Qədim Yunanıstan tarixi üzrə mənbələr Qədim Yunanistan tarixi üzrə tarixşünaslıq 3 Qədim Yunanıstan təbii şəraiti


) Qərbi Roma imperiyasının süqutu



Yüklə 55,86 Kb.
səhifə21/28
tarix26.12.2023
ölçüsü55,86 Kb.
#197276
1   ...   17   18   19   20   21   22   23   24   ...   28
Antik tarix imtahan sualları

60) Qərbi Roma imperiyasının süqutu
Qərbi romanın süqutu: Teodisin ölümündən sonra onun oğlu gənc Honori Qərb imperiyasını idarə etdi.Onun idarəçilikdə xüsusən Şərqlə birliyi saxlamaqda təcrübəli dövlət xadimi və general Stilixo kömək edirdi.Stilixo bir çox hadisələrə müdaxilə etmək istəyirdi,lakin vestqotların başçısı Alarixdən gələn təhlükə onun qarşısını kəsdi.Honori Revennada otururdu,bu şəhər Milandan daha asan müdafiə olunurdu.Alarix romanın özünə hücum etdi.Şəhər 3 gün qarət olundu.Bununlada qərb tarixi erasına son qoyuldu.Bu hadisə 410 ilin avqustunda baş verdi.406 ilin son günündə isə hunların dəhşətli irəlləməsindən qaçan vandallar,alanlar və başqa tayfalar donmuş Reyn çayını keçib,Qalillaya yayıldılar.Sonrakı illərdə bu barbarlardan çoxu İspaniyaya gəlib çıxdı və burada məskunlaşdı.Roma generalı Konstansi Qalilliyada bir neçə uzurpatoru məhv etdi,lakin o,frankları,alemanları qovmağa qadir deyildi.O öldükdən sonra oğlu 3 Valentinian 423 ildə Honoriyə varislik etdi və onun hökmranlığı 455 ci ilə qədər davam etdi.


61) Krit mədəniyyəti

Avropada ən qədim dövlət – Krit mədəniyyəti Avropada dövlətçiliyin və sivilizasiyanın əsasları Şərq sivilizasiyasının təsiri ilə Krit adasında və Mikena şəhərində yaranmış, bununla da qədim yunan tarixinin və mədəniyyətinin əsası qoyulmuşdur. E.ə. III-II minilliklərdə Avropada ən qədim dövlət olan Krit dövləti yaranmışdı.

Qədim kritlilərə aiddir:
Əhalisi gözəl gəmilər düzəldən olmuşdular.
Ticarət və hərbi donanmaları üçün limanlar inşa etmişdilər.
Freskalarla bəzədilmiş saraylar inşa etmişdilər.
Misir, Finikiya və Babil ilə ticarət əlaqələri saxlayırdılar.
Özlərinə məxsus yazıları olmuşdu.

E.ə. II minilliyin ortalarında Kritə yaxın adada baş verən vulkan püskürməsi nəticəsində Krit padşahlığı və mədəniyyəti süqut etmişdir.



63) Solonun islahatları

E.ə. VII əsrdə Qədim Afinada demosla aristokratlar arasında mübarizə kəskinləşdi. Demosun üsyana hazır- laşmasından qorxduğu üçün aristokratlar onlara güzəştə, getməyə məcbur oldu. E.ə. VI əsrin əvvəllərində e.a. 594-cü ildə aristokrat, siyasətçi Solon islahatlar keçirdi. Solon islahatının keçirilməsində əsas məqsəd aristokratiya ila demosu barışdırmaq idi.

Solon islahatının mahiyyəti


  1. Kəndlilərin borcları ləğv edildi.

  2. Borca görə qul edilən afinalılar azad edildi, onların gələcəkdə borca görə qul edilməsi qadağan edildi.

  3. Attikanın yerli əhalisi olan bütün kişilər vətəndaşlıq hüququ aldılar.

Solon islahatlarının nəticələri





  1. Aristokratlarla demos arasındakı gərginlik aradan qaldırıldı. 2. Attikanın yerli əhalisi olan bütün kişilər Afina vətəndaşı hüququ

Aldılar, yoxsulların vəziyyəti yüngülləşdi.



  1. Zadəganların iqtisadi qüdrəti sarsıldı.

  2. Afinada vətəndaşlıq, qanunçuluq və siyasi azadlıq prinsiplərinə əsaslanan tarixdə ilk demokratik dövlət quruldu.

Lakin Solon islahatları yoxsulları zəruri torpaqla təmin etmədi və onla- rın vəzifə tutmalarına imkan vermədi. Buna görə də yoxsullar torpağın bölüşdürülməsini və vətəndaşların bərabərliyinin müəyyənləşdirilməsini tələb etməkdə davam edirdilər.




Yüklə 55,86 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin