Qədim Yunanıstan tarixi üzrə mənbələr Qədim Yunanistan tarixi üzrə tarixşünaslıq 3 Qədim Yunanıstan təbii şəraiti


) Makedoniya İran müharibələri (334-330)



Yüklə 55,86 Kb.
səhifə22/28
tarix26.12.2023
ölçüsü55,86 Kb.
#197276
1   ...   18   19   20   21   22   23   24   25   ...   28
Antik tarix imtahan sualları

64) Makedoniya İran müharibələri (334-330)

II Filipp Yunanıstanı işğal etdikdən sonra İrana yürüş ərəfəsində sui-qəsd nəticəsində öldürüldü. Onun yerinə 20 yaşlı oğlu İsgəndər (e.a. 336 e.a. 323) keçdi. İsgəndər hakimiyyətə gəldikdən az sonra Fiv şəhərinin əhalisi afinalılarla ittifaqa girərək üsyan qaldırdılar. “Seçilmiş tərcümeyi-hallar” əsərinin müəllifi Plutarxın qeydlərinə görə İsgəndərin əmri ilə Fiv üsyanı yatırıldı. Fiv qarət olundu və yer üzündən silindi. Beləliklə, İsgəndər Yunanıstanda hakimiyyəti- ni bərqərar etdikdən sonra – IV əsrin 30-cu illərinin sonunda Şərqə yürüşə - Əhəməni dövlətinin üzərinə hücuma başladı.

Makedoniyalı İsgəndərin Şərqə yürüş zamanı: M.İsgəndəndər III Daranın muzdlu qoşunlarına qalib gəldi:

E.ə. 334-cü ildə Qranik döyüşündə; E.ə. 333-cü ildə İss döyüşündə.

☞ İsgəndərə ciddi müqavimət göstərın Finiki- yanın Tir şəhəri tutularaq dağıdıldı.

Finikiyanın digər şəhərləri və Misir isə İsgəndərə vuruşmasız tabe oldu (e.ə. 332-ci ildə). Misir kahinləri İsgəndəri firon və tanrı adlandırdılar.

Misirin fəthindən sonra Əhəmənilərlə yenidən müharibəni davam etdirən İsgəndər e.ə. 331-ci ildə həlledici döyüş olan Qavqamela döyüşündə III Daranın qoşunlarına qalib gəldi. III Dara ölkənin şərqinə qaçdı.

E.a. 330-cu ildə III Dara özünün Baktriya satrapi Bess tərəfindən öldürüldü. Beləliklə, İsgəndərin Şərqə yürüşü nəticəsində Əhəməni imperiyası süqut etdi. Az sonra İsgəndər Mərkəzi Asiyada Baktiriya və Soqdiananı tutdu.

E.ə. 327-ci ildə İsgəndər Hindistanın şimal-qərbinə hücum edərək Hind çayına- dək əraziləri öz hakimiyyətinə tabe etsə də, aşağıdakı səbəbdən bütün Hindistanın fəthini dayandıraraq geri çəkildi:


  1. Əhalinin güclü müqavimətinə rast gəlməsi;



  1. Əsgərlərinin yorularaq qüvvədən düşməsi;

62) Romanın Yunanıstan və Makedoniyanı ələ keçirməsi

Roma e.ə. 146-cı ildə Makedoniya və Yunanıstanı, e.ə. I əsrin ortalarında Suriyanı, e.ə. 30-cu ildə Misiri işğal edərək öz əyalətinə çevirdi. Şəhərlər ələ keçirildik- dən sonra qarət üçün döyüşçülərin ixtiyarına verilirdi. Qalib sərkərdə triumfla Romaya daxil olurdu. İşğal olunmuş əraziləri canişinlər idarə edirdilər.


Yüklə 55,86 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin