45
vəziyyətə gətirir və 30 dəqiqədən sonra qazlar mübadiləsini təyin edirlər. Bu zaman
bədən enerjisi ürəyin işi, tənəffüs, bədən temperaturasının saxlanılması və digər bu
kimi visseral (daxili) funksiyalara sərf olunur. Əsas mübadilə zamanı enerji məsrəfi
əsasən hüceyrələrin fəaliyyəti ilə bağlıdır. Əsas mübadilənin kalori qiymətləri
kişilərdə 4200-dən 8400 kilocoula, qadınlarda isə 4200-dən 7140 kilocoula qədər
dəyişilə bilər. Əsas mübadilənin qiyməti yuxu zamanı oturaq dövrünə nisbətən 8-
10% azalır. Zehni fəaliyyət zamanı əsas mübadilə 2-3% artır. Hüceyrələrin daxilində
maddələrin və enerjinin çevrilməsi prosesləri, hüceyrədaxili mübadilə aralıq
mübadilə adlanır. Aralıq mübadilə nəticəsində hüceyrələrdə ferment zülalları,
hormonlar və müxtəlif üzvi birləşmələrin sintezi, böyümə və inkişafı, onların
spesifık funksiyaları həyata keçir.
Ümumi mübadilə, maddələr və enerji mübadiləsinin əsas tərkib hissələrini
əhatə edir və insan fəaliyyətini təmin edən əsas şərtlərdən biridir. Ümumi mübadilə
əzələ işi, əmək artdıqda daha da intensivləşir. Bununla əlaqədar olaraq, müxtəlif
peşə işçiləri sutka ərzində müxtəlif həcmdə enerji (kalori) sərf edirlər, (12600-dən
21000 kilocoula qədər). Gərgin emosional vəziyyətlərdə, ekstremal təsirlər və stress
situasiyalarında orqanizmin ümumi maddələr və enerji mübadiləsi xeyli artır.
Qidanın qəbulundan sonra maddələr mübadiləsi 10-40% yüksəlir. Qidanın maddələr
mübadiləsinə bu cür güclü təsiri mədə-bağırsaq aparatının fəaliyyətindən asılı
deyildir. Ona qidanın mübadiləyə spesifık-dinamik təsiri deyilir. Qidanın qəbuluna
orta hesabla 10-15% enerji sərf olunur. Lakin ayrı-ayrı qida maddələri mübadiləni
müxtəlif səviyyələrdə intensivləşdirə bilər. Zülallar onu 30-40%, yağlar 4-14%,
karbohidratlar isə 4-7% artırır.
Dostları ilə paylaş: