Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1


MÜHAZİRE 8. QİDA RASİONLARINDA VİTAMİNLƏRİN



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə41/92
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#2790
1   ...   37   38   39   40   41   42   43   44   ...   92
MÜHAZİRE 8. QİDA RASİONLARINDA VİTAMİNLƏRİN 
NORMALLAŞDIRILMASININ ELMİ ƏSASLARI 
Plan: 
1) Vitaminlərin təsnifatı və qidalanmada əhəmiyyəti. 
2)  Müxtəlif  əhali  qrupunun  qidalanmasında  məsləhət  görülən  vitamin 
normaları, onların xörəklərdə saxlanılması yolları. 
3) Hazır xörəklərin C vitamini aktivliyi və onun yüksəldilməsi yolları. 
4) Şirin  xörəklərin  və  içkilərin kütləvi qidalanma  müəssisələrində C vitamini 
ilə zənginləşdirilməsi. 
1) Vitaminlərin təsnifati və qidalanmada əhəmiyyəti 
Qidalılıq  əhəmiyyəti  olmayan,  ancaq  qidada  mütləq  zəruri  olan  üzvi  maddə-
lərdən  biri  də  vitaminlərdir.  Onlar  öz  kimyəvi  təbiətinə  görə  kiçik  molekullu  üzvi 
birləşmələr  olub,  orqanizmin  maddələr  mübadiləsində  və  onun  tənzimlənməsində 
mühüm  rol  oynayırlar.  Latınca  Vita  -  "həyat  amilləri"  mənasında  məşhur  olan  bu 
maddələrin  varlığı  hələ  keçən  əsrdə  müəyyən  edilmişdir.  İlk  tapılan  vitaminlərdə 
amin  qrupları  olduğu  üçün  onlar  vitamin  adını  daşıyırlar.  Onları  nə  zülallara,  nə 
yağlara,  nə  də  karbohidratlara  aid  etmək  olmaz.  Həm  də  orqanizmin  vitaminlərə 
olan  tələbatı  bir  o  qədər  də  yüksək  deyil,  çünki  bitki  və  heyvan  məhsullarında 
onların  miqdarı  da  çox  kiçik  qiymətlərlə  ölçülür.  Onların  simvolik  adları  böyük 
latın hərfləri ilə işarə edilir. Bütün vitaminlər iki böyük qrupa bölünürlər: yağda və 


 
72 
 
suda  həll  olanlara.  Yağda  həll  olan  vitaminlərə  A.  D.  E.  və  K  vitaminləri  aiddir. 
Suda həll olan vitaminlərə isə B qrupu vitaminləri, PP və C vitaminləri aid edilir.  

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin