58
əmək fəaliyyətindən asılı olaraq, hər kiloqram bədən kütləsinə görə zülala olan
sutkalıq tələbatı orta hesabla 1-1,5 q təşkil edir. Qidada zülal çatışmazlığı və ya
zülalın keyfıyyətsizliyi qida rasionuna zülal tərkibli məhsulların əlavə edilməsini
zəruri edir. Yaşdan, cinsdən, yaşadığı coğrafı şəraitdən, məşğuliyyət növündən və
məruz qaldığı fıziki yükdən asılı olaraq, əhalinin zülala və kaloriliyə olan tələbatları
müxtəlifdir. İnsanın qidasında zülalların və aminturşuların optimal miqdar və nisbət-
ləri orqanizmin azot balansına, sağlamlığına, əmək qabiliyyətinə və xəstəliklərə
tutulmazlığına təsir edən mühüm amillərdən biri hesab olunur. Orqanizmdə zülal və
aminturşu mübadiləsi onun ümumi maddələr mübadiləsinin əsas tərkib hissəsidir.
Əməyin intensivliyindən asılı olaraq, müxtəlif əhali qrupları üçün cins və yaş
nəzərə alınmaqla, zülala olan hesablanmış sutkalıq tələbat normaları artıq çoxdan
qəbul edilmişdir.
Dostları ilə paylaş: