(evakuasiya) mərkəzi - mədedəki qida möhtəviyyatının onikibarmaq bağırsağa hissə-
37
hissə keçməsini təmin edir. Qusma mərkəzi - bu müdafiə xarakterli reflektori qida
imtinalarını həyata keçirir. Qusma reaksiyası mədəyə yararsız və ya zərərli
maddələrin düşməsi və onların mədədən rədd edilməsi ilə əlaqədardır. Mədəaltı vəzi şirəsinin ifrazı mərkəzi - qida onikibarmaq bağırsağını keçdikdə, pankreas şirəsinin
ifrazını tənzimləyir. Öd ifrazı mərkəzi - onikibarmaq bağırsağa yağlı qidanın
düşməsi ilə əlaqədardır. Ödün buraya reflektori tökülməsini təmin edir.
Həzm və qidalanma, aclıq və toxluq, susuzluq və s. bu kimi halların tənzimlən-
məsində ara beynin ən mühüm strukturlarından olan hipotalamus mühüm rol oynayır.
Burada ali vegetativ funksiyaların (qidalanma, tənəffüs, ifrazat və s.) mərkəzləri yer-
ləşmişdir. Aclıq və susuzluq hisslərinin və bu hisslər ilə bağlı olan emosional-moti-
vasion vəziyyətlərin yaranmasında hipotalamusun bəzi nüvələri xüsusi rol oynayır. Bu
nüvələrin pozulması (zədələnməsi) və ya qıcıqlandırılması orqanizmin qida davranı-
şında kəskin dəyişikliklərə səbəb olur: iştahanın artması, hədsiz dərəcədə və uzun
müddət ardıcıl qidalanma, orqanizmin piylənməsi və s. bu kimi hallar büruzə olur. Hi-
potalamusun ventromedial nüvələri adlanan sahənin pozulması zamanı hiperfasiya,
polidipsiya (hədsiz susuzlama, piyləmə) kimi proseslər sürətlənir. Onun lateral nüvə-
ləri adlanan sahənin pozulması afaziya və adipsiya hallarına (iştahdan qalma, sudan
imtina etmə) gətirib çıxarır, bu da orqanizmin son nəticədə həddən ziyadə arıqlama-
sına və ölümünə gətirib çıxarır. Hipotalamusun orta və yan nüvələrində "toxluq" və
"aclıq" mərkəzlərinin yerləşdiyi təcrübi yolla sübut edilmişdir. Bu mərkəzlərin oyan-
ması qida axtarışı, qidanın mənimsənilməsi və həzmi ilə əlaqədar olan bir sıra vegeta-
tiv və hərəki reflektori reaksiyaları işə salır. Adları çəkilən hipotolamik mərkəzlər
qanın tərkibində qida maddələrinin səviyyəsinə həssasdırlar. Digər tərəfdən hipotala-
mus mədədən və digər həzm orqanlarından onurğa və orta beyin vasitəsilə, habelə di-
gər resseptiv yollarla orqanizmin qida homeostazı haqqında siqnallar alır. Hipotala-
mus neyronları osmo, xemo və digər tipli reseptorlara malikdir ki, orqanizmin daxili
mühitinin kimyəvi tərkibində və fıziki vəziyyətində əmələ gələn dəyişikliklərə tezliklə
reaksiya verir.
Baş beyin yarımkürələrinin qabığı orqanizmin bütün daxili üzvlərinin, o cümlə-
dən həzm sistemi orqanlarının fəaliyyətini daim nəzarətdə saxlayır, onlara korreksiya-
38
edici siqnallar göndərir, vegetativ və somatik reaksiyaların şərti reflektor və iradi
tənzimləmə proseslərinə rəhbərlik edir.