Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1


) Həzm sistemində funksional qarşılıqlı əlaqələr



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə19/92
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#2790
1   ...   15   16   17   18   19   20   21   22   ...   92
8) Həzm sistemində funksional qarşılıqlı əlaqələr 
 Həzm  sisteminə  aid  olan  bütün  üzvlər  bir-biriləri  ilə  sıx  anatomik  və 
funksional  əlaqədədirlər.  Bu  günə  kimi  fıziologıya  elminə  tam  aydın  deyil  ki, 
orqanizm həzm sisteminə daxil olan üzvlərin mürəkkəb fəaliyyətini necə uzlaşdırır 
və  tənzimləyir.  Həzm  funksiyalarının  dərk  olunmasında  meydana  çıxan 
çətinliklərdən biri də ondan  ibarətdir ki, bu  ümumi  funksiya öz-özlüyündə bir sıra 
ayrıca və  həm də bir-biri  ilə əlaqədar proses və hadisələr şəklində  həyata keçir  və 
elm  tərəfındən  çox  hallarda  ayrı-ayrılıqda  öyrənilir.  Həzm  vəzilərinin  sekretor 
funksiyası,  həzm  fermentləri  və  onların  təsiri,  mədə  və  bağırsaqların  hərəkət 
funksiyaları,  bağırsaqlarda  qidanın  sorulması  prosesləri,  bağırsaqların  ifrazat 
funksiyaları,  həzmin  idarə  və  tənzimlənməsi  -  bütün  bunlar  həzm  fiziologiyasının 
nisbi müstəqil bölmələri və ya istiqamətləri kimi tədqiq edilib öyrənilir. 
Həzm  fiınksiyalarının  qarşılıqlı  əlaqələri  haqqında  ilk  təsəvvürlər  hələ 
əsrimizin  əvvəllərindən  yaranmışdır.  Hələ  o  dövrdə  hesab  edirdilər  ki,  mədə  və 
bağırsaqların  funksiyaları  bir-birindən  asılıdır.  Bağırsaqların  fəaliyyəti  xeyli 
dərəcədə  mədənin  evakuator  funksiyalarından  asılı  olduğu  kimi,  mədənin 
funksiyası da bağırsaqların işi kimi xarakterizə edilə bilər. 
Ağız  boşluğundan  tutmuş  düz  bağırsağa  qədər  olan  uzun  həzm  traktında  həzm 
prosesləri  bilavasitə  qida  və  ifrazat  kütləsinin  həzm  borusu  ilə  hərəkətindən  asılıdır. 
Bu  isə  əsasən  mədə  və  bağırsağın  yığılma  funksiyaları  ilə  müəyyənləşir.  Mədə  və 
onikibarmaq bağırsağın motor funksiyaları üzərində aparılmış müşahidələr göstərmiş-


 
35 
 
dir ki, bu orqanların əzələvi yığılmaları müxtəlif tezliklə baş verir. Nazik və yoğun ba-
ğırsağın hərəkətləri də öz ritmik tezliklərinə görə fərqlənirlər. Buradan belə nəticə çı-
xarmaq olar ki, mədə-bağırsaq borusunun ritmik peristaltik hərəkətləri onun  müxtəlif 
səviyyələrində  funksiyalara  uyğun  şəkildə  əlaqədar  mexanizmlər  vasitəsilə  həyata 
keçirilir.  Rentgenoloji,  elektrofizioloji  və  vizual  müşahidələrə  görə  müəyyən  olun-
muşdur  ki,  mədənin  ritmik  yığılma  və  boşalmaları  daha  mürəkkəb  mexanizmlərə 
əsaslanır.  Mədə  divarının  saya  əzələ  təbəqəsi  çəpəki  (daxili),  sirkulyar  və  uzununa 
(xarici)  liflərdən təşkil  olunduğundan, onların  təqəllüsləri zamanı bu  orqanın  mürək-
kəb peristaltik hərəkətləri formalaşır. Bu hərəkətlərin ritmi adətən mədənin başlanğıc 
qütbündən (kardial hissəsi) onun digər hissələrinə doğru cərəyan edir. Mədənin yığıcı 
funksiyası buraya düşmüş qida kütləsinin yaxşı qarışmasına və onikibarmaq bağırsağa 
evakuasiya  olunmasına  yardım  edir.  Mədə  öz  möhtəviyyatını  (ximusu)  özündə  sax-
layır, onu  isidir, qarışdırır, əzir,  yarımmaye  halına salır, sortlaşdırır  və  müxtəlif sürət 
və  qüvvə  ilə  irəliyə  hərəkət  etdirir.  Mədənin  sekretor  funksiyası,  nəinki  qidanın  fer-
mentativ  işlənməsini təmin edir, o  həmçinin onikibarmaq bağırsağa  və  həzm sistemi 
ilə əlaqədar olan qonşu orqanlara reflektori və hormonal təsir göstərir. Mədə fəaliyyə-
tinin  dövrü  (periodik)  xarakteri  onun  səciyyəvi  funksiyası  olmaqla  yanaşı,  bağırsaq-
ların funksional aktivliyinə də xeyli təsir göstərir və onu müəyyənləşdirən amillərdən 
biridir.  Əgər  qidanın  qəbulu  mədənin  aclıq  dövrü  fəaliyyətinin  başlanğıc  və  ya  orta 
mərhələsinə  düşərsə,  onda  hələ  qidanın  qəbulu  zamanı  mədə  hərəkətlərinin  tormoz-
lanması baş verir. Məlumdur ki, insanda mədənin antral hissəsi dəqiqədə orta hesabla 
3  dəfə  yığılır.  Bu  onun  peristaltik  hərəkətlərinin  "bazal  (təbii)  ritmi"  hesab  olunur. 
Mədənin  antral  hissəsində  və  cismində  əmələ  gələn  yavaş  elektrik  potensiallarının 
tezliyi  dəqiqədə  3-10  dövr  təşkil  edir,  halbuki,  bu  dövretmə  onun  kardial  hissəsində 
daha  yüksək  və dəyişkəndir. Mədənin  motor  funksiyasını  yaradan əsas elektrik  ritmi 
onun proksimal hissəsindən saniyədə 5 mm sürətlə yayılır. Mədə əzələlərinin elektrik 
və mexaniki fəallığı arasında əlaqə vardır. Bu mexanizmlər bilavasitə mədə möhtəviy-
yatının evakuasiyasına yardım edir. Bu proses mədə-bağırsaq kanalının distal şöbələ-
rində  gedən  həzm  proseslərinə  bilavasitə  təsir  göstərir.  Mədə-bağırsaq  borusunun 
anadangəlmə  hərəkət  avtomatizmi  ayrı-ayrı  hissələri  səviyyəsində  fərqli  olsa  da 


 
36 
 
ümumi sinir və humoral mexanizmlər vasitəsilə idarə və tənzim olunur ki, bu da həzm 
orqanlarının ayrı-ayrılıqda və bütövlükdə ümumi vəzifəsinə tabedir. 
Beləliklə,  xüsusi  qeyd  edilməlidir  ki,  sağlam  insan  orqanizmində  həzm  sistemi 
orqanları, digər funksional sistemlərdə olduğu kimi, vahid bir tam kimi fəaliyyət gös-
tərir  və  orqanizmin  qidalanmasında  çox  mühüm  rol  oynayırlar.  Həzm  aparatının  hər 
hansı  orqanında  baş  verən  pozğunluqlar  sinxron  olaraq  digər  orqanların  fəaliyyətinə 
neqativ  təsir  göstərir  və  onların  fəaliyyətinin  pozulmasına  gətirib  çıxarır.  Həzm 
aparatına məxsus olan bir orqanın tam və ya qismən çıxarılması (məs: mədənin və ya 
bağırsağın rezeksiyası) ilə əlaqədar olaraq, bütün həzm sistemində dərin dəyişikliklər 
baş  verir.  Həzm  prosesində  digər  sistemlərin,  ilk  növbədə,  qan-damar,  ifrazat,  endo-
krin  və  sinir  sistemlərinin  birgə  fəallaşması  baş  verir  ki,  bu  da  qidalanma  funksi-
yasının həyata keçməsi və idarə olunması proseslərinin mühüm əhəmiyyətini göstərir. 
 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin