Qədim Yunanıstan tarixi üzrə mənbələr Qədim Yunanistan tarixi üzrə tarixşünaslıq 3 Qədim Yunanıstan təbii şəraiti


)PERİKLİN DÖVRÜNDƏ AFİNANIN XARİCİ SİYASƏTİ



Yüklə 55,86 Kb.
səhifə24/28
tarix26.12.2023
ölçüsü55,86 Kb.
#197276
1   ...   20   21   22   23   24   25   26   27   28
Antik tarix imtahan sualları

67)PERİKLİN DÖVRÜNDƏ AFİNANIN XARİCİ SİYASƏTİ.
Periklin ilk xarici siyasət aksiyası Cənubi İtaliyada Furiya koloniyasının salınması ilə olmuşdur.[41] Bu məsələ Perikllə Fukididin mübarizəsi zamanından gündəmdə idi. Fukidid koloniyanın hansısa polisin üstünlüyü olmadan ümumyunan koloniyası olmasını müdafiə edirdi, lakin Perikl Furiyanı Afina nüfuz dairədsinə aid etmək istəyirdi[65].
Periklin qərb siyasəti Afinanın Siciliya və Cənubi İtaliyada möhkəmlənməsinə yönəlmişdi. 50-ci illərdə afinalılar əvvəlcə Egesta, sonra isə Regiya, Leontian, ehtimal ki, Metopont,[66] və Kampanyada Neapol şəhəri ilə sazişlər imzaladılar. 
Samos Miletlə Kiçik Asiyadakı mübahisəli ərazilərə görə müharibə edirdi. Perikl bu mübarizədə Miletin tərəfini tutdu.[64] Perikl Samosa daxil olaraq oliqarxiyanı yıxdı və demokratiyanı hakim etdi.[ Vizantiyə sahib olmaq Afinaya çox vacib idi, çünki Bosfor vasitəsilə Afinaya Qara dəniz sahilindəki ərazilərdən buğda ixal edilirdi. Afinalıların buğdanın istehsal edildiyi Cənubi İtaliya və Misiri ələ keçirmək planları uğursuzluğa düçar olduğundan, Qara dəniz sahilləri buğdanın əldə edilməsi üçün yeganə mənbə idi.[73]
Perikl özü donanma ilə birgə Qara dəniz sahilinə yollanmışdı. Pont ekspedisiyası ehtimal ki, e.ə 437 və 435-ci illər arasında baş tutmuşdu. 
Bu səfərin nəticəsində Afina İttifaqına yeni üzvlər qəbul edildi, forpostların əsası qoyuldu, buğda yolları üzərində nəzarət gücləndirildi
Böyük Yunanıstanda Afinanın hegemonluğunun qurulması, bu dövləti bütün yunan dünyasının siyasi birliyinə çevirdi və hadisələrin belə inkişafı Spartanın tam izolyasiyasına səbəb oldu. Korinfin iqtisadiyyatına da ağır zərbə vuruldu. Afina demokratiyasının rəhbərləri ümumi ellin konqressi ke- çirilməsi ideyasını irəli sürdülər. Plutarxın yazdığına görə, Perikl Xalq yığın- cağına belə bir təkliflə müraciət etdi ki, harada, hətta hansı qitədə yaşama- sından asılı olmayaraq bütün ellinlər Afinadakı ümumi qurultaya öz müvək- killərini göndərsinlər ki, burada barbarlar tərəfindən yandırılmış məbədlər barədə, Elladanın xilası naminə onlar barbarlarla vuruşan vaxt allahlara ved etdikləri və verməli olduqları qurbanlar barədə, həm də dənizdə təhlükəsiz üzmək və sülh barədə məsləhətləşsinlər. Bu məqsədlə adamlar göndərdilər ki, ellinləri Afinaya gəlmək və məsləhətləşmələrdə iştirak etmək üçün dilə tutsunlar, lakin konqress baş tutmadı..Münasibətlər dahada gərginləşdi. Peloponnes müharibəsinin birinci dövrü m.ə. 431-421-ci illərə təsadüf etdi. Sonra atəşkəs dövrü başlandı. Peloponneslilər ilk dövrlerde Attikanın kənd ərazisini viranə qoyurdular. M.a. 430-cu ildə dəhşətli səpmə ya-talaq epidemiyası baş verdi ve bu hadisə afinalıların strateji planlarını pozdu. Perikl coxlu qaçqının toplaştığı darısqal, tozlu və su ilə kifayət qədər təchiz olunmayan Afinada belə qorxulu xəstəliyin baş verəcəyini düşünmürdü. Əhalinin dörddə biri kırıldıBütün günah Periklin üstünə atıldı.Özüdə bu xəstəliyin qurbanı oldu


Yüklə 55,86 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin