Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1


A  vitamini  və  ya  antikseroftalamik



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə42/92
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#2790
1   ...   38   39   40   41   42   43   44   45   ...   92
A  vitamini  və  ya  antikseroftalamik  vitamini  balıq  yağında,  kərə  yağında, 
qaraciyərdə daha çoxdur. Bitkilərdə olan karotin tipli piqment  maddələri  (provita-
minlər) insan və heyvan orqanizmində A vitamininə çevrilirlər. İnsan orqanizminin 
A  vitamininə  olan  sutkalıq  tələbatı  1,0-2,5  mq,  karotinə  olan  tələbatı  isə  2-5  mq 
təşkil  edir.  Qidada  bu  vitamin  çatışmadıqda,  insanda  gözün  fəaliyyəti  zəifləyir, 
onun  görmə  qabiliyyəti  pozulur,  ksenoftalamiya  xəstəliyi  və  digər  pozgunluqlar 
baş verir. 
A  vitamini  tərkib  etibarilə  biratomlu  spirt  olub,  molekuluna  ionon  həlqəsi 
daxildir.  Təbiətdə  müxtəlif  formada:  A,  (retinol),  A

(dehidroretinol)  və  karotin 
şəklində  rast  gəlinir.  A  vitamini  qaraciyərdə  və  bağırsaqlarda  provitaminlərdən- 
karotin və karotinoidlərdən də əmələ gələ bilər. Bunlar isə orqanizmə bitki mənşəli 
ərzaq  məhsulları  ilə  hazırlanan  xörəklərlə daxil olur.  Karotinlərin sayı çoxdur. Ən 
geniş yayılmışları  və  karotinlərdir. 
A vitamini – hipovitaminozu zamanı “toyuq korluğu” deyilən xəstəlik inkişaf 
edir. Belə  xəstəlik keçirən adamlar  gündüz heç  nə  hiss etmir, qaranlıq düşən kimi 
köməksiz  hərəkət  edə  bilmirlər.  Artıq  miqdarda  gözün  örtük  epitelisi  qurulaşır  və 
həssaslığı  itir.  Bu  xəstəlik  ksenoftalamiya  adını  daşıyır.  Sonradan  göz  qişası 
yumşalır və ağarmağa başlayır. Bu xəstəliyə nadir hallarda rast gəlinir. 
A  vitamini  inkişaf  prosesində  dəri  qatının  normal  vəziyyəti  üçün  lazımdır. 
onun çatışmazlığı dərinin quruluğuna səbəb olur. Çoxluğu  isə orqanizm  üçün  A  – 
hipervitaminozuna səbəb olur; iştahın pozulmasına, həzm prosesinin pozulmasına, 
qaraciyərin genişlənməsinə gətirib çıxarır. 
A vitaminin insan üçün gündəlik tələbatı orta hesabla 1,5-2 mq, yaxud karotin 
şəkildə  2-5  mq-a  çatır.  Sutka  ərzində  normanın  1/3-nin  A  vitamini  şəkildə  qəbul 
edilməsi məqsədəuyğundur. 


 
73 
 
Bir  sıra  məhsullarda  A  vitaminin  miqdarı  aşağıdakı  kimidir.  Qaraciyər  –  14 
mq%, balıq yağı – 19%, kərə yağı- 0,6%, pendir – 0,19%, yumurta – 0,6 mq% və 
s. A vitamini və karotin yağların iştirakı ilə yaxşı mənimsənilirlər. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin