125
yeridilməsi məsləhət görülür. Kişi idmançıların intensiv məşq və yarışlar zamanı
şəkərə olan tələbatı 600-700 qrama çata bilər. onların tarazlaşdırılmış qida rasionunda
zülal, yağ və şəkər nisbətləri 1:0,7:4 kimi olmalıdır.
İdmançıların qidasında vitaminlərin zəngin olması xüsusilə vacibdir. Onların
B
1
, B
12
və digər vitaminlərə olan yüksək tələbatları nəzərə alınmalıdır. İdmançıların
qidasında C vitamini 100-120 mq, B
1
vitamini 4,4-4,8 mq-a çatmalıdır. Gərgin əzələ
fəaliyyəti ilə əlaqədar olaraq idmançılarda asidoz reaksiyaları baş verə bilər. Bunu
nəzərə alaraq onların qidasında elə mineral duzların olmasına fıkir verilməlidir ki,
bu duzlar daha çox qələvi (əsası) reaksiya mühiti yarada bilsin. Süd və süd məhsul-
ları, meyvə-tərəvəz məhsulları bədəndə oksidləşmə reaksiyalarını azaldır, ona görə
də idmançıların xörək çeşidlərində bu məmulatların miqdarının müntəzəm olaraq
yüksək olması məsləhətdir. İdmançıların fosfora və kalsiuma olan tələbatı
yüksəkdir.
Onların qidasında müəyyən məhsulların, qidalı maddələrin, şirələrin olması
böyük əhəmiyyət kəsb edir. Sitrus meyvələri və digər meyvələr idmançıların fıziki-
əhval ruhiyyəsinə stimiləedici təsir göstərirlər. İdmançılara xüsusi olaraq
hazırlanmış alkoqolsuz içkilər, asan həzm olunan konsentratlar, zülalla zəngin
qidalar tövsiyə edilir. Onlar gündə 4 dəfədən az olmayaraq yüksək kalorili yeməklər
qəbul etməlidirlər. Qidalanma arası fasilələr 5 saatdan artıq olmamalıdır.
İdmançıların qidalanması cins, yaş, bədən kütləsi, fiziki yükün ağırlığı, ilin fəsli və
digər bu kimi göstəricilər nəzərə alınaraq təşkil olunmalıdır.
Dostları ilə paylaş: