45.Siciliyada qullarin 1 ci usyani Birinci Kölə müharibəsi (lat. Primum Bellum servile) və ya Birinci Siciliya üsyanı (lat. Primo Rebellionem Siculis Confunditur) — e.ə. 135–132-ci illərdə Roma Respublikasına qarşı qaldırılan müvəffəqiyyətsiz kölə üsyanı. Müharibə Siciliya adasındakı Enna şəhərində baş verən kölə qiyamlarından təhriklənmişdi. Üsyana peyğambər olduğunu iddia edən, əvvəllər kölə olan Yevn və kilikiyalı (indiki Türkiyə) Kleon rəhbərlik edirdi. Kölələrin bir neçə kiçik qələbə çalmasından sonra, Siciliyaya böyük bir Roma legionu gəlmiş və üsyançıları məğlub etmişdir.
Üsyan e.ə. 136-cı ildə Enna şəhərində başladı. 400 köləyə rəhbərlik edən Yevn şəhər zadəganlarına qarşı qırğın törətdi. Şəhərdə baş verən qələbədən təhrikləşən daha 6,000 kölə üsyana qatıldı. Bu kölələr Yevni öz kralları seçmişdilər və ona “Antiox” adını vermişdilər. Kiçik ordunun böyük əməlləri Kleonun qulağına gəldi və o, 14,000 kölə ilə Yevnə kömək etməyə Siciliyaya getdi. Kleon burada general təyin edilmişdi. Siciliyadakı Roma qoşunları üsyana qarşı çıxmaq istəsələr də, bütün döyüşlərdə məğlub oldular.
E.ə. 135-ci ildə üsyançılar Kataniya və Taormina şəhərlərini işğal etdilər. E.ə. 134-cü ildə üsyançılar yerli pretorları – Manliyo, Lentulo və İpseyo məğlub etdilər. Bu hadisədən sonra, Roma Hökuməti üsyanı daha ciddiyə almış və axırda bir konsul göndərmək qərarına gəlmişdir. Bu konsul Qay Fulvi Flakk idi.[2]
Flakk qüvvə sayı artıq 200,000-ə çatmış üsyançıları məğlub edə bilməmiş və nəticədə Messena (indika Messina) şəhəri e.ə. 133-cü ildə işğal edilmişdir. Üsyançıları məğlub etmək vəzifəsi artıq Lyusi Kalpurni Pizon Fruqiyə düşmüşdür. Pizon və yeni, daha güclü ordusu üsyançıları Messenada məğlub etdi.
E.ə 132-ci ildə üsyançıların idarəsi altında olan Taormina şəhəri Publi Rupili tərəfindən mühasirəyə alındı. Üsyançılar özlərini uzun müddət qoruya bildilər. Aclığa tapdıqları tək çarə kannibalizm (adamyeyənlik) idi. Onlar ilk olaraq uşaqları, daha sonra qadınları, axırda isə bir-birlərini yeməyə başladılar. Sonda, üsyançı rəhbərlərindən biri olan Serapion öz yoldaşlarına xəyanət etmiş, nəticədə üsyan yatırılmışdı. Əsir alınan bütün kölələrə Roma Respublikası konstitusiyasına əsasən ilk öncə işgəncə verildi, daha sonra isə Taormina kliflərindən körfəzə atılaraq öldürüldülər. Bundan çox keçməmiş, Yevn və Kleonun sığınacaqları – Enna şəhəri Roma ordusu tərəfindən azad edildi. Qalan üsyançılar çox keçməmiş məğlub edildilər. Beləliklə, üsyan sona çatdı.[