B 2 vitamini sarı rəngli təbii piqmentdir. O boy artımına təsir göstərir. Belə
ki, fermentlərin tərkibinə daxil olur. Riboflavin (B
2
) zülal mübadiləsinin düzgün
getməsinə müsbət təsir göstərir. O müxtəlif oksidazaların tərkibində fəaliyyət
göstərir. B
2
A vitamini ilə və nikotin turşusunun amidi ilə birlikdə gözü ultra-
bənövşəyi şüaların təsirindən qoruyur. B
2
vitamini çatışmazlığında əzələ zəifliyi,
dildə və mədədə xəstəliklər yaranır.
B
2
vitamini və ya riboflavin maya göbələyində, qaramalın qaraciyərində, böy-
rək toxumasında, balıq məhsullarında geniş yayılmışdır. Qidada bu vitaminin ça-
tışmazlığı orqanizmdə bir sıra patoloji dəyişikliklər doğurur. Xəstədə göz və dəri-
nin zədələnməsi, işıqdan qorxma, göz yaşının axması, göz büllurunun tutqunlaşma-
sı, görmənin zəifləməsi, ağız boşluğunda və qida borusunda yaralar, qan təzyiqinin
və bədən temperaturunun aşağı düşməsi, şüurun itməsi və qıcolma halları baş verir.
İnsan orqanizminin bu vitaminə olan gündəlik tələbatı orta hesabla 2-4 mq təşkil
edir. Onun miqdarı ərzaq məhsullarından mayada -2,4 mq%, yumurtada -0,6mq%,
yağda -0,19 mq%, treska balığı ciyərində -0,35 mq%, pendirdə -0,43mq%, balıqda
76
0,08 mq%, soğanda 0,03 mq%-ə çatır. B
2
-nin bir hissəsi bağırsaq florasının
tərkibindən sintez olunur.