30
II FƏSİL
HƏYAT (YAŞAYIŞ) MÜHİTİ VƏ
EKOLOJİ FAKTORLAR
Yaşayış mühiti canlı orqanizmləri əhatə edən təbiətin bir hissəsi olub onlarla bilavasitə qarşılıqlı əlaqədədir.
Mühitin tərkib hissələri və xassələri çox müxtəlif və dəyişkəndir. Hər bir canlı, daim mürəkkəb və dəyişkən
həyatına uyğunlaşır və onun dəyişkənliyinə uyğun olaraq həyat tərzini nizamlayır.
Planetimizdə canlı, ona xas olan şərait ilə bir-birindən fərqlənən orqanizmlər 4 əsas yaşayış mühitini
mənimsəmişlər. İlk dəfə həyat su mühitində baş vermiş və yaylmışdır. Sonralar canlı orqanizmlər yer səthi-hava
mühitinə yiyələnərək torpaq əmələ gətirmiş və orada məskən salmışlar. Dördüncü spesifik həyat mühiti isə canlı
orqanizmlərin özü olmuşdur. Onların hər biri özündə məskunlaşan parazit və simbiontlar üçün tam həyat mühiti
hesab olunur.
Orqanizmlərin mühitə uyğunlaşması adaptasiya adlanır. Adaptasiya qabiliyyəti həyatın əsas xassələrindən
biridir, belə ki, həyatın mövcudluğunun mümkünlüyünü, orqanizmlərin çoxalıb artmasını təmin edir. Adaptasiya
növlərin təkamülü gedişində baş verir və dəyişir.
Mühitin orqanizmlərə təsir göstərən ayrı-ayrı xassələri və ya elementləri ekoloji faktorlar adlanır. Mühit
faktorları olduqca müxtəlifdir. Onlar canlı qruplaşmalar üçün vacib və ya əksinə, zərərli ola bilər, onların
yaşamasına və çoxalmasına səbəb və ya mane ola bilər. Ekoloji faktorlar üç əsas qrupa bölünür: abiotik, biotik
və antropogen.
Dostları ilə paylaş: