127
aktiv maddələrin çox olması zəruridir. Qocaların qidasında mədə-bağırsaq kanalının
işlənməsinə stimuləedici təsir göstərən bitki qidasının, ələlxüsus sellülozanın olması
vacib sayılır. Onların orqanizmində hüceyrələrin tələf olması prosesləri sürətləndiyinə
görə, qidalarında bərpaedici təsirə malik, bədəndə hüceyrə regenarasiyasına yardım
edən maddələrin olması mühüm əhəmiyyət kəsb edir. Hesablamalara və təcrübi
müşahidələrə görə ahıl adamların qidasında kifayət qədər zülal olmalıdır ki, bu
toxumalarda hüceyrələrin bərpa olunmasını təmin edə bilsin. Onların qidalanma
rejiminin düzgün tərtib edilməsi vacib şərtlərdən biridir. Gündə 4 dəfə qidalanma
onlar üçün normal hesab olunur. Qoca kişilərin gündəlik qidasında ən azı 70-60 q,
qoca qadınların gündəlik qidasında isə 63-57q zülal olmalıdır. Bu halda heyvani
zülalın miqdarı 30-55% təşkil etməlidir. Heyvani yağların da miqdarı nisbətən aşağı
olmalıdır, qocalar üçün çətin əriyən mal və qoyun yağları bir o qədər də məsləhət
görülmür, onlar üçün süd yağı daha faydalıdır. Onların gündəlik qidasında bitki
yağları üstünlük təşkil etməlidir. Qidalarında asan mənimsənilən şəkərlərin hesabına
karbohidratların miqdarının aşağı olması vacibdir. 60 yaşdan yuxarı olan adamların
gündəlik qidasına sistematik olaraq meyvə-tərəvəz və taxıl məhsullarından
hazırlanmış xörəklərin və digər yeyinti məmulatlarının daxil olması tövsiyə edilir.
Qəbul edilən xörəklərdə və qida məhsullarında bütün qruplardan olan vitaminlərin
varlığı vacibdir. Xüsusilə C vitamini bu yaşlarda orqanizm üçün olduqca zəruridir.
Qocaların gündəlik qidasında turşu xassəli mineral maddələrin, zəif qələvi təbiətli
mineral maddələrin çox olması vacib şərtdir.
Dostları ilə paylaş: