Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1


D  vitamini,  antiraxit  vitamini



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə43/92
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#2790
1   ...   39   40   41   42   43   44   45   46   ...   92
D  vitamini,  antiraxit  vitamini  və  ya  erqokalsiferol  adı  altında  yumurta 
sarısında,  inək  südündə,  balıq  yağında  çox  olur.  Meyvə-tərəvəz  məhsullarında  bu 
vitamin olmur. Sümük toxumasının bərkiməsinə  müsbət təsir  göstərir. Bu  vitamin 
çatışmadıqda  uşaqlarda  ən  aşağı  ətrafların  sümüklərində  uzun  müddət  qalan 
əyriliklər,  skeleton  qeyri-düzgün  inkişafı  (raxit  xəstəliyi),  əzələ  zəifliyi  və  digər 
patoloji  əlamətlər  baş  verir.  D  vitamini  insan  orqanizmində  sintez  oluna  bilir. 
İnsanın bu vitaminə olan tələbatı 0,013-0,002 mq təşkil edir. 
D  vitamini  məhsullarda  iki  əsas  formada  D
2
  (bitkilərin  erqosterin  törəmələ-
rinin  təsiri  ilə)  və  aktiv  D
3
  (7-dehidroxolesterinin  törəməsi  kimi)  formasında  olur. 
Bitki  mənşəli  məhsullarda  həmçinin  D  vitamininin  D
4
  və  D
5
  formalarına  da  rast 
gəlinir.  
D  –  avitaminozu  insanlarda  uşaq  yaşlarında  raxitin  inkişafı  ilə  xarakterikdir. 
Yaşlı  adamlarda  onun  çatışmazlığı  sümük  toxumasının  quruluşunun  pozulmasına 
səbəb olur. Raxit  xəstəliyi zamanı  isə  uşaqlarda əsəbilik, dişlərin  gec çıxması, sü-
müyün  gec bərkiməsi  halları baş  verir. Eyni zamanda,  uşaqlar ağıldan zəif  inkişaf 
edirlər.  Yaşlı  adamlarda  yorğunluq  hissi,  diş  tökülməsi,  əzələlərdə  ağrıların 
müçahidə olunması baş verir. 
Ərzaq məhsullarının tərkibində 100 q kərə yağında 100 ME, yumurta sarısın-
da 300, siyənək balığında 1500, treska balığında və qaraciyərdə 500-1500, pendir-
də 100-1200 ME miqdarında olur. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin