Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə46/92
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#2790
1   ...   42   43   44   45   46   47   48   49   ...   92
B
1
  vitamini  və  ya  tiamin  təmizlənməmiş  düyüdə,  kobud  üyüdülmüş  unda, 
noxudda  böyük  miqdarda  tapılır.  Onun  çatışmazlığı  nəticəsində  insanda  qeyri-
sağlamlıq, beri-beri və ya qida polinevriti adlanan xəstəlik baş verir, karbohidratlar 
orqanizmdə  tam  mübadilə  olunmur,  orqanizmin  fiziki  qüvvəsi  və  iştahası  azalır, 


 
75 
 
ürəyin  və  bağırsağın  fəaliyyəti  pozulur.  Sinirlərdə  milen  qişası  dağılır,  uzunsov 
beyin  mərkəzinin  hüceyrələri  tələf  olur.  Ürək  fəaliyyətinin  çatışmazlığı  və 
diafraqmanın iflici nəticəsində isə insan ölə bilər. 
B
1
  -  kükürd  saxlayan  maddələrə  aiddir.  Onun  çatışmazlığı  həm  də  qanda 
piroüzüm  və  süd  turşusunun  miqdarını  artırır,  sinir  sisteminin  fəaliyyətini  pozur. 
B
1
  avitaminozunda  beri-beri  xəstəliyi  inkişaf  edir.  Bu  isə  ayaqda  zəiflik,  iştahın 
pozulmasına, yuxusuzluğa gətirib çıxanr. Onun kişilər  üçün  gündəlik tələb olunan 
miqdarı 1,6-2,2 mq, qadınlar üçün isə orta hesabla 1,3-1,7 mq-dır. 
Qida  məhsullarında  karbohidratların  miqdarı  çox  olduqca,  tiaminə  olan  tələ-
bat  da  çoxalır.  Mühitin  temperaturası  aşağı  düşdükdə,  hamiləlikdə,  fıziki  və  əsəb 
gərginliyində  B
1
  vitamininə olan tələbat artır. Onun  miqdarı pivə  mayalarında 0,5 
mq%, donuz ətində 0,8mq%, qaraciyərdə 0,37 mq%, ağ çörəkdə 0,15 mq%-ə çatır. 
Xəmir  məmulatlarının  bişirilməsi  zamanı,  tərkibdə  çay  (qida)  sodası  olduğu 
hallarda qələvi mühit yarandığından tiamin parçalana bilir. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin