Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə16/92
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#2790
1   ...   12   13   14   15   16   17   18   19   ...   92
5) Bağırsaqlarda həzm 
 Mədə  boşluğunda  xeyli  dərəcədə  həzmə  məruz  qalan  qida  horrası  reflektori 
olaraq  hissə-hissə  onikibarmaq  bağırsağına  evakuasiya  olunduğu  zaman,  burada 
həzm şirələrinin, mədəaltı vəzin ifraz etdiyi pankreas şirəsinin və qaraciyərin hasil 
etdiyi ödün təsiri altına düşür. 
Pankreas  şirəsi  həm  də  xarici  sekresiya  vəzisi  rolunu  oynayır.  Onun 
Langerhans  adacıqları  deyilən  hissəsi  daxili  sekresiya  vəzisi  olub,  qana  insulin  və 
qlükoqon  hormonları  ifraz  edir.  Mədəaltı  vəzin  pankreas  şirəsi  onikibarmaq 
bağırsağına  açılan  axarları  ilə  buraya  xeyli  miqdarda  müxtəlif  həzm  fermentləri 
ekssekresiya edir. Mədə şirəsindən fərqli olaraq bu şirə qələvi reaksiyaya malikdir. 
Tərkibində tripsin, ximotripsin, amilaza, lipaza, nukleaza kimi fermentlər vardır ki, 
onlar zülalları, yağları, karbohidratları və nuklein turşularını parçalayırlar. 
Tripsin zülalları polipeptidlərə qədər parçalayır, ximotripsin isə əsasən zərdab və 
yumurta  zülallarına  təsir  edir,  amilaza  nişastanı  maltozaya  kimi  parçalayır.  Lipaza 
yağları qliserin və yağ turşularına ayırır. Yağların həzm olunmasına ödün böyük təsiri 


 
31 
 
vardır.  Öd  turşuları  yağın  emulsiya  halına  düşməsinə  və  lipaza  fermentinin  təsirinin 
fəallaşmasına yardım edir. Ödün tərkibində öd turşularından başqa öd piqmentləri və 
xolesterin  də  vardır.  Öd  piqmentləri  hemoqlobinin  parçalanması  və  oksidləşməsi 
nəticəsində əmələ gələn məhsullardır. Onların təsiri qidada olan yağın emulqasiyasına 
səbəb  olur.  Öd  qaraciyərdə  fasiləsiz  olaraq  əmələ  gəlsə  də,  onikibarmaq  bağırsağına 
ancaq  qida  qəbul  ediləndə  ifraz  olunur.  Bağırsağın  bu  hissəsində  qidanın  həzmi 
kifayət qədər getmir. Ona görə də qida horrası buradan tədricən nazik bağırsağın orta 
və aşağı şöbələrinə hərəkət edir. Buna bağırsağın ritmik peristalitik hərəkətləri səbəb 
olur.  Bağırsaq  borusunun  divarı,  mədənin  divarı  kimi  daxili  selikli  qişa,  orta  saya  - 
əzələ  qişası  və  xarici  seroz  təbəqədən  ibarətdir.  Bağırsağın  hərəkəti  onun  əzələ 
qatınının yığılıb boşalmaları nəticəsində baş verir. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin