Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1


 Karbohidratların həyata keçirdiyi funksiyalar və tələbat normaları



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə37/92
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#2790
1   ...   33   34   35   36   37   38   39   40   ...   92
2. Karbohidratların həyata keçirdiyi funksiyalar və tələbat normaları 
Karbohidratlar  karbon,  hidrogen  və  oksigendən  təşkil  olunan  birləşmələrdir. 
Burada  hidrogen  və  oksigenin  münasibəti  su  molekullarında  olduğu  kimidir.  Ona 
görə də karbohidrat adını daşıyırlar. Fiziki əmək zamanı karbohidratlara olan ehti-
yac  artır.  Karboridratlar  hüceyrə  və  toxumaların  tərkibinə  daxil  olmaqla,  qanda 
qlükozanın  ehtiyatını  artırır,  ciyərdə  və  əzələlərdə  isə  qlikogenin  miqdarını 
artırırlar. 
Karbohidratların  qida  ilə  orqanizmə  normal  daxil  olması  zamanı  onların 
toxumalarda  və  qanda  tərkibi  sabit  qalır.  Karbohidratlar  həm  də  zülal  və  yağların 
parçalanma  məhsullarından  sintez  oluna  bilər.  Onlar  nuklein,  əvəzolunan 
aminturşuların, qlükoproteidlərin və həyat üçün digər lazımi maddələrin sintezində 
də  mühüm  rol  oynayırlar.  Bununla  bərabər,  karbohidratların  artıq  miqdarda 
orqanizmə  daxil  olması  və  az  miqdarda  sərfi  zamanı  onların  bir  hissəsi  yağa 
çevrilir. 
Beləliklə,  karbohidratlar  mübadiləsi  zülal  və  yağ  mübadiləsi  ilə  sıx 
əlaqədardır.  Adi  qarışıq  qidada  karbohidratlar  digər  üzvi  maddələrdən  çox  olur. 
Onlar əsasən quru tərkibi 75%-ə qədər olan bitki qidası ilə orqanizmə daxil olurlar. 
Heyvanat mənşəli qidalarda isə az miqdarda qlikogen və laktoza vardır. 


 
61 
 
Qida  ilə  karbohidratlar  həm  monoşəkərlər,  həm  də  dişəkərlər  və  polişəkərlər 
şəklində  və  pektin  maddələri  şəklində  orqanizmə  daxil  olurlar.  Həll  olan 
karbohidratlar  (mono-  və  dişəkərlər)  yüksək  qidalıq  dəyəri  və  enerji  xassəsinə 
malik olmaqla xörəklərə şirin dad verirlər. 
Fruktoza şəkərdən təxminən 2 dəfə çox şirinliyə malik olub, qlükozadan daha 
çox  şirindir.  Qlükoza  beyinin,  əzələlərin  qidalanması  üçün  və  qanda  şəkərlərin 
səviyyəsini  normal  saxlamaq  üçün  vacib  olan  və  asan  mənimsənilən  şəkərdir. 
Fruktoza  isə  qlükozaya  nisbətən  bağırsaqlarda  yavaş  mənimsənilir,  qandan  tez 
azad olur və maddələr mübadiləsi proseslərinə asanlıqla cəlb olunur. 
Qlükoza və fruktoza meyvə və giləmeyvələrlə bərabər, həm də orqanizmə bal 
ilə  daxil  olur.  Burada  qlükozanın  miqdarı  36,2%,  fruktozanınkı  isə  37,1%-ə  çatır. 
Üzümdə  7,2%  fruktoza  və  qlükoza,  almada  6,5-11,8%  fruktoza  və  2,5-5,5% 
qlükoza  vardır.  Qarpızda  isə  bütün  şəkərlər  fruktoza  şəklində  təmsil  olunmuşlar, 
onun da miqdan 8%-ə çatır. 
Şəkərlərdən  qalaktoza  yeyinti  məhsullarında  sərbəst  halda  olmayıb, 
laktozanın  parçalanma  məhsulu  sayılır.  Saxaroza  ən  çox  çuğundurda  və  qamış 
şəkərində  olur.  Onun  miqdarı  bananda  13,7%,  ərikdə  10,4%,  gavalıda  9,3%, 
yemişdə 8,5%, qarpızda 7,5%, yerkökündə isə 6,4%-ə çatır. 
Laktoza  isə  süddə  4,91%-ə  çatır.  O  bağırsaqlarda  qıcqırma  proseslərini 
ləngidir  və  orqanizm  üçün  faydalı  olan  süd  turşusu  bakteriyalarının  inkişafını 
sürətləndirir. 
Fruktoza  xüsusi  olaraq,  sinir  hüceyrələrinə  lazımdır.  Əzələ  toxumalarına  və 
digər orqanlara daxil olmaqla qlükoza parçalanır, yaxud qlükogenə çevrilir. 
Mono-  və  dişəkərlər  qidanın  əsas  komponenti  olmaqla,  həm  də  ürəyin 
qidalanması  üçün  lazımdırlar.  Onların  mənfi  cəhəti  orqanizmə  çoxlu  miqdarda 
yüksək  kalorili  qida  ilə  daxil  olduqda,  yağların  əmələgəlmə  prosesini 
sürətləndirmələridir. 
Yaşlı  və  yetişkən  adamlarda  artıq  miqdarda  şəkər  qəbulu  isə  aterosklerotik 
proseslərin inkişafını sürətləndirə bilər, bununla da qanda xolesterin və qlükozanın 
səviyyəsini artıra bilir. 


 
62 
 
Fruktoza  və  laktoza  yağ  əmələ  gəlməsində  az  iştirak  etməklə,  qanda 
xolesterinin miqdarını artırmırlar. 
Mürəkkəb  karbohidratlara  nişasta,  qlikogen,  sellüloza  və  pektin  maddələri 
aiddir.  Nişasta  bitki  qidalarında,  əsasən  taxıl  və  paxlalı  bitki  məhsullarında  olan 
başlıca qida maddəsidir. İnsan orqanizmi üçün nişasta əsasən qlükoza mənbəyidir. 
Nişasta  suda  həll  olmur,  nişasta  dənəsində  onun  amiloza  və  amilopektin  adlanan 
iki  fraksiyası  olur.  Amiloza  ilıq  suda  həll  olur,  amilopektin  isə  şişməyə  məruz 
qalır. Həzm proseslərində nişastanın parçalanması yavaş və tədricən baş verir. 
Sellüloza  və  ya  hüceyrəli  qabıq  toxuma  suda  həll  olmayan  karbohidratlara 
aiddir. Bitki qidasının, demək olar ki, yarısına qədəri sellülozanın payına düşür. Bu 
mürəkkəb  polisaxaridin  molekulyar  fəza  quruluşu  nişastanın  molekulyar  fəza 
quruluşundan  öz  sərtliyi  ilə  kəskin  surətdə  fərqlənir.  İnsanın  nazik  bağırsağında  o 
həzm  olunmur,  çünki  burada  onu  parçalayan  ferment  yoxdur.  Qidadakı  sellüloza 
ancaq  yoğun  bağırsaqda  onun  mikroflorası  tərəfindən  dağıdılır  və  həzmə  məruz 
qalır. Bu ancaq kələm və kartofda olan zərif sellülozaya da aiddir. Sərt sellüloza isə 
həzm  olunmur,  qida  kütləsinin  həcmini  artırır  və  bağırsağın  sinir  uclarını 
qiciqlandırır. Amma qidada sellüloza az olduqda, bağırsağın peristaltikası zəifləyir, 
onda  qida  kütləsinin  hərəkəti  pozulur,  zülalın  həzmi  zamanı  əmələ  gələn  bəzi 
parçalanma məhsullarının toksiki təsirindən orqanizm öz-özünə zəhərlənə bilər. 
Pektin  maddələri  də  mürəkkəb  karbohidratlara  aiddir.  Həzm  prosesində 
onların  qismən  hidrolizi  baş  verir.  Pektin  yaxşı  həll  olmaq  qabiliyyətinə  malikdir 
və  hüceyrə  şirəsinin  tərkibinə  daxildir.  Bəzi  qənnadı  və  şirəli  məmulatların 
(marmelad, cem və s.) hazırlanmasında ondan geniş istifadə edilir. Alma, portağal, 
armud,  yerkökü  və  digər  bu  kimi  meyvə-tərəvəz  məhsullarında  pektin  yüksək 
miqdarda  tapılır.  Pektinin  təsiri  altında  bağırsağın  çürüdücü  mikrofloraları  məhv 
olur.  Bunu  nəzərə  alaraq,  mədə-bağırsaq  xəstəliklərinin  müalicəsində  bitki 
məhsullarının  üstünlük  təşkil  etdiyi  qida  rasionları:  məsələn,  alma  və  yerkökü 
şirələri tətbiq edilir. 
Mədə-bağırsaq 
sistemində 
yalnız 
yaxşı 
həll 
olunan 
monoşəkərlər 
mənimsənilir.  Poli-  və  dişəkərlər  isə  yalnız  həzm  olunduqdan  və  monoşəkərlərə 


 
63 
 
parçalandıqdan sonra sorulur. Monoşəkərlər bağırsaqlarda sorulduqdan sonra qanla 
qaraciyərə  köçürülürlər  ki,  onun  da  çox  hissəsi  qlikogenə  çevrilir.  Qaraciyərdən 
dəyişilmiş  keçən  hissə  isə  qan  dövranına  daxil  olub,  bütün  toxumalara  və 
hüceyrələrə  paylanır.  Qanda  qlükozanın  miqdarı  həmişə  sabit  olmaqla  80:120 
mq%-ə  çatır.  Bu  ona  görə  belə  olur  ki,  toxumalar  tərəfındən  mənimsənilən 
qlükozanın miqdarı qaraciyərdə qlikogenin parçalanması hesabına tamamlanır. 
Karbohidratlar  asanlıqla  oksidləşirlər  və  100  q  qlükozadan  375  kkal  enerji 
ayrılır.  Bir  sözlə,  orqanizmin  enerjiyə  olan  ehtiyacının 
2
/
3
  hissəsi  ödənilir.  Bu 
zaman,  oksidləşmənin  son  məhsulları  karbon  qazı  və  su  olur.  Orqanizmin 
karbohidratlara  olan  gündəlik  tələbatı  əməyin  xarakterindən  və  cinsindən  asılıdır. 
Rasionda  onların  miqdarı  həmişə  yağlar  və  zülalların  miqdarından  4  dəfə  çox 
olmalıdır.  Bəzən  lazım  olduqda,  kaloriliyi  aşağı  salmaq  məqsədilə  rasionda  zülal 
və yağların miqdarını azaltmadan karbohidratların miqdarı aşağı salına bilər. 
Orqanizmdə  normal  həyat  fəaliyyətinin  getməsi  üçün  qida  ilə  daxil  olan 
karbohidratların  83-85%-i  polişəkərlərdən,  xüsusilə  nişastadan  ibarət  olmalıdır. 
Yaşlı  əhali  üçün  rasionda  şəkərli  maddələrin  miqdarı  15-17%-ə  yaxın  olmalıdır. 
Uşaqların  və  yeniyetmələrin  qidasında  isə  onların  miqdarı  25%-ə  qədər  artırıla 
bilər.  Di-  və  monoşəkərlər,  onların  qəbulu  anından  15-20  dəq  sonra  əzələ 
toxumasının mübadilə proseslərində iştirak edirlər. 
Karbohidratların  mənbəyi  əsasən,  bildiyimiz  kimi  çörək,  bulka,  taxıl,  yarma, 
makaron məmulatları və kartofdur. Məsələn, qara çörəkdə 40-49%, ağ çörəkdə 42-
50%,  qarğıdalı  yarmasında  68%,  mannıda  68%,  düyüdə  77,3%,  şəkərdə  (qənd) 
99,9%,  kartofda  19,7%,  kələmdə  5,4%,  qarğıdalıda  9,2%,  yerkökündə  7,0%, 
çuğundurda 10,8%, almada 11,3% və s. miqdarda karbohidratlar vardır. 
Karbohidratların  mübadiləsi  sinir  sisteminin  köməyi  ilə  daxili  sekresiya 
vəzilərinin  iştirakı  ilə  həyata  keçirilir.  Sinir  mərkəzinin  qıcıqlanması  beyin 
maddəsi tərəfındən adrenalin ifrazına səbəb olur. Bu hormon isə qana daxil olaraq, 
qaraciyərdə  qlikogenin  qlükozaya  parçalanmasına  imkan  yaradır.  Digər  tərəfdən 
karbohidrat  mübadiləsinə  insulin  də  təsir  göstərir  ki,  bu  da  mədəaltı  vəzidə  hasil 
olunur.  O  isə  qlikogenin  qlükozaya  çevrilməsinə  əks  təsir  göstərir  və  toxumalar 


 
64 
 
tərəfındən  istifadəsinə  kömək  edir.  İnsulin  orqanizmə  vurulduqda  (dərman  kimi) 
qanda şəkərin miqdarı azalır. 
Karbohidrat  mübadiləsinə,  həmçinin  hipofız  vəzilərinin  və  digər  vəzilərin 
hormonlan  təsir  göstərir.  Karbohidratlar  mübadiləsinin  orqanizmdə  pozulması  isə 
şəkər xəstəliyinə gətirib çıxarır. 
İnsanın  gündəlik  qidasında  karbohidratların  miqdarının  400-500q  olması 
fizioloji  cəhətdən  məqsədəuyğun  sayılır.  Fiziki  əməklə  məşğul  olmayan  şəxslər 
üçün  bu  norma  xeyli  az  olsa  da,  yüksək  səviyyəli  xassələri  olan  birləşmələr  kimi 
damar divarını gücləndirən maddənin çoxlu miqdarda əmələ gəlməsinə səbəb olur. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin