Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1


Şəkil 1. Kalorimetrik kameranın sxemi



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə30/92
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#2790
1   ...   26   27   28   29   30   31   32   33   ...   92
Şəkil 1. Kalorimetrik kameranın sxemi 
 
Həyat  fəaliyyəti  prosesində  orqanizm  tərəfındən  itirilən  enerji  isə  qida 
maddələrinin hüceyrələrdə oksidləşmə və sadə maddələrə çevrilməsi ilə bərpa olunur. 
Eyni  zamanda,  müxtəlif  növdə  müəyyən  enerji  də  aynlır  ki,  bu  da  iş  görülməsinə, 
bədənin temperaturunun sabit saxlanmasına və s. işlərə sərf olunur. 


 
50 
 
Termodinamikanm  ikinci  qanununa  görə  isə,  enerjinin  çevrilməsi  prosesləri 
onun  müəyyən hissələrinin  istilik şəklində yayılması ilə baş verir. Bədənin, yaxud 
sistemin  ümumi  daxili  enerjisi  işə  çevrilə  bilən  sərbəst  enerjidən  və  birləşmiş 
enerjidən ibarət olur: 
U = F + Ç 
Burada,  U  -  sistemin  ümumi  daxili  enerjisi;  F  -  sərbəst  enerji;  Ç  -  birləşmiş 
enerjidir. 
Birləşmiş  enerji  daxili  enerjinin  o  hissəsidir  ki,  götürülən  şəraitdə  enerjinin 
başqa  formalarına  çevrilə  bilmir.  Bu  proseslərin  ümumi  istiqamətinin  sistemdə 
axan  daxili  enerjinin  azalması,  yaxud  ehtimal  tərəfə  gedir.  Sistemin  qaydaya 
salınması  üçün  yaxud  ehtimalı  ölçüsü  kimi  burada  entropiya  çıxış  edir.  Təbii 
olaraq,  sistem  nə  dərəcədə  nizamlı  olarsa,  onun  ehtimalı  və  entropiyası  da  bir  o 
qədər  az  olar.  İnsan  orqanizmi  (digər  canlı  orqanizmlərdəki  kimi)  üçün  aşağı 
entropiya  xarakterikdir.  Onda  olan  fasiləsiz  proseslər  zənciri  entropiyanı  aşağı 
səviyyədə saxlağa yönəlmişdir. 
Qida  maddələri  orqanizmdə  kinetik  enerjiyə  çevrilə  bilər  və  bununla  da  iş 
görə  bilər.  Qida  maddələrinin  molekulları  tərəfındən  toplanan  bu  potensial  enerji 
canlı  orqanizmin  daima  mövcud  olmasını  təmin  edir.  Beləliklə,  insan  orqanizmi 
yalnız xaricdən daxil olan sərbəst enerji hesabına yaşaya bilər. 
Orqanizmin  energetik  sərfləri  əsas  mübadiləyə,  qidanın  spesifık-dinamik 
təsirinə və müxtəlif növ fəaliyyətə çəkilən sərfləri özündə əks etdirir. Əsas mübadilə 
prosesində  enerji  orqanizm  sisteminin  həyat  fəaliyyəti  funksiyalarının  tələb  olunan 
səviyyədə saxlanmasına sərf olunur. Əsas mübadilənin enerjisinin bu qiyməti hər bir 
adam üçün fərdi olur, həm də eyni zamanda sabitdir. Yaşlı kisilər üçün bədənin 71 
kq-lıq orta kütləsində onun  miqdan 1700 kkal-a (7112,8 kcoul-a) və cavan qadınlar 
üçün  bədənin  55  kq-lıq  orta  kütləsində  1400  kkal-a  (5857,6  kcoul)  çatır.  Təxmini 
olaraq, 1 saatda əsas mübadilədən ayrılan enerjinin miqdarını hər 1 kq bədən kütləsi 
üçün  1  kkal  (4,184  kcoul)  qəbul  etmək  olar.  Qidanın  spesifık-dinamik  təsiri  ilə  isə 
əsas  mübadilə  prosesində  enerji  həzm  prosesləri  hesabına,  qidanın  sorulması  və 
mənimsənilməsi hesabına 10-15 dəfə artır. Enerji sərfinin növü isə insanın müxtəlif 


 
51 
 
fəaliyyət proseslərinə sərf olunan enerjini özündə birləşdirir. Energetik sərfləri təyin 
etmək  üçün  müxtəlif  laboratoriya  metodlarına,  birbaşa  və  birbaşa  olmayan 
kalorimetriyaya  müraciət  edirlər.  İnsanın  istilik  itkisini  birbaşa  ölçmək  üçün  lazım 
olan  qurğular  çox  iri  və  quruluşuna  görə  mürəkkəbdirlər.  Ona  görə  də  Duqlas-
Holden  və  xronometraj  metodları  ilə  qaz  mübadiləsinin  öyrənilməsi  metodları  da 
geniş  yayılmışdır.  Xronometraj  metodu  hər  bir  fəaliyyət  növünə  çəkilən  vaxtı  qeyd 
etməyə imkan verir.  

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin