131
4№-li kompleks üçün
8, 9 N°-li pəhrizlər şəklində.
Bütün bunlarla yanaşı kimya sənayesi müəssisələrində, kömür sənayesi, metal
istehsalı müəssisələrində çalışan fəhlələrdə peşə xəstəliklərinin qarşısını almaq
məqsədilə naharlar, yaxud ayrı-ayrı məhsullar şəklində (süd, kəsmik, vitaminlər və
s.) güzəştlər əsasında müalicə-profılaktiki iaşə də təşkil olunmalıdır.
2) Kənd təsərrüfatı fəhlələrinin qidalanmasına fizioloji tələblər.
Bu sahədə çalışan fəhlələr əməyin gərginliyinə, mövsümdən asılılığına, iş
günü müddətinin daha çox vaxt tələb etməsinə, həyati obyektlərdən uzaq
olmalarına və s. şərtlərə görə xüsusi qidalanma forması tələb etməklə, iş zamanı
özünəməxsus enerji sərf edirlər. Müxtəlif elmi araşdırmalar nəticəsində kənd
təsərrüfatı fəhlələri üçün orta qidalanma norması MDB məkanında enerji sərfı
hesabına sutkada 3600 kkal qəbul edilmişdir. Bununla belə, əkin və biçin, yığım
vaxtları bu norma sutkada 4500-4600 kkal-yə çata bilər. Təbii olaraq bu normalar
qış mövsümünü nəzər almır. Bu dövr üçün fəhlələrin sutkalıq enerji sərfı 3000
kkal-a bərabər götürülür.
Müəyyən edilmişdir ki, kənd təsərrüfatı işlərində iş gününün müddəti saat 16-
18-ə qədər davam edir deyə, 2 növbəli iş nəzərdə tutulur.
Dostları ilə paylaş: