Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1


MÜHAZİRƏ 13.  SƏNAYE MÜƏSSİSƏLƏRİNDƏ VƏ KƏND



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə81/92
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#2790
1   ...   77   78   79   80   81   82   83   84   ...   92
MÜHAZİRƏ 13.  SƏNAYE MÜƏSSİSƏLƏRİNDƏ VƏ KƏND 
TƏSƏRRÜFATINDA KÜTLƏVİ İAŞƏNİN TƏŞKİLİNİN FİZİOLOJİ 
ƏSASLARI 
Plan: 
1. Sənaye müəssisələrində kütləvi iaşənin təşkilinin fizioloji əsasları 
2. Kənd təsərrüfatı fəhlələrinin qidalanmasına fizioloji tələblər 
3. Müalicə-profilaktiki iaşənin təşkilinin fizioloji əsasları 


 
128 
 
 
1) Sənaye müəssisələrində kütləvi iaşənin təşkilinin fizioloji əsasları 
Sənaye  müəssisələrində  qidalanmanın  təşkilinin  elmi  əsaslar  üzərində 
qurulması  fəhlələrin  əmək  qabiliyyətini  və  sağlamlığını  yaxşılaşdırmaqla  yanaşı, 
istehsalın da effektiv olmasını təmin edir.  
Fəhlələrin  qidalanması  müəssisələrdə  yerləşən  fəhlə  yeməkxanalarında, 
onların  şöbələrində  həyata  keçirilir.  Burada  qidalanma  rasional  və  müalicə-
profılaktiki  qidalanmanın  tələblərinə  uyğun  olmalıdır.  Bu  yeməkxanalarda 
gündəlik rasionlar (menyu) fəhlələrin enerji sərflərini nəzərə almaqla qurulmalıdır. 
Hesablanmış  orta  məlumatlara  görə  fəhlələr  iş  günü  (sutka)  ərzində  3000  kkal 
enerji itirirlər.  
Əlbəttə,  istehsalın  xarakterindən  asılı  olaraq,  müəssisələrdə    qidalanmanın 
təşkilində  əmək  qabiliyyətli  əhalinin  yaşı,  qidalanma  sağlamlıq  şərtləri  və  s. 
amillər nəzərə alınmalıdır. 
Zavod  və  fabriklərdə,  digər  istehsal  müəssisələrində  və  sexlərdə 
yeməkxanaların  işi elə qurulmalıdır ki,  ilk  növbədə cavan  fəhlələrin orqanizminin 
fızioloji  xüsusiyyətlərini  nəzərə  alsın.  Qida  rasionunda  xörəklər  zülalla  zəngin, 
heyvanat  mənşəli  ət  və  su  mənşəli  balıq  məhsulları,  süd  məhsulları  ilə 
tamamlanmalıdır. 
Sənayedə, tikintidə və nəqliyyatda çalışan fəhlələr üçün rasional qidalanmanın 
təşkilində nəzərə alınmalıdır ki, əsas qidalı maddələrdən sayılan zülallar, yağlar və 
karbohidratların rasionda varlığı miqdarca 1:1:4 nisbətində olsun. Burada zülalların 
sutkalıq  miqdarının  60%-i  heyvanat  mənşəli,  yağların  30%-i  bitki  mənşəli 
olmalıdır. Xüsusilə zülallar əvəzolunmaz aminturşuları ilə zəngin olmalıdırlar. 
Qidalanma  rejiminin  düzgün  təşkili  sənaye  müəssisələrində  çalışan  fəhlələr 
üçün xüsusi əhəmiyyətə malikdir və ən faydalı rejim 3 dəfəlidir. 
Buna  müvafiq  olaraq, sutkalıq  rasionun 30%-i səhər  yeməyi, 45%-i  nahar  və 
25%-i şam yeməyi üçün ayrılmalıdır. 


 
129 
 
Fiziki  əmək  intensivliyindən  asılı  olaraq  fəhlələr  üçün  qidalanma  rejimi  ən 
çox aşağıdakı cədvəldə göstərilən variantlar şəklində gözlənilməlidir: 
Qida 
qəbulunun 
rejimi 
3 dəfəli qidalanmada 
4 dəfəli qidalanmada 
I variant 
II variant 
I variant 
II variant 
Qəbul 
saatı 
Kal,  
%-lə 
Qəbul 
saatı 
Kal,  
%-lə 
Qəbul 
saatı 
Kal,  
%-lə 
Qəbul 
saatı 
Kal,  
%-lə 
I səhər 
yeməyi 
7-8 
30 

20 

25 

15 
II səhər 
yeməyi 






12 
25 
Nahar  
13-14 
40 
12 
45 
13 
40 
17 
35 
Şam 
yeməyi 
19 
30 
18 
35 
18 
25 
20 
25 
Yüngül 
şam 
yeməyi 




22 
10 


 
Gecə  növbəsində  işləyən  fəhlələr  üçün  qida  rejimində  kaloriliyin 
bölüşdürülməsi  –  ümumi  kaloriliyə  görə  səhər  yeməyinə  25%,  nahara  30%,  şam 
yeməyinə 15% miqdarda enerji ayrılmaqla bğlüşdürülərək rasionda təmin olunması 
daha geniş yayılmışdır. İş rejiminin müxtəlif variantlarda rasionun enerji dəyərinin 
bölüşdürülməsinin cədvəl 2-dəki kimi aparılması məqsədəuyğun sayılır. 
İstehsal  müəssisələrində  qidalanmaya,  eyni  zamanda  pəhriz  qidalanması  və 
profilaktiki  rasionlarla  qidalanma  da  daxildir.  Burada  qidalanma  rejiminə  xüsusi 
fikir  verilməlidir.  Nəzərə  alınmalıdır  ki,  qida  qəbulu  iş  rejimindən  asılı  olaraq 
həyata keçirilməlidir. 
Cədvəl 2 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin