K vitamini və ya antihemorraqik vitaminin əsas mənbəyi bitkilərin yaşıl
yarpaqlarıdır. Məhsullarda K
1
(filloxinon) və K
2
(metaxinon) şəkildə rast gəlinir.
Bunlardan əlavə, K
3
(metinon) şəkildə aktiv sintetik preparat kimi də buraxılır. Kə-
ləm və gicitkən yarpaqları bu vitaminlərlə daha zəngindir. Donuzun qaraciyərində
onun miqdarı yüksəkdir. K vitamini çatışmazlığı dərialtına və əzələ daxilinə qan
sızmalara, qanın laxtalanma xassəsinin azalmasına gətirib çıxarır. Bu səbəbdən də
K vitamini qanaxmanın qarşısını almaq üçün işlədilir.
K vitamininin çatışmadığı zaman orqanizmdə qanın laxtalanması müddətini
artıran protrombinin sintezi azalır. Bununla belə, orqanizmdə K - avitaminozu
nadir hallarda baş verir. Belə ki, K vitamini bağırsaq bakteriyaları tərəfındən sintez
olunur. K vitaminin növlərindən metinon (K
3
) artıq miqdarda qəbul ediləndə
zəhərli təsirə malik olur.
Orqanizm üçün onun gündəlik tələbat norması 2 mq-dır (K
1
üçün). K
1
vitami-
ni ərzaq məhsullarından ispanaqda - 4,5 mq%, pomidorda - 0,4 mq%, göy noxudda
- 0,1 -0,3 mq % miqdarda rast gəlinir.
Suda həll olan vitaminlərə isə B
1
(tiamin), B
2
(riboflavin), PP (niasin), B
6
(piridoksin), B
12
(folasin), pantoten turşusu, B
15
(panqam turşusu), C vitamini,
bioflavonoidlərdən P-ni, biotin vitaminini aid edirlər.