Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1


) Həzm sistemi orqanları və onların funksiyalarının yaş inkişafı



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə18/92
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#2790
1   ...   14   15   16   17   18   19   20   21   ...   92
7) Həzm sistemi orqanları və onların funksiyalarının yaş inkişafı 
Yaşla  əlaqədar  olaraq  insanda  həzm  sistemi  üzvləri,  onların  morfoloji  və 
fizioloji xüsusiyyətləri xeyli dərəcədə dəyişilir. Mədə-bağırsaq xəstəliklərinin faizi 
də  yaşdan  çox  asılıdır.  1  yaşa  kimi  uşaqlarda  xəstəliklərin  40%-i,  5  yaşa  kimi 
uşaqlarda  30%-i,  5  yaşdan  yuxarı  yaşlarda  olanlarda  isə  15-20%-i  mədə-bağırsaq 
xəstəliklərinin payına düşür. 
İnsanda  ağız  aparatı  doğulandan  sonrakı  dövrdə  intensiv  olaraq  inkişaf  edir. 
Dişlər iki mərhələdə əmələ gəlir: əvvəlcə süd dişləri, sonra isə daimi dişlər çıxır. Süd 
dişlərin çıxması 6-16 aylıq müddətlərində baş verir və 22-30 aylıq müddətlərində başa 
çatır.  Bu  müddət ərzində  uşağın  qidasını süd, yarımmaye halında  və  ya aşağı sıxlığa 
malik olan yeyinti məhsulları təşkil edir. Süd dişləri daimi dişlərlə əvəz olunur. Daimi 


 
33 
 
dişlərin  inkişafi  6-7  yaşlarına  kimi  yavaş  gedir.  Dişlərin  əvəzlənməsi  16  yaşa  qədər 
başa çatır. Daimi dişlər bərk toxumalar (dentin, emal) ilə zəngin olub, yüksək sıxlıqlı 
qida  məhsullarının  çeynənilməsi  üçün  yararlıdır.  Dişlər  həyatın  ilk  günlərindən 
etibarən  inkişaf  etməyə  başlayır,  3  aylıq  yaşda  onların  kütləsi  əvvəlkindən  2  dəfə,  2 
yaşda isə 5 dəfə artır, quruluşu yaşlı adamlarınkına çatır. 
Yeni doğulmuşlarda qida borusunun uzunluğu 11-16 sm olur. O sürətlə uzanır 
və  2  yaşda  20  sm-ə  çatır.  Yaşlılarda  onun  uzunluğu  25  sm-ə  qədərdir.  Yeni 
doğulmuşlarda  mədə  boşluğunun  tutumu  xeyli  kiçikdir  (7  ml).  1  yaşa  qədər  olan 
dövrdə onun tutumu 400-500 ml, 2 yaşda 600-700 ml, 6-7 yaşda 950-1100 ml, 10-
12  yaşda  isə  1500  ml-ə  qədər  artır.  Nazik  bağırsağın  inkişafı  da  yaşdan  asılıdır. 
Onun  yaşlılarda  25-30  sm-ə  çatan  onikibarmaq  bağırsaq  hissəsi  və  5-6  m 
uzunluğunda  olan  yerdə  qalan  hissəsi  doğulandan  əvvəl  və  sonra  intensiv  şəkildə 
artıb inkişaf edir. 3 yaşda olan uşaqlarda nazik bağırsağın ümumi uzunluğu artıq 3- 
4 m-ə çatır. Bağırsağın intensiv uzanması 10-15 yaşlara təsadüf olunur. 
Mədəaltı  vəzin  kütləsi  1  yaşa  qədər  təxminən,  3,2  dəfə  artır.  Qaraciyərin 
bədən  kütləsinə  görə  götürülən  nisbi  kütləsi  uşaqlarda  yaşlılara  nisbətən  daha 
yüksəkdir.  Yaşla  əlaqədar  olaraq  onun  nisbi  kütləsi  azalır.  Yeni  doğulmuşlarda 
qaraciyərin  kütləsi  120-150  qram  təşkil  edir.  Cinsi  yetişkənlik  dövrünə  kimi  onun 
kütləsi 10 dəfə artır, 21-30 yaşlarında isə o özünün maksimal kütləsinə çatır. 
Həzm  orqanlarının  funksional  əlamətləri  də  fərdi  inkişafda  xeyli 
dəyişikliklərə uğrayır.  Ağız suyu  vəziləri  həyatın  ilk 6 aylığında az şirə  ifraz edir, 
sonrakı  yaşlarda  isə  qida  qıcıqlarının  təsirindən  bu  şirənin  ifrazı  artır.  Mədə 
vəzilərinin sekretor funksiyası südlə qidalanma və definitiv qidalanma ilə əlaqədar 
olaraq  dəyişilir.  Yaşla  bağlı  olaraq  mədə  şirəsinin  turşuluğu  artır,  13  yaşlarında 
şirənin  turşuluğu  yaşlılarda  olduğu  kimidir.  Mə'dənin  həcminin  artması,  onun 
selikli qişasının inkişafı ilə əlaqədar olaraq mədə vəzilərinin miqdarı və funksiyası 
da artır. Mədə şirəsində pepsin  və digər həzmedici  fermentlərin  fəallığı da  yaşdan 
asılı  olaraq  dəyişilir.  Ana  südü  mədədə  2-3  saata  həzm  olunur.  İnək  südü  isə  3-4 
saat  ərzində  həzm  oluna  bilir.  Digər  qida  maddələrinin  (nutriyentlərin)  mədədə 
həzm müddətləri onların xarakteri və mədə fəaliyyəti ilə sıx əlaqədardır. 


 
34 
 
Uşaqlarda  bağırsağın  peristaltikası  xeyli  yüksək  olur.  Körpə  uşaqlarda  bütün 
bağırsaq  boyu  qida  horrası  12-30  saat  ərzində,  süni  qida  ilə  qidalandırma  zamanı 
isə  daha  uzun  müddətə  hərəkət  edir.  Bağırsaq  vəzilərinin  şirəsinin  həzmedici 
fəallığı  uşaqlarda  xeyli  aşağıdır  və  yaşın  artması  ilə  əlaqədar  olaraq  artır.  İnsanda 
qida  davranışı  reaksiyaları  çox  erkən  yaşlardan  başlayaraq  inkişaf  edir.  Şərti  və 
şərtsiz  qida  refleksləri  uşaqlar  üçün  də  xarakterikdir.  Onlarda  qidalanma  vaxtı 
reflekslər,  aclıq  və  toxluq  hissləri  tez  yaranır.  Qidanın  qəbulu,  ondan  imtina 
edilməsi,  qidanın  qusulması,  defekasiya  aktları  ilə  bağlı  reflektor  reaksiyalar, 
uşaqlarda şəraitdən asılı olaraq dəyanətli və ya dəyanətsiz ola bilər. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin