39
neyrondan neyrona və ya işçi üzvə ötürülməsini təmin edən maddələrə həssas olan
neyron ansamblları) ilə sıx əlaqədardır və onların fəaliyyəti ilə tənzimlənilir.
Həzm sisteminin fəaliyyətinə mərkəzi sinir sisteminin simpatik və parasimpatik
təsirləri çoxcəhətlidir və əsasən bir-birinə əks xarakter daşıyır. Bu təsirlər başlıca ola-
raq, ağız şirəsi vəziləri, mədə və bağırsaq vəziləri, mədəaltı vəzinin pankreas hissəsi-
nin fəaliyyətinin, mədə və bağırsaqların motor və evakuator funksiyalarının tənzim-
lənməsinə doğru yönəlmişdir. Parasimpatik sinirlər və onların postqanqlionar (sinir
düyünü və sinir kələfı arxası) lifləri bilavasitə qulaqyanı və çənəaltı həzm vəzilərini,
mədə, nazik bağırsaq, qaraciyər, mədəaltı vəzi və yoğun bağırsağı innervasiya edir və
onların fəaliyyətinə stimuləedici təsir göstərir. Mədə və bağırsaqların divarını innerva-
siya edən simpatik liflər bu orqanların motor funksiyalarına ləngidici təsir edir, para-
simpatik liflər isə onların ritmik peristaltik hərəkətlərinin fəallığını artırırlar.
Təcrübədə baş beyinin müxtəlif zonalarını qıcıqlandırdıqda, həzm sistemi orqan-
larının fəaliyyətində baş verən dəyişikliklərə nəzər saldıqda görmək olar ki, bu reak-
siyalar qıcıqlandırılan beyin zonasından və həzm orqanının vəzifəsindən asılı olaraq
müxtəlifdir. Baş beyin qabığının bəzi ön sahələrini qıcıqlandırdıqda mədə cisminin
hərəkətləri sürətlənir, onun sekresiyası artır, mədə və bağırsağın tonusu zəifləyir,
motor və premotor sahələrini qıcıqlandırdıqda isə, nazik və yoğun bağırsağın
peristallik və antiperistallik hərəkətləri artır, pankreas şirəsinin və ödün ifrazı azalır,
ağız suyunun ifrazı isə artır. Hipotalamusun bəzi nüvələrinin qıcıqlandırılması mədə
və bağırsaqların motor funksiyasına ləngidici təsir göstərir, həzm şirələri ifrazatını
dəyişdirir, nazik bağırsağın tonusunu azaldır. Orta beynin qıcıqlandırılması nazik
bağırsağın peristaltik hərəkətlərini zəiflədir, mədənin motor funksiyasının oyanıb
azalmasına səbəb olur, onun sekretor fəaliyyətini artırır. Uzunsov beyinin
qıcıqlanması mədə və bağırsağın reaksiyalarını əvvəl sürətləndirir, sonra isə aşağı
salır. Beləliklə, bu kimi faktlar bir daha sübut edir ki, baş beyinin ən müxtəlif
törəmələri həzm orqanlarının fəaliyyətinin tənzimlənməsində geniş iştirak edirlər.
Dostları ilə paylaş: