126
83-100 q yağ, 330- 380 q karbohidrat qəbul etməlidirlər. Adətən, zehni əməklə
məşğul olan adamlar ürək-damar xəstəliklərinə tez-tez düçar olurlar və bu tip
xəstəliklərin profılaktikası üçün qida rasionu elə lipotrop maddələrlə (doymamış
yağ turşuları, fosfatidlər, vitamin E və s.) zəngin olmalıdır ki, onlar qidanın enerji
göstəricilərini əks etdirməklə yanaşı, həm də xəstəliklərin inkişafına ciddi surətdə
mənfı təsir göstərmiş olsunlar. Bütün bu halların baş verməsinin qarşısını almaq
üçün, onların gündəlik qida rasionu digər kateqoriyadan olan insanların qida
rasionundan əhəmiyyətli dərəcədə fərqli olmalıdır.
Əhalinin bu qrupunda ürək-damar xəstəlikləri tez-tez müşahidə edildiyindən,
onların qida rasionlarında qan damarlarının divarlarını kirəcləndirən xolesterin
kimi maddələr az olmalı, bəzi lipotrop (yağı özünə hopduran) maddələr, məsələn:
doymamış poliyağ turşuları, fosfatidlər, E vitamini kifayət qədər olmalıdır. Bu qida
rasionlarında heyvani yağlar xeyli dərəcədə məhdud olmalıdır, çünki, adı çəkilən
şəxslərdə hərəkətlərin məhdudluğu (adinamiya) halları müntəzem şəkildə baş
verdiyindən, bu əvvəl-axır bədənin piylənməsinə ürək və tənəffüs fəaliyyətinin
zəifləməsinə gətirib çıxara bilər.
Zehni əməklə məşğul olan kişilərin gündəlik qidasında ayrı-ayrı vitaminlərin
normasi adi adamların qidasındakından yüksək olmalıdır. Xüsusilə, B
1,
B
2
, B
6
, PP, C
vitaminlərinin norma miqdarının yüksək olmasına fikir verilməlidir. Bu maddələrin
rasiondakı miqdarı müvafıq olaraq 1,8-2,0 mq, 17-18 mq və 64-70 mq-a çatmalıdır.
Dostları ilə paylaş: