MÜHAZİRE 7. QİDA RASİONLARINDA YAĞLARIN
NORMALLAŞDIRILMASININ ELMİ ƏSASLARI
Plan:
1) Lipidlərin orqanizm üçün fizioloji əhəmiyyəti
2) Yağların həyata keçirdiyi funksiyalar və tələbat normaları
1) Lipidlərin orqanizm üçün fizioloji əhəmiyyəti
Lipidlər yağlar və yağabənzər maddələri özündə cəmləşdirir. Onlar əsas qida
maddələrinə aid olub, tarazlaşdırılmış qidalanmanın vacib komponenti sayılırlar.
Onlar enerji mənbəyi olmaqla bərabər, zülallar kimi plastiki material rolunu oyna-
yırlar. Yağlar hüceyrə qişasında və hüceyrədaxili yığılmalar şəklində zülallarla bir-
likdə birləşmələr halında fizioloji reaksiyaların getməsi üçün hüceyrə daxilinə su-
yun, duzun, aminturşular və şəkərlərin və digər maddələrin keçməsi və hüceyrə-
lərdən mübadilə olunmuş məhsulların kənar olunması üçün mühüm rol oynayırlar.
Bununla bərabər onlar xörəyin dad xüsusiyyətini, onun qidalılıq dəyərini artırırlar.
65
Yağlar mürəkkəb qida maddələri olub, kimyəvi tərkibcə yağ turşuları və qlise-
rindən ibarətdirlər. Yağlar triqliseridlər kimi kimyəvi tərkibində üç atomlu spirt
(qliserin) və yağ turşuları olan mürəkkəb efirlərə aiddirlər. Yağ turşuları doymuş
və doymamış üzvi turşulara ayrılırlar. Ən geniş yayılmış doymuş yağ turşularına
palmitin, stearin, yağ və kapron turşularını misal göstərmək olar. Palmitin və
stearin turşuları yüksək molekulyar quruluşa malikdirlər və bərk üzvi maddələrə
aiddirlər. Doymuş yağ turşularına heyvanat mənşəli yağlarda, piydə rast gəlinir.
Onlar yüksək bioloji fəallığa malikdirlər. Doymamış yağ turşuları (olein, linol, li-
nolen, araxidon turşuları və s.) bütün qida yağlarında geniş yayılmışlar. Onlar daha
çox bitki yağlarında rast gəlinir. Araxidon turşusu bioloji cəhətdən daha fəaldır.
Bəzi doymamış yağ turşuları insan orqanizmində əmələ gəimir deyə, onlar hər gün
qida ilə 8-10 q miqdarında orqanizmə daxil olmalıdırlar. Araxidon turşusu heç bir
bitki məhsulunda olmur və orqanizmdə B
6
vitamininin iştirakı ilə linolen yağ
turşusundan sintez olunur.
Doymamış yağ turşularının nümayəndələri olan linol, linolen, araxidon bioloji
və müalicə təsirlərinə görə orqanizm üçün böyük əhəmiyyətə malikdirlər. Onların
əhəmiyyəti həm də xolesterin mübadiləsinə təsir qabiliyyəti ilə əlaqədardır. Belə
ki, bu yağ turşuları mübadilə zamanı xolesterinin orqanizmdən kənar edilməsini
sürətləndirirlər deyə, onun əhval-ruhiyyəsi yaxşılaşır.
Elə bu səbəbdən də bitki yağları, balıq yağı və s. bu kimi yağlar böyük bioloji
və fızioloji əhəmiyyət kəsb edirlər. Məsələn, orqanizmin 30 q balıq yağı qəbul
etməsi zamanı insanın qanında olan xolesterinin miqdarı 7% azalır.
Doymamış yağ turşuları ürək-damar sisteminin, bağırsaq əzələlərinin, bütöv-
lükdə orqanizmin fəaliyyətinə müsbət təsir edirlər, onun müqavimət qabiliyyətini
artırırlar.
Yağlar insan orqanizmində həm enerji mənbəyi, həm də plastik qurğu mate-
rialı kimi istifadə olunurlar. Qida yağları, həmçinin vitaminlər üçün də yaxşı həlle-
dicidirlər. Onlarda orqanizm üçün zəruri olan bəzi fızioloji fəal maddələr toplanılır.
Yağlar qidanın dadını yaxşılaşdırır və uzun müddətli toxluq hissi yaradırlar. Qida
məhsullarının kulinar emalında yağların böyük rolu vardır. Onlar kulinar məmulat-
66
larına xüsusi zəriflik, rəng, iy və digər əlamətlər verir ki, bu da qidanın orqanolep-
tiki xassələrini və qida dəyərliliyini artırır. Orqanizmdə yağlar ehtiyat şəklində
hüceyrələrdə və xüsusi yağ depolarında-piyliklərdə toplanırlar. Qan və limfa kimi
mayelərdə həll olunmuş yağların miqdarı və çeşidi kifayət qədər olmadıqda, orqa-
nizmdə immunoloji müdafiə və digər xarakterli bir sıra çatışmazlıqlar baş verir.
İnsan orqanizmində onun çəkisinin 10-20 faizə qədərini yağlar və yağabənzər mad-
dələr (lipidlər) təşkil edirlər. Müxtəlif heyvanların və bitkilərin yağları öz xassə-
lərinə görə fərqlənirlər. Bu yağların həzmi nəticəsində əmələ gələn son məhsullar -
yağ turşuları və qliserin maddələri insan orqanizmi tərəfındən mənimsənilərək
özünəxas olan spesifık yağların sintezi üçün istifadə edilir.
İnsan orqanizmində steridlər, fosfolipidlər və qlikolipidlər kimi yağ birləşmə-
ləri geniş yayılmışdır və müxtəlif funksiyalarda iştirak edirlər.
Steridlərə yağ turşuları, cinsi hormonlar, böyrəküstü vəzilərin hormonları, xo-
lesterin, erqosterin kimi maddələr aiddirlər. Yağ turşuları ödün tərkibində olurlar
və yağ turşularının bağırsaqdan sorulması üçün lazımdırlar. Cinsi hormonlar və
böyrəküstü vəzilərin hormonları çoxalma və maddələr mübadiləsinin tənzimi kimi
proseslərdə iştirak edirlər. Fosfolipidlər çoxatomlu spirtlərdən, ali yağ turşuların-
dan, fosfat turşusundan və azotlu əsaslardan (xolin və s.) ibarətdirlər. Xolin isə
periferik sinir sistemində neyromediator funksiyasını yerinə yetirir. Fosfolipidlər
bütün hüceyrələrin membran zonalarının tərkibinə daxildirlər və onların quruluşu-
nu müəyyən edirlər. Fosfo- və qlikolipidlər beyin toxumasında daha geniş yayıl-
mışlar. Fosfolipidlərdən ən aktiv olanı lesitindir.
Orqanizmin hüceyrələrində, yağlar və lipidlər daim parçalanır və yenidən
sintez olunurlar.
İnsan orqanizminin yağlara olan tələbatı yüksəkdir, yaşdan, cinsdən və iş şə-
raitindən asılıdır. Qidanın tərkibində bitki və heyvanat yağlarının nisbətlərinin
optimal saxlanılması bioloji cəhətdən çox əhəmiyyətlidir. Qidada zülal və yağ nis-
bətlərinin optimallığı da böyük əhəmiyyət kəsb edir. Cavan və orta yaşlı adamların
qidasında zülal yağ nisbəti I:I kimi olmalıdır. Yağlara olan tələbat iqlim şəraitindən
də xeyli asılıdır. Soyuq iqlim şəraitində bu tələbat yüksəkdir. İsti şəraitdə, xüsusilə
67
cənub zonalarda orqanizmin tələb olunan sutkalıq kalorisinin ancaq 27-30 faizini
yağlar ödəyir. Yaşlı və qoca adamlarda isə qida yağlarına olan tələbat xeyli azalır.
Qidada yağların normalaşdınlmasında yaş, əmək və iqlim amilləri əsas sayılır.
Qidanın tərkibində bitki və heyvanat yağlarının tarazlaşdırıcı nisbətləri orqanizmin
böyümə və inkişafı, onun əmək və uyğunlaşma qabiliyyəti üçün xüsusi əhəmiyyət
kəsb edir.
Qida rasionunda yağların düzgün və yaxşı mənimsənilməsi üçün həm
heyvanat mənşəli, həm də bitki mənşəli yağlar qəbul olunmalıdır.
Ümumi yağın 70%-i heyvan yağı, 30%-i isə bitki yağı olmalıdır. Pambıq və
soya yağı qida məqsədləri üçün yalnız rafınadlaşdırılmış şəkildə istifadə olunma-
lıdır. Yağların isti emal zamanı qidalıq dəyərlərinin dəyişilməsi temperaturadan və
isti emalın davametmə müddətindən asılıdır. Bunlar artıq olduqda, bioloji aktiv
maddələrin artırılmasına səbəb olurlar.
200°C-dən yuxarı temperaturada qızdırdıqda və çoxdəfəli istifadə edildikdə,
yağlar kansoregen xassəsinə və bəd şişlər əmələgətirmə qabiliyyətinə malik
olurlar.
Buna görə də früterdə (bol yağ içərisində, yüksək temperaturada) qızartma
zamanı yağların keyfıyyəti diqqətlə yoxlanılmalıdır. Belə yağlarda oksidləşmə
məhsullarının miqdarı 1%-dən çox olmamalıdır.
Yağların tərkibinə daxil olan fosfatidlər, sterinlər və s. normal həyat fəaliyyəti
üçün lazımdırlar. Fosfatidlər qliserindən, iki molekul yağ turşusundan və azotlu
əsaslardan təşkil olunmuşlar. Sonunculara lesitin, kefalin, fıtesterin və s.- də aiddir.
Fosfatidlər bütün hüceyrələrin tərkibinə daxil olmaqla, sitoplazmanın otraf
qatında toplanmaqla, hüceyrə membranının keçiriciliyinə təsir göstərirlər. Onların
miqdarı əsəb gərginliyində və zülal çatışmamazlığında artıq olmalıdır.
Fosfatidlərin çatışmazlığı yağların bağırsaqlardan sorulma intensivliyini, qara-
ciyərdəki tək normal mənimsənilməsini azaldır. Onlar həm də qanın laxtalanması
prosesində hormonların sekresiyası üçün lazımdırlar. Fosfatidlər ətdə, yumurta
sarısında, qaraciyərdə, beyində, yağda, xamada və digər məhsullarda çoxdur. İnsan
üçün gündəlik norma fosfatidlər üçün 5 q-dır.
|