MÜHAZIRE 4. QİDA RASİONLARININ ENERJİ DƏYƏRİNİN
NORMALLAŞDIRILMASININ ELMİ ƏSASLARI
40
PLAN:
1) İnsan orqanizmində maddələr və enerji mübadiləsi.
2) Orqanizmin enerji tələbatları və məsrəfləri.
3) Əsas, aralıq və ümumi mübadilə.
4) Orqanizmdə maddələr mübadiləsinin qorunmasında qidanın rolu. Acqalma.
5) Orqanizmin qida maddələrinə və enerjiyə olan tələbatı.
1) İnsan orqanizmində maddələr və enerji mübadiləsi
Həyat fəaliyyəti prosesləri dissimilyasiya və assimilyasiya proseslərindən
təşkil olunmuşdur.
Dissimilyasiya - qida maddələrinin daha sadə birləşmələrə oksidləşmə
prosesi, assimilyasiya isə qidalı maddələrin sintezi prosesi deməkdir.
Adətən orqanizmdə dissimilyasiya və assimilyasiya prosesləri taraz vəziyyət-
də olurlar. Bəzən dissimilyasiya assimilyasiyaya üstün gəlir (intensiv əmək
zamanı, xörək qəbul olunmayan vaxt). Bəzən isə assimilyasiya dissimilyasiyaya
üstün gəlir (uşaqlarda, hamilə qadınlarda).
Assimilyasiya və dissimilyasiya prosesləri birlikdə maddələr mübadiləsi
adlanır.
Dissimilyasiya zamanı zülallar, yağlar və karbohidratlar oksidləşərək enerji
yaradırlar. Bu enerji: 1 - intensiv istilik əmələgəlmə prosesinə; 2 - fıziki və əqli
əməyə sərf olunur. İstilik əmələgəlmə prosesi istiliyi 3 yolla həyata keçirir: istilik
şüalanması; istilik keçirməsi; buxarlanma istiliyi hesabına.
Mənfı temperaturada hər bir adam 15 kkal enerji itirir, fıziki işə isə 20-30%
enerji sərf olunur. Maddələr mübadiləsi geniş məfhum olub, zülal və yağ mübadi-
lələrindən, su mübadiləsindən, mineral maddələr mübadiləsindən, vitaminlər,
karbohidratlar mübadiləsindən və energetik mübadilədən ibarətdir.
Qidalanmanın başlıca bioloji və fızioloji mahiyyəti orqanizmdə maddələr və
enerji mübadiləsini təmin etməkdən ibarətdir. Maddələr mübadiləsi orqanzm ilə
onu əhatə edən xarici mühit arasında daim baş verən təbii ümumi proses olub,
41
xarici mühitdən orqanizmə həyat üçün zəruri olan bir sıra maddələrin daxil olması,
onların işlənməsi və istifadəsi, bu zaman əmələ gələn artıq və tullantı məhsulların
orqanizmdən xaric edilməsi kimi mürəkkəb qapalı (tsiklik) dövr edən prosesləri
əhatə edir. Maddələr mübadiləsi orqanizmin həyat fəaliyyəti və daxili mühitinin
nisbi kimyəvi sabitliyini qoruyub saxlamaq üçün zəruri şərtdir. Nəticədə, lazım
olan tikinti materialları və həyat fəaliyyəti üçün zəruri olan enerji əmələ gəlir.
Maddələr mübadiləsi və ya metabolizm bir-birilə sıx əlaqədə, vəhdətdə olan iki əks
prosesdən ibarətdir: assimilyasiya (anabolizm) və dissimilyasiya (katabolizm). As-
similyasiya və ya anabolizm dedikdə, orqanizmə lazım olan qida maddələrinin
mənimsənilməsi, yeni maddələrin sintezi və onlardan böyümə və inkişaf üçün isti-
fadə edilməsi, dissimilyasiya və ya katabolizm isə üzvi maddələrin parçalanması,
oksidləşməsi, onlardan enerjinin alınması, tullantı məhsullarının orqanizmdən
kənar edilməsi kimi prosesləri əhatə edir.
Maddələr mübadiləsi çoxlu sayda biokimyəvi reaksiyaların, başlıca olaraq
fermentativ (katalitik) reaksiyaların silsilələri və kaskadları kimi həyata keçir və
qidalanma ilə əlaqə və təsirləri olan vəsilələrdən ibarətdir. Orqanizmdə amin turşu və
zülalların, yağ və karbohidrat, su, duz və vitamin mübadilələri kimi ayrı-ayrı
metabolik reaksiyalar zəncirləri də mövcuddur. Bütün bu mübadilə prosesləri müxtəlif
səviyyələrdə fəaliyyət göstərən tənzimləyici mexanizmlər vasitəsilə idarə edilir. Bu
mexanizmlər mərkəzi sinir sistemi vasitəsilə idarə edilir. Mərkəzi sinir sistemi
bilavasitə və hormonlar vasitəsilə bütün mübadilə proseslərini əlaqələndirir. Bəzi
hormonlar maddələr mübadiləsinin yalnız bəzi növlərinə tənzimləyici təsir göstərir.
Qalxanvari vəzin hormonları daha çox zülal mübadiləsini, mədəaltı vəzin və
böyrəküstü vəzilərin hormonları şəkər və yağ mübadilələrini, böyrəküstü vəzilərin və
hipofızin bəzi hormonları isə su və duz mübadiləsini aparırlar. Qanda şəkər və digər
zəruri qida maddələrinin səviyyəsi neyrohumoral yolla tənzimlənilir. Bəzi fızioloqlar
hesab edirlər ki, orqanizmdə mərkəzi və periferik sinir sistemləri maddələr
mübadiləsini reflektori olaraq, mübadilə refleksləri şəklində tənzimləyə bilir.
Maddələr mübadiləsinin anabolik tərəfı amin turşularından zülalların, sadə
şəkərlərdən mürəkkəb şəkərlərin, yağ turşuları və qliserindən yağların,
42
nukleotidlərdən nuklein turşularının sintezini, müxtəlif sintetik çevrilmələri,
qurucu, bərpa və yeniləşmə proseslərini əhatə edir. Katabolik tərəf isə qida
maddələrinin (zülal, yağ, şəkər) əvvəlcə öz tərkib hissələrinə (aminturşulara,
monosaxaridlərə, yağ turşuları və qliserinə), onların isə, öz növbəsində son
məhsullara (H
2
O, CO
2
, NH
3
, N
2
) qədər parçalanması, öz molekulyar və atomar
kimyəvi əlaqələrində daşıdığı potensial enerjidən ayrılması və yeni bioloji enerji
daşıyıcılarının əmələ gəlməsi və onların istifadə edilməsi, tullantı şlaklardan və
zərərli (toksiki) maddələrdən azad olması kimi prosesləri əhatə edir.
Dostları ilə paylaş: |