Qədim Yunanıstan tarixi üzrə mənbələr Qədim Yunanistan tarixi üzrə tarixşünaslıq 3 Qədim Yunanıstan təbii şəraiti


) Romada respublika dövründə elm və fəlsəfənin inkişafı



Yüklə 55,86 Kb.
səhifə28/28
tarix26.12.2023
ölçüsü55,86 Kb.
#197276
1   ...   20   21   22   23   24   25   26   27   28
Antik tarix imtahan sualları

74) Romada respublika dövründə elm və fəlsəfənin inkişafı
E.ə. 88-ci ildə diktator Sulla Apellikonun kitabxanasının Afinadan Romaya köçürülməsi nəticəsində Aristotelin əsərləri aşkar olundu və getdikcə onun fəlsəfı baxışları sönməz bir maraq obyektinə çevrildi. Bir çox elm sahələri tədqiqata cəlb olundu. Göy cismlərini planlı şəkildə müşahidə edən isgəndəriyyəli Menelay həm də sferik həndəsə və triqonometriyaya aid əsərlər yazdı. Onun həmyerlisi Heron isə (e.ə.I əsr) tətbiqi mexanikaya, həndəsi optikaya aid əsərlər yaratdı. Heronun elmi-nəzəri fikirləri Ptolemeyin yaradıcılığında daha da inkişaf etdirildi. Ptolemey özünün məşhur “Almagest” əsərində dünyanın geosentrik sisteminə dair geniş izahat verdi.

E.ə. I əsrdə yaşamış Tit Lukretsi Kar «Cisimlərin təbiəti haqqında» fəlsəfi poemasını şeirlə yazmışdır. Görkəmli şair və alim olan Lukretsi bu əsərində insanın və təbiətin tarixi haqqında o dövrün qabaqcıl ideyalarını əks etdirmişdir. Onun fikrincə, təbiət atomlardan ibarətdir. Onlar bir-biri ilə birləşərək yeri, səma cisimlərini, canlı varlıqları və insanların ruhlarını yaradır. Onun dediyinə görə, əkinçilik, od, incəsənət, yazı allahın insanlara mərhəməti nəticəsində verilməmişdir, insan bütün bunları zəhməti bahasına əldə etmişdir.

Romada elmin müxtəlif sahələri inkişaf etmişdi. Varron (e.ə. II-I əsrlər) «Kənd təsərrüfatı haqqında», «Latın dili haqqında» kitablar, Vitruli (e.ə. I əsr) «Memarlıq» haqqında dərslik yazmışdı.

Böyük Plininin yazdığı «Təbiət tarixi» əsəri 37 kitabdan ibarətdir və dövrümüzə qədər gəlib çatmışdır. Bu kitablarda Roma, Şərq, Yunanıstan alimlərinin astronomiyaya, təbabətə, kənd təsərrüfatına və başqa sahələrə aid yazılmış əsərlərinin məzmunu verilmişdir. Kitabda I əsrdə Aralıq dənizi sahillərindəki ölkələrin elmi bilikləri toplanmışdı. Plini Vezuvi vulkanını öyrənmək üçün ona çox yaxınlaşmış və bu zaman həlak olmuşdur.



Roma mədəniyyəti böyük tarixi əhəmiyyətə malikdir. Bu mədəniyyət Roma imperiyasının hər yerində yayılmışdı. İmperiyanın əyalət əyanları özlərini romalılara oxşadırdılar, onların dilini öyrənirdilər. Roma nümunəsində şəhərlər salınır, yollar çəkilir, körpülər tikilirdi. Latın dili və yunan əlifbası əsasında tərtib edilmiş latın əlifbası geniş yayılmışdı. Latın dili uzun müddət elmi dil olaraq qalmış, orta əsrlərdə Avropanın bütün əhalisi bu dildə oxuyub yazmışdı. Tibbdə indi də bu dil işlənir. Latın dili italyan, fransız, rumın və digər xalqların dilləri üçün əsas olmuşdur.
75) Konstantinin xarici siyasəti
Yüklə 55,86 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin