Qədim Yunanıstan tarixi üzrə mənbələr Qədim Yunanistan tarixi üzrə tarixşünaslıq 3 Qədim Yunanıstan təbii şəraiti



Yüklə 55,86 Kb.
səhifə16/28
tarix26.12.2023
ölçüsü55,86 Kb.
#197276
1   ...   12   13   14   15   16   17   18   19   ...   28
Antik tarix imtahan sualları

Müharibənin sonu. Zama döyüşü
İspaniyadan qayıdan Sçipion yeni hərəkət planı təklif etdi. O müharibənin Afrikaya köçürülməsinə nail oldu. E.ə 204-cü ildə Sçipionun ordusu Utika yaxınlığında sahilə endi. Romalıların uğurları Karfagen hökumətini Hannibalı İtaliyadan geri çağırmağa məcbur etdi. E.ə 202-ci ilin payızında Sçipion və onun müttəfiqi Numidiya çarı Masinissa Karfagendən cənubda yerləşən Zamada

Zama döyüşü


Hannibal üzərində qələbə qazandılar. Karfagen məğlub oldu.
E.ə 201-ci ildə Roma və Karfagen, Romanın qələbəsini və Karfagenin məlubiyyətini bildirən müqavilə bağladılar. Sonuncu Afrikadan kənarda olan bütün mülklərindən imtina etdi, bütün gəmilərini və fillərini təhvil verdi, və 10 min talant kontribusiya ödədi. Bundan başqa Karfagen Romanın icazəsi olmadan müharibə aparmaq hüququndan məhrum edildi. Karfagenin sərhədində onun qəddar düşməni olan Masinissanın çar olduğu Numidiya çarlığı yarandı


41) e.ə 3 cü əsrin sonlarında və 2 ci əsrin 1 ci yarısında Romanın xarici siyasəti

2-ci Pun müharibəsi (e.ə. 218–201) Karfagenin qisas cəhdindən doğmuşdu. E.ə. 218 ildə Hannibalın ordusu Alpı keçirdi və Po dərəsinə daxil oldu. Trazimen gölü (e.ə. 217) və Kann (e.ə. 216) yaxınlığındakı vuruşmalarda Roma ordusu darmadağın edildi. E.ə. 212 ildən romalılar təşəbbüsü ələ keçirdilər. Metavr çayı yaxınlığında (e.ə. 207) qələbə qazanan romalılar Zama yaxınlığındakı həlledici vuruşmada Hannibalın ordusunu darmadağın etdilər (e.ə. 202). E.ə. 201 ildə bağlanmış müqaviləyə görə Karfagen Afrikadakı ərazisi ilə kifayətləndi, donanmadan məhrum oldu, böyük təzminat verməyə məcbur edildi. 3-cü Pun müharibəsində (e.ə. 149–146) Karfagen məğlub oldu və dağıdıldı (e.ə. 146), sakinləri isə kölə kimi satıldı. Pun müharibələr nəticəsində Roma Aralıq dənizinin ən güclü dövlətinə çevrildi.

42) 3-cü Makedoniya müharibəsi
V Filippin ölümündən sonra onun oğlu Persey Roma ilə müharibəyə hazırlaşmağa başladı. O romayönlü makedon əyyanlarının müqavimətini qırdı, ölkənin iqtisadiyatını möhkəmləndirdi, 40 minlik ordu yaratdı və Roma ilə düşmən olan ölkələrlə, o cümlədən Karfagenlə, əlaqələr yaratdı. Roma senatı onu əvvəlki müqavilələrin pozulmasında suçladı. Üçüncü Makedon müharibəsi başladı. 30 minlik romalı ordusu Makedoniyaya endi. Əvvəlcə hərbi əməliyatlar romalılar üçün uğurlu olmadı, lakin e.ə 168-ci il 22 iyunda Lusi Emili Pavelin başçılığı ilə Roma legionları, Pidna yaxınlığında Makedoniyalı Perseyin qoşunlarını darmadağın etdi. Persey qaçdı, sonra isə əsir düşdü. Roma ordusu ölkəni işğal etdi və yağmaladı. Roma senatı Makedoniyada çar hakimiyətini ləğv etdi, ölkəni bir-birindən ayıraraq, özündən asılı 4 dairəyə böldü. E.ə 149-cu ildə Makedoniyada Romaya qarşı üsyan qalxdı. Romalılar üsyanı yatırdılar və e.ə 148-ci ildə Makedoniyanı İlirya və Epirlə birlikdə öz əyalətinə çevirdilər. Makedoniya müharibəsində iqtisadi və hərbi cəhətdən daha inkişaf etmiş Roma qələbə çaldı. Roma ordusu o dövrün, strukturuna və qoşunların idarəolunmasına görə, ən yaxşı hərbi təşkilatı olaraq, öz hərbi və mühəndis təcrübəsi ilə güclü idi. Kinoskefala və Pidna yaxınlığındakı döyüşlərdə romalıların manipulyar taktikası makedon falanqası üzərində öz taktiki üstünlüyünü göstərdi. Legionun manipulyar düzülüşü Roma ordusunun həm düz, həm də kəsişən(yarğanlı) ərazidə yüksək manevr üstünlüyünü təmin edirdi, onun cəbhədən(frontal) və cinahdan(flanq) zərbələrini, arxadan zərbələrlə üzlaşmasını təmin edirdi. Romalılar falanqanın yaranmış dəliklərinə girmək və onu hissə-hissə məhv etmək imkanı əldə edirdilər. Məsələn Pidna döyüşü. Romalıların üç sıraya düzülüşü hucumda qüvvələrini artırmaq imkanı verirdi. Müharibələrin nəticələrinə Romanın diplomatiyasının da təziri güclü oldu. O Makedoniyanın öz daxilində Filipə və Perseyə qarşı olan əyyanlardan, özünə müttəfiqlər tapmağa bacarmışdı və yunanların azadlıq arzularından da yararlanmışdı.


Yüklə 55,86 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin