaqogikası milyonların tərbiyəçisidir. Xalq pedaqogikası vasitələrinin tərbiyə potensialı güclüdür . Burada asan və sadə ifadə ilə yüksək müdrikliyi dərk edirsen . Xalq pedaqogikasında hər şey uşaqların tarbiyasi məsələlərinə tabedir. Təbiətə hakimlik edən ahənglik xalq pedaqogikasına öz möhürünü vurmuşdur . Xalqın pedaqoji biliklari maişət fəlsəfəsi və xalqın digər bilikləri ilə sıx və manevi əlaqədə olmuşdur . Onun pedaqoji əhəmiyyəti milli xarakterdə və milli dünyagörüşdə əks olunmuşdur . Təbiət xüsusiyyatlari bu və ya digər xalqın milli əlamətlərinin formalaşmasına çox güclü təsir etmişdir . Ona görə də , xalq həyatının təbiətlə bağlı pedaqoji təzahürlarina diqqat verilməlidir . Təbii şərait xalqın hayatına , əhalinin fəaliyyətinə və müvafiq olan pedaqoji təzahürün xarakterinə təsir etməyə bilməz. Təbii şərait insanın və bütün xalqın formalaşmasında , onun milli xarakterində əks olunur .
Xalq pedaqogikasında tərbiyənin mənası - nəsillər varisliyinin möhkəmlənməsi və xalqın əsrlik humanist ənənələri üçün son nəticədə öz köklərinə məxsusluğu dərk etməkdir . Xalq hər bir insanda sosial - etik keyfiyyətləri kompleks görmək istəyir . Xalq pedaqogikasının əsasını təşkil edir: ağıl - xeyirxahlıq - əməksevərlik.
Hər xalqın pedaqogikası özündə xalqın milli xarakterini əks etdirməklə yanaşı, özünəməxsus, başqalarına bənzəri olmamaqla kifayətlənməyib özündən qabaqkı nəsillərin təkmilləşmiş gücünü birləşdirmiş, qarşılıqlı özünə hopdurmuş, tərbiyəyə əlverişli təsir etmiş, xalqın nüfuzunu inkişaf etdirmişdir. Milli xüsusiyyətlərin ( milliliyin) müqayisəsi əsasında xalqların tarixinin, adətlərinin, mənəvi xəzinəsinin, dilinin özünəməxsusluğu üzə çıxır .
"Nə qədər ki , xalq mövcuddur, onun tərbiyəsi də mövcuddur”. Bu sözlər görkəmli pedaqoq K.D. Uşinskinindir. Tərbiyə tarixən bəşəriyyətin inkişafı ilə birgə yaranmışdır. Insan cəmiyyətinin inkişafı insanların ətraf mühit haqqında bilik və məlumatlarının toplanması ilə müşaiyət edilirdi. Əsrlər boyu hadisələr xalqda tərbiyələndirilən şəxsə təsiretmə vasitəsi xidməti rolunu oynamışdır. A.P. Çexov yazırdı : " İnsanla kitablar üzrə yox, çəməndə, meşədə, çay qırağında öyrəniblar. Onları mahnı oxuyan quşlar, çıxan və öz arxasınca al şafa qoyaraq batan günəş, otlar, ağaclar özü öyrətmişdir " . ( 14 )
Xalqın minillik tərbiyə tarixi onun şifahi ədəbiyyatında öz əksini tapmışdır. Şifahi xalq yaradıcılığı nə zaman meydan gəlmişdir ? Bunun dəqiq cavabını vermək çox çətindir 12 düşündürən məsələdir. Lakin bu həqiqətdir ki , xalqa yaradıcılığı öz mənşəyi etibarilə çox qədimlərə gedib çıxır. Xalq yaradıcılığında xalqın qədim ənənələri, təfəkkürü, qabiliyyəti , istedadı, musiqi duyumu, söz ehtiyatı və s . cəm olunmuşdur. M.Qorki deyirdi : “ Şifahi xalq yaradıcılığını öyrənmədən əməkçi xalqın əsl tarixini öyrənmək olmaz ". Çünki zəngin xalq yaradıcılığında tarixin müəyyən izləri , əlamətləri gizlənmişdir .
Xalq ədəbiyyatının yaranma dövrü dəqiq məlum olmasa da, inkişaf xüsusiyyətləri haqqında müəyyən fikirlər mövcuddur. Xalqın pedaqogikası tərbiyə təcrübəsi kimi yaranmışdır . O pedaqoji elmdən qədimdir, daima elmi zənginləşdirmiş və öz növbəsində özü də onunla birgə zənginləşmişdir. Bu pedaqogika xalq fəlsəfəsinə əsaslanır . Bu daimi qarşılıqlı təsir xalqın və cəmiyyətin pedaqoji mədəniyyətinin tərəqqisini təmin etmişdir . Bəşəriyyətin yaranmasının ilk vaxtlarından qədim insan ancaq primitiv əmək və ona uyğun primitiv tərbiyəni bilirdi. Bilik bacarıqda əks olunurdu. Biliyin xüsusiləşməsi ( bacarıqdan ayrılması ) elmin yaranması idi. Qadim primitiv elm insanın təbiətinə çox yaxın idi . Yəni inteqral xarakter daşıyırdı . Artıq qədimlərdə əsasını təbii insan marağı - harbi , siyasi , iqtisadi zərurət təşkil edən etnoqrafik müşahidələrlə yanaşı , etnopedaqoji məlumatların nəzəri ümumiləşdirilməsi cəhdləri də edilirdi. Qizlar qadin kimi , oğlanlar isə kişi kimi tərbiyə olunurdu. Əmək vərdişləri ( baliqçılıq, ov vərdişləri, yemək hazırlanması və s . ) ilə yanaşı uşaqlar xalq ənənələrinə yiyələnir və onlara nəslin mənəvi sərvəti verilirdi. Bütün bunlar kitablarla deyil, həyatın özü vasitəsilə - işlə, təbiətlə, böyük nəslin insanları ilə ünsiyyətdə həyata keçirilirdi .
Yer üzündə özünü bir növ qorumaq üçün ibtidai insanlar gənc nəslə qida yığımının təcrübəsini, pis havadan qorunmağı, ov təcrübəsini , yaşayış yerinin qurulmasını və s . öyretmek məcburiyyətində idilər . Bu isə tədrisin və tərbiyənin ilk növləri idi ki , burada uşaqlar böyüklərlə birgə fəaliyyət prosesində onlara bənzəyərək biliklərə, bacarıqlara və vərdişlərə malik olurdular . Hər dövrdə böyüklər istiqamətləndirici , köməkedici funksiya daşımışlar. Yeni nəsil əcdadların təcrübesini qəbul edərək, ona yeni, daha da təkmilləşmiş əlavələr edərək ondan istifadə edirdi. Yetişən nəsil kollektiv əmək fəaliyyətində, estetik fəaliyyətdə iştirak edərək xalqın etnomədəniyyəsi xala möhkəmləndirirdi. Beləliklə, tədricən nəsildən - nəsilə mədəniyyəti formalaşırdı ki, bu tərbiyəni əks etdirən bariz nümunə xalqın etnopedaqogikası idi .
Bəşəriyyət inkişaf etdikcə həqiqi insanlıq mədəniyyəti yaradılırdı. Xalq pedaqogikası ilk və qədim, zəngin xalq mədəniyyətidir. Xalq pedaqogikasında pedaqoji məlumatlar müxtəlif formalarda - obrazların, süjetlərin dili ilə, dialoqlar və monoloqlar şəklində , şəraitlə və mübahisə ilə əlaqədar olaraq bitməz - tükənməz poetik , ağıllı - hazırcavab , dərrakəli zarafatlar , işarələr ( söz atmaq ) və məzəmmətlər ( qınamalar ) , çağırışlar və andlar vasitəsilə təyin edilmiş ölçüdə ( əndazədən kənar çıxmamaqla ) ötürülmüş , " xalqın pedaqoq - yenilikçilərindən " əxz edilmişdir. Xalqın çağırışı belə idi: " tərbiyə hamı üçündür ” .
Xalq pedaqogikasının ilkin elementləri pedaqoji mədəniyyətin cücərtiləri ( başlanğıcı ) kimi primitiv pedaqoji bacarıqlar idi . Xalqın təcrübələrinin və sınaqlarının nəticəsi olan xalq pedaqogikası xalqın mənəvi ehtiyacı və tələbatı olmuşdur. İnsan və insanın mənəvi dünyası xalq pedaqogikasının əsasını təşkil edir. Xalqın həm tərbiyəçisi , həm pedaqoqu , həm psixoloqu, həm filosofu, həm sənətkarı xalqın özü olmuşdur. Ona görə də xalq yaradıcılığında bunlar vəhdət halında öz əksini tapmışdır .
Tarixi irsin öyrənilməsi nəticəsində tərbiyə sahəsində etnopedaqoji istiqamətlənmənin rolu təyin edilir . Məlum olur ki, fiziki təmrinlərin, oyunların və yarışların yaranması öz genetik əsasında hər şeydən əvvəl qədim insanın mövcudluğunun əsas mənbəyi kimi ov prosesi ilə bağlıdır . Xalqlar sosial - iqtisadi mövcudluq , çətin təbii iqlim şəraitindən asılı olaraq təsərrufat - istehsalat fəaliyyəti ( ovçuluq, balıqçılıq ) prosesində əməyin çətin xarakterindən asılı olaraq kifayət qədər özünəməxsus fiziki tərbiyə sistemi yaratmışlar ki , bunun əsas məqsədi yetişən nəsli kiçik yaşlardan müstəqil əmək fəaliyyətinə və öz xalqının ənənələrinin davam etdirilməsinə hazırlamaq olmuşdur. Bunun vacib şərtlərindən biri uşaqların hərtərəfli fiziki inkişafına qayğı aşılanması, onlara əxlaqi - iradi normalar haqqında yığılmış biliklərin verilməsi , əmək vərdişlərinin öyrədilməsidir . Burada gələcək nəsillərin sağlamlığı haqqında zəhmətkeşlərin qayğısı da öz əksini tapmış və fiziki güc , dözümlülük , iradəlilik yorulmazlıq vəsf edilmişdir. Bütün bunlar zamanın tələbinə və praktik həyata uyğun olaraq əməyə və vətənin müdafiasinə hazır olan güclü , cəsur , sağlam nəsillərin formalaşması məqsədi ilə yaradılmışdır .
Pedaqogikanın inkişafı öz mənbəyini xalq pedaqogikasından alır. Xalq pedaqogikası pedaqoji irsin geniş sahəsini əhatə edir . “ Pedaqogika tarixində müəyyən səhifə təşkil edən həmin fikirlər bu gün də tərbiyəvi təsir gücünü saxlamaqla , gənc nəsli milli - etnik yaddaşa , xalq təfəkküründan süzülüb gələn mənəvi sərvətə ehtiram ruhunda tərbiyə etməkdədir ” .Müasir dövrdə də xalq pedaqogikası millətin həyatında ən başlıca qurucu , yaradıcı mənəvi qüvvə olaraq qalır .
Pedaqoji elmdən fərqli olaraq xalq pedaqogikası nə yekunlaşmış “sırf pedaqoji işlərə , nə də xalqın yaddaşında qorunan istedadlı pedaqoqların adlanına malik deyil. Xalq pedaqogikasında tərbiyə və təlim birgə, tam proseslər olub bir birini tamamlayır. Tərbiyə xalqla onun əxlaqi həyatı arasında rabitə yaradıcı amil kimi çıxış edir. Ayrıca şəxsiyyətlərin əlaqəsi özündə nəsillərin varisliyi möhürünü gəzdirir. Belə nəsillərin varislik bağlılığının möhkəmlənmasinda yaşlı nəsil bilavasitə vasitəçi kimi öz tərbiyələndirdiklərinin vasitəsi ilə və özləri tərəfindən qorunulmuş mənəvi xəzinə vasitəsilə iştirak edir. Yazının olmaması ilə əlaqədar nə qədər adət - ənənalar əsrlərin dərinliklərində itib batmış , onların fikirləri bizə gəlib çatmamışdır .
Xalq, qorunulmuş mənəviyyata baxışların konservativliyi ilə xalq tərbiyəsi də daxil olmaqla köhnə ənənələrin çoxunu qoruyub saxlaya bilmişdir. Xalqın nümayəndələri ənənəvi mədəniyyətin və mənəviyyatın əsil qoruyucusu və daşıyıcılarıdır. Xalqın tərbiyəsi onun əxlaqında, adətlərində, dini, ictimai və şəxsi münasibətlərində- bir sözlər bütövlükdə həyatında kök salıb. Ənənəvi tərbiyə mədəniyyətinin öyrənilməsi, tədqiqi və tətbiqi, etnopedaqoji analizi böyük əhəmiyyət daşıyır. Burada xalq pedaqogikasının köməyinə tərbiyə və təhsilin vahid prosesində nəsillərin varisliyini təmin edən həqiqi xalq təhsili gəlməlidir.
Dini tələblər və qadağalar, şəxsiyyət haqqında birləşmiş və qorunulmuş xalq təsəvvürləri tərbiyənin mövzusunun məqsəd və vəzifələri idi və müasir dövrə qədər xalq müdrikliyinin hökmləri (tələbləri) şəklində gəlib çatmışdır. Bu gün biz daha tez-tez əcdadlarımızın təcrübəsinə, xalq tədrisini və tərbiyəsinin mənbələrinə müraciət edirik və məhz orada bir çox çətin suallara cavab tapırıq. Ancaq nəsillərin qarşılıqlı əlaqəsi kiçik yaş dövründən uşağın tərbiyə və inkişafını lazımi səviyyədə həyata keçirməyə imkan verir. Xalq təribyəsinin müdrikliyi tarixən yoxlanılmış təcrübə kimi müasir tədris-tərbiyə sisteminin əsası olmalıdır. Bu təcrübə formalaşan şəxsiyyətin, onun tərbiyə və tədris vasitələrinin keyfiyyətinə eyni tələblərlə xarakterizə edilir. O, özündə özünəməxsus (bütün bəşəriyyət üçün) xalq müdrikliyini, əsrlərlə yoxlanılmış ümumbəşəri dəyərlər sistemini təqdim edir. Onlar bu gün də bizim ümumbəşəri dəyərlər anlayışlarımız ilə uyğun gəlir. Amma bu o demək deyil ki, xalq tərbiyə vasitələri və amillərinin bütün imkanlarından dəyişikliksiz və tənqidi qiymətsiz istifadə etmək lazımdır.
Xalq pedaqogikasının yaranmasının və inkişafının tarixi zəminlərindən danışarkən qeyd etmək lazımdır ki, xalq pedaqogikası minilliklər boyu işlənmiş, toplanmış nəhəng pedaqoji təcrübənin cövhəridir (əsas mahiyyətidir). Xalqın tərbiyə və təhsil ənənələrinin çoxu öz kökləri ilə çox qədim keçmişə gedir. Xalq pedaqogikasının kökləri, onun mahiyyəti və məzmunu xalqın etnogenezinin özü ilə bağlıdır.
Hər bir xalqın əxlaqi irsinin zəruri elementləri onun pedaqoji mədəniyyəti, ideyaları, xalq kütlələri tərəfindən əsrlərlə və minilliklərlə yığılmış tərbiyəvi təcrübəsidir. Xalq pedaqogikası kollektiv xalq yaradıcılığının tərkib hissəsi və kütlələrin pedaqoji mədəniyyətinin təzahürü kimi çox qədimdə yaranıb. O özündə xalqın fikirlərini və ümidlərini, onun idealını, görüşlərini, insan, ailə, uşaqlar, yetişən nəslin tarbiyəsi haqqında təsəvvürlərini əks etdirir. Xalq pedaqogikasının gücü pedaqoji prosesin kütləviliyindədir. Xalq pedaqogikası əhalinin bütün təbəqələrinin , bütün xalqın iştirakı ilə yaranır və inkişaf edir. Bu təcrübə həm iş, həm təlim , həm də oyundur. Onlar milyonlara aydındır , yaxındır və ona görə də xəlqidirlər. Əgər o həqiqətən xəlqidirsə, deməli ümumbəşəridir. Xalq pedaqogikası həmişə tərbiyə işini qidalandırmışdır. O keçmiş və gələcək arasında canlı birləşdirici əlaqə olaraq nəsildən - nəsilə xalqın obrazını ən yaxşı cəhətlərində canlandırır . Nə qadar xalq pedaqogikası yaşayır , onu yaradan xalq da sağdır .
Bu gün pedaqogikanin inkişafı xalqın təcrübəsinin nəticəsi olan tərbiyənin və onun səmərəsi olan tərbiyə haqqında fikirlərin bünövrəsi üzərində ucalır. Tərbiyə sahəsində xalq müdrikliyi tədricən “ xalq pedaqogikası” anlayışında formalaşmışdır. Xalq pedaqogikasını xalq özü və özünə xidmət etmək üçün yaratmışdır. Bu empirik pedaqoji biliklərin və xalq təcrübəsinin sahəsidir və xalq arasında üstün olan tərbiyə məsələləri və məqsədlərinə baxışların cəmində xalq vasitələrinin, bacarıqlarının, tərbiyə və tədris vərdişlərinin istehsalıdır.
Xalq pedaqogikası-xalq didaktikasıdır. Xalq didaktikası - xalq öyüdlərinin, nəsihətlərinin, izahlarının məzmununu açıqlayır, uşağa, cavan insana dünyanı, təbiəti, ətraf aləmi, sosial mühiti, öz xalqının irsini dərk etməyə kömək edir. Xalq pedaqogikasında didaktik qaydalar xalq aforizmləri formasında verilir, bəzi hallarda xalq aforizmləri didaktik müddəaların hansısa elementini təşkil edir .
Pedaqoji mədəniyyətin xalqda yaranmasını, inkişafını yetişdirən mühitin olduğunu həmişə yadda saxlamaq lazımdır. Xalq gördüyünü, eşitdiyini, müşahidə etdiyini toplayıb yaddaşında mühafizə etmişdir. Xalq yaradıcılığı kollektiv mövcudluğun əməyidir, hamı buraya öz fikirlərini, bacarıqlarını, ümidlərini , həyat tərzlərini gətiriblər. K.D. Uşinskinin dediyi kimi , məktəb tərbiyəsi bütün xalqın tərbiyəsini təşkil etmir ancaq xalq tərbiyəsi xalqın inkişafında böyük rol oynayır, xalq tərbiyəsini əhatə edir, həm də tarixi yaradan kütlələrin əxlaqi və mənəvi yüksəlişini əks etdirir .
Xalq pedaqogikası pedaqoji fikrin ilk mənbələrində biridir. Xalq pedaqogikası tövsiyələr, məsləhətlər, öyüd əxlaqi normalar və qaydalar toplusudur. Buraya yetişən nəslin tarbiyəsindən tutmuş şəxsiyyət idealının məzmununun açıqlamasına, tərbiyəvi proseslərin təşkili qaydalarına və üsullarna qədər əksər pedaqoji proseslər daxildir. Xalq pedaqogikası insan idealı, tərbiyə məqsədi kimi biliklər sisteminin və uşaqlar tədris - tərbiyəsinin həyata keçirilməsinə imkan verən ideyaların məcmusu, xalq mədəniyyətinin bütün elementləri daxil olmaqla tədrisin və tərbiyənin amilləri və vasitələri, tarbiyənin imkanlan , onun tərkib hissalari haqqında xalqın yaratdığı elmdir .
Xalq pedaqogikasi nəsillərin tərbiya məktəbidir və tərbiyə haqqında ilk elmdir ”. Bu " elmi " yaradan və öyrədən ise məhz xalq özüdür. Har bir elmin yaranması müəyyən tələbatdan və ehtiyacdan yarandığı kimi, xalqın öz müşahidələri və təcrübeləri nəticəsində keçdikləri böyük məktəb də bu elmi yaratmağa səbəb olmuşdur . Bir nəsildən digərlərinə ötürülən tərbiyə metodları və üsullan insanların həyat prosesində əldə etdikleri biliklər və vərdişlərin təyini kimi qavranılır. Xalqın təcrübi , tərbiyavi faaliyyəti sayəsində biliklar bacanga 12 vardişlərə çevrilmişdir. Xalq öz yiyələndikləri bilikləri gənc nəslə hazır şəkildə, tərbiyə formasında aşılamışdır. Xalq pedaqogikasında yetişən nəslin tərbiyəsinin quruluşu, vəzifələri mahiyyəti öz əksini tapmışdır. Xalq pedaqogikasında tərbiyənin məzmununu minilliklərlə toplanılmış təbiət, cəmiyyət və insan haqqında empirik təcrübə təşkil edir .
Mədəniyyət sivilizasiyanın ən vacib ümumiləşdirici xüsusiyyətidir. Uşaqların doğma xalqının , ölkəsinin mədəniyyat və ümumbəşəri mədəniyyət ilə tanışlığı məktəbəqədər təhsilin məzmununda qırmızı xətt kimi göstərilməlidir. Məktəbəqədər yaşlı uşaqlarınetnik – mədəni tərbiyəsi ədəbiyyat , incəsənət, folklor, xalq musiqisi vasitəsilə mədəniyətlərin dialoqu əsasında hayata keçirilir , uşaqların öz xalqının və digər xalqların mədəniyyətlari haqqında fikirlərini zənginləşdirir, dogma mədəniyyətinə sevgi və qürur hissi aşılayır, digər mədəniyyətlərə hörmət üçün əsas yaradır .
Uşağın şəxsiyyətinin sosial – mənəvi keyfiyyətlərinin formalaşmasında təsirli vasitə xalq pedaqogikası olmuşdur və olaraq qalır. Müasir təhsil praktikasında etnopedaqoji fikirlər mədəniyyətlərin dialoquna əaslanan uşaqların multikultural tərbiyəsi prinsipləri ilə tamamlanır.
Mədəniyyət sivilizasiyanın ən vacib ümumiləşdirici xüsusiyyətidir. Müasir dövrdə də uşaqların doğma xalqının, ölkəsinin mədəniyyəti və ümumbəşəri mədəniyyət ilə tanışlıq məktəbəqədər təhsilin məzmununda qırmızı xətt kimi göstərilməlidir. Məktəbəqədər yaşlı uşaqların etnik – mədəni tərbiyəsi ədəbiyyat , incəsənət , folklor, xalq musiqisi vasitəsilə mədəniyyətlərin dialoqu əsasında hayata keçirilir, uşaqların öz xalqının və digər xalqların mədəniyyətləri haqqında fikirlərini zənginləşdirir, doğma mədəniyyətinə sevgi və qürur hissi aşılayır , digər mədəniyyətlərə hörmət üçün əsas yaradır .
Uşağın şəxsiyyətinin sosial - mənəvi keyfiyyətlərinin formalaşmasında təsirli vasitə xalq pedaqogikası olmuşdur və olaraq qalır. Müasir təhsil praktikasında etnopedaqoji fikirlər mədəniyyətlərin dialoquna əsaslanan uşaqların multikultural tərbiyəsi prinsipləri ilə tamamlanır .