57
İzoleysin
3-4
Histidin
3
Zülallardakı 80-dən çox aminturşuların 22-si daha böyük maraq doğurur ki,
bunlardan 8-i əvəzolunmaz (leysin, izoleysin, lizin, triptofan, valin, treonin,
metionin, fenilalanin) hesab edilir, 9-cu histidin isə uşaqlar üçün vacib sayılır.
Müəyyən olunmuşdur ki, qidada zülalın yaxşı mənimsənilməsi üçün əvvəlcə
amin turşular müəyyən miqdar nisbətində olmalıdır (cədvəl 1). Bunların hər hansı
biri orqanizmə az daxil edildikdə, digərləri yaxşı mənimsənilmir. Triptofan, lizin
və metionin bitki zülallarında yox dərəcəsindədir. Əvəzolunan aminturşulardan
olan arginin, serin, prolin, qlikokol, qlutamin və s. asparagin turşularının da
əhəmiyyəti böyükdür.
Bioloji fəal maddələri qida rasionlarına daxil etməklə ürək-damar xəstəlikləri-
nin kompleks şəkildə müalicəsində xeyli irəliləyişlərə nail olunmuşdur. Bu halda,
orqanizmin xolesterindən azad edilməsi, sonuncunun öd ilə bağırsağa çıxarılması,
onun reabsorbsiya olunması hesabına təmin edilmişdir. Ona görə də xolesterin
reabsorbsiyası prosesinə mane olan məhsullardan qidalanmada geniş istifadə
edilməsi, aterosklerozun profılaktikası üçün əla vasitələrdən biri sayıla bilər. Soya
tipli məhsullardakı zülalların xolesterinin bağırsaq absorbsiyasını zəiflətməsi,
steroidlərin orqanizmdən çıxarılmasına, xolesterinin oksidləşməsinə səbəb olması
elmə artıq çoxdan məlumdur. Bu baxımdan, qida rasionlarında soya zülalı tərkibli
unlu məmulatlardan (çörək və şəkərli peçenyelər) istifadə olunması Rusiyada və
digər ölkələrdə çoxdan tətbiq edilir və bu alqışlanmalıdır.
Dostları ilə paylaş: