Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə39/92
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#2790
1   ...   35   36   37   38   39   40   41   42   ...   92
Sterinlər  –  hüceyrələrdə  və  toxumalarda  toplanır.  Onlar  ən  çox  baş  beyində 
vardır - 4%. 
Sağlam  adamda  daxil  olan  və  sintez  olunan  xolesterinin  miqdarı,  kənar  olan 
xolesterinin  miqdarına  bərabər  olmalıdır.  Xolesterinin  80%-i  (2-3  q)  orqanizmdə 
yaranır,  20%-i  isə  (0,3-0,6  q)  xörəkdə  qəbul  olunur.  Orqanizmdə  yağlar  və 
karbohidratların artıqlığı xolesterin sintezini artırır.  
Yağlarda  doymamış  yağ  turşularının  artıqlığı  qaraciyərdə  xolesterinin 
biosintezini azaldır və əksinə. 
Sterinlərin  yaşdan  asılı  olaraq  mənfı  təsiri  də  vardır  (aterosklerozu  artırır). 
Müşahidələr  göstərir  ki,  sterinlərin  və  fosfatidlərin  mübadiləsi  arasında  çox 
əlaqələr  vardır. Belə ki,  lesitinin təsiri  ilə  xolesterinin səviyyəsi qanda azalır. Yağ 
və xolesterin mübadiləsinin normal getməsi üçün qida lesitinlə zəngin olmalıdır. 
Yağların  orqanizmdə  xolesterin  sintezinə  təsir  mexanizmlərindən  biri  onların 
öd  ayrılmasını  gücləndirmə  qabiliyyətidir.  Müəyyən  olunmuşdur  ki,  günəbaxan 
yağının  hipoxolesterinemik  təsiri  onda  olan  çoxlu  miqdarda  doymuş  yağ  turşuları 
ilə əlaqədardır. Bu da qaraciyərdə xolesterinin miqdarının artırılmasına səbəb olur.  
Yeyinti  yağları  qan  zərdabında  lipoproteidlərə  (LP-yə)  təsir  edirlər.  Bu  təsir, 
ilk növbədə, yağın yağ turşusu təsirindən asılı olur. Belə ki, doymamış yağlar olan 
pəhrizlər LP sintezinə daha yaxşı təsir göstərirlər. 
Bir  sözlə,  yeyinti  lipidlərinin  xolesterin  sintezində  iştirakının  öyrənilməsi 
aterosklerozun  profilaktikası  üçün  pəhrizlərin  işlənib  hazırlanmasında  mühüm  rol 
oynamışdır.  Həmin  pəhrizlərlə  qidalanma  zamanı  orqanizmin  bağırsaq  sistemində 
xolesterinin zəif sorulması faktı deyilənləri təsdiq etmişdir. 
Əvvəllərdə belə bir fıkir əldə rəhbər tutulurdu ki, yağların qida ilə orqanizmə 
daxil  olması  vacib  deyil.  Belə  ki,  onlar  karbohidratlardan  sintez  olunurlar.  Son 
zamanlar  müəyyən  olunmuşdur  ki,  belə  vəziyyətdə  alınan  yağlar  orqanizmin 
tələbatını  ödəyə  bilməzlər.  Bu,  xüsusilə  doymamış  yağ  turşularına  aiddir.  Tərkibi 
bu turşularla zəngin olan yağlar orqanizm tərəfındən sintez olunmurlar. 
Müəyyən  olunmuşdur  ki,  yağların  xassələrini  müəyyən  etmək  üçün  əsas 
əhəmiyyəti yağ turşuları kəsb edir. 


 
69 
 
Təbii  yağların  tərkibinə  60-dan  çox  yağ  turşuları  daxildir.  Yağ  turşuları 
doymuş və doymamış olurlar. 
Doymuş  yağ  turşuları  heyvanat  mənşəli  yağların  tərkibinə,  "Kokos"  yağla-
rının tərkibinə daxildir. Onlar zəif bioloji xassəyə malik olub, orqanizmdə asanlıqla 
sintez olunurlar. Onların qarciyərin  funksiyasına  və vəziyyətinə, yağ  və  xolesterin 
mübadiləsinə mənfı təsiri haqda məlumatlar da vardır. Doymamış yağ turşularında 
olan  ikiqat  əlaqələr  onların  oksidləşmə  və  birləşmə  reaksiyalarına  girməsinə  asan 
imkan  yaradırlar  ki, bu da  maddələr  mübadiləsinin  yaxşı  getməsinə şərait  yaradır. 
Daha yüksək bioloji aktivliyə - linol və araxidon yağ turşuları malikdirlər. 
İki  əvəzolunmaz  yağ  turşusundan  biri  araxidon  turşusu  əsasən  heyvanat 
mənşəli  yağların  tərkibinə  daxil  olur.  Bitki  yağlarında  o,  demək  olar  ki,  yoxdur. 
Kərə yağında 0,2%, donuz piyində isə 2%-ə qədər araxidon yağ turşusu varsa, təzə 
sağılmış  süddə  və  balıq  yağında  o  daha  çoxdur.  Linol  turşusu  ən  çox  günəbaxan, 
qarğıdalı və çətənə yağında olur. 20-30 q bitki yağı, insan orqanizminin doymamış 
yağ  turşusuna  olan  gündəlik  tələbatını  ödəyir.  Onların  çatışmaması  orqanizmin 
inkişafını  zəiflədir  və  sağlamlığa  mənfı  təsir  göstərir.  Doymamış  yağ  turşularının 
yağlarda keyfıyyət göstəricisi kimi onların yod ədədi müəyyənləşdirilir (cədvəl 1). 
Onların  qida  rasionunda  gündəlik  norması  sutkada  tələb  olunan  kaloriliyin 
1%-ni, yaxud 7-8 qram təşkil edir. 
Cədvəl 1 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin