A vitamini və ya antikseroftalamik vitamini balıq yağında, kərə yağında,
qaraciyərdə daha çoxdur. Bitkilərdə olan karotin tipli piqment maddələri (provita-
minlər) insan və heyvan orqanizmində A vitamininə çevrilirlər. İnsan orqanizminin
A vitamininə olan sutkalıq tələbatı 1,0-2,5 mq, karotinə olan tələbatı isə 2-5 mq
təşkil edir. Qidada bu vitamin çatışmadıqda, insanda gözün fəaliyyəti zəifləyir,
onun görmə qabiliyyəti pozulur, ksenoftalamiya xəstəliyi və digər pozgunluqlar
baş verir.
A vitamini tərkib etibarilə biratomlu spirt olub, molekuluna ionon həlqəsi
daxildir. Təbiətdə müxtəlif formada: A, (retinol), A
2
(dehidroretinol) və karotin
şəklində rast gəlinir. A vitamini qaraciyərdə və bağırsaqlarda provitaminlərdən-
karotin və karotinoidlərdən də əmələ gələ bilər. Bunlar isə orqanizmə bitki mənşəli
ərzaq məhsulları ilə hazırlanan xörəklərlə daxil olur. Karotinlərin sayı çoxdur. Ən
geniş yayılmışları və karotinlərdir.
A vitamini – hipovitaminozu zamanı “toyuq korluğu” deyilən xəstəlik inkişaf
edir. Belə xəstəlik keçirən adamlar gündüz heç nə hiss etmir, qaranlıq düşən kimi
köməksiz hərəkət edə bilmirlər. Artıq miqdarda gözün örtük epitelisi qurulaşır və
həssaslığı itir. Bu xəstəlik ksenoftalamiya adını daşıyır. Sonradan göz qişası
yumşalır və ağarmağa başlayır. Bu xəstəliyə nadir hallarda rast gəlinir.
A vitamini inkişaf prosesində dəri qatının normal vəziyyəti üçün lazımdır.
onun çatışmazlığı dərinin quruluğuna səbəb olur. Çoxluğu isə orqanizm üçün A –
hipervitaminozuna səbəb olur; iştahın pozulmasına, həzm prosesinin pozulmasına,
qaraciyərin genişlənməsinə gətirib çıxarır.
A vitaminin insan üçün gündəlik tələbatı orta hesabla 1,5-2 mq, yaxud karotin
şəkildə 2-5 mq-a çatır. Sutka ərzində normanın 1/3-nin A vitamini şəkildə qəbul
edilməsi məqsədəuyğundur.
73
Bir sıra məhsullarda A vitaminin miqdarı aşağıdakı kimidir. Qaraciyər – 14
mq%, balıq yağı – 19%, kərə yağı- 0,6%, pendir – 0,19%, yumurta – 0,6 mq% və
s. A vitamini və karotin yağların iştirakı ilə yaxşı mənimsənilirlər.