Qilman eyvazov iNTİqam əSGƏrov



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə66/139
tarix25.12.2023
ölçüsü3,72 Kb.
#194915
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   139
quot-cagirisaqadarki-hazirliq-quot-fanni-uzra-11-ci-sinif-ucun-darslik-1671017202-190-backup

Tankın zəif yerləri:
1) topun və pulemyotun lüləsi; 2) müşahidə cihazları və nişangahlar; 
3) gövdənin bortu; 4) gövdənin arxası; 5) hərəkət hissəsi; 6) qüllə ilə gövdənin 
birləşən yeri
İşğalçı ordunun hissə və bölmələrinin silahlanmasında piyadanın döyüş ma-
şınları və zirehli transportyorlar əhəmiyyətli yer tutur. Onların zirehi heyəti güllə 
və qəlpədən qoruyur.
Tank nə qədər müasir, zirehi nə qədər möhkəm olsa da, onun konstruktiv 
çatışmazlıqları və zəif yerləri vardır. Tankın lüləsini aşağıya endirərkən önündə 
ölü zonanın əmələ gəlməsini, məhdud müşahidə və maneələri dəfetmə imka-
nını və s. onun çatışmazlıqlarına misal göstərmək olar. 
Bilmək lazımdır ki, müşahidə cihazlarını əlaltı vasitə ilə örtdükdə tank “kor” olur. 
Layih
ə


103
Düşmənin tankları və zirehli maşınları ilə mübarizə aparmaq üçün motoatıcı 
taqımın döyüş maşınlarında tank əley hinə idarəolunan raket kompleksi, piya da-
nın dö yüş maşını topu, tank əleyhinə əl qumbaraatanı və tank əleyhinə ku mulya-
tiv əl qumbaraları vardır. Bort qalxanları (ekranları) və asma dinamik qoruyucu 
konteynerləri ilə təchiz edilmiş tanklarla mübarizə apar maq üçün moto atıcı 
taqımda 40 mm-lik tank əleyhinə əl qumbaraatanlarının döyüş dəstinə ПГ-7ВР 
(
PQ-7VR
)
tipli atəş yığımları daxildir. Bu yığımın birinci başlığı həmin mühafizə 
qurğularını, əsas başlığı isə tankın özünü məhv edir.
Döyüş hazırlığı yüksək səviyyədə olan şəxsi heyət atıcı silahların atəşi ilə 
müşahidə və nişanalma cihazlarını sıradan çıxarır, tankı və ya zirehli maşını 
tərk etməyə cəhd edərkən heyəti məhv edir. 
Motoatıcı taqımda olan tank əleyhinə raketlər, döyüş maşınları, tank əley-
hinə əl qumbaraatanları istənilən müasir tankı məhv etməyə qadirdir.
РКГ-3 
(RKQ)
kumulyativ əl qumbarası hədəfə dəydikdə dərhal partlayaraq 
zirehi dəlir, tırtılı dağıdır, silah və avadanlıqları məhv edir, eləcə də yanacağı alış-
dırır. Bundan başqa, avtomat və pulemyotların atəşi ilə tankların və zirehli maşın-
ların müşahidə cihazlarını, nişangahlarını sıradan çıxartmaq mümkündür.
Q
qayda
Tank əleyhinə vasitələrin döyüş imkanları, hər şeydən əvvəl, onların zi reh dəlmə 
imkanı, atış məsafəsi və dəqiqliyi, atış tempi ilə müəyyən edilir.
Layih
ə


Tanklar və zirehli maşınlarla uğurlu mübarizə, əsasən, şəxsi heyətin mənəvi- 
psixoloji vəziyyətindən, professional hazırlığından, döyüşdə iştirak edən qüvvə 
və vasitələrin qarşılıqlı əlaqəsindən, ərazinin xarakterindən, hava dan, sutkanın və 
ilin vaxtından asılıdır. 2016-cı il aprel döyüşlərində Füzuli istiqamətində düş mən 
tanklarının məhv edilməsində Azərbaycan hərbçilərinin yüksək mənəvi-psixoloji 
vəziyyəti, pro fessional hazırlığı, vətənpərvərlik hissləri, igidlikləri və müasir 
silah lar həlledici rol oynamışdır.
Müasir döyüşdə düşmənin tank və zirehli maşınları ilə mübarizə, əsasən, 
tank əleyhinə artilleriya, tank əleyhinə raket kompleksləri, zirehli maşınlar, 
tanklar, tank əleyhinə qumbaraatanlar və mühəndis maneələri vasitəsilə həyata 
keçirilir. Amma düşmənin ayrı-ayrı tanklarının və zirehli maşınlarının müdafiə-
nin ön xəttinə çıxması istisna olunmur. Onlar tank əleyhinə əl qumba raları ilə 
məhv edilməlidir. Yaxın məsafədə tank cəsarətli və bacarıqlı hərbçi üçün xü-
susi təhlükə kəsb etmir.
M
maraqlı
T-34 – 
İkinci Dünya müharibəsinin zəfər tankı
T­34 tankı Xarkov Parovozqayırma Zavo dunda konstruktor Mixail Koşkinin rəhbər liyi altında 
istehsal olunmuşdur. Konstruktor iki təcrübə nü mu nəsi hazırlayır, 3000 km məsafə qət et­
məklə onları sınaqdan da keçirir. İ.Stalin tankları sürüb Moskvaya gətirməyi əmr edir. Tank 17 
mart 1940­cı ildə Kremlin İvanov mey da nında sovet hökumətinə təqdim olunur. O, Moskva 
ətrafında da sınaqdan uğurla keçir. M.Koşkin öz həyatını və sağlamlığını tanka qurban verir. 
X
A.Hitler T­34 tankının texniki xüsusiyyətləri ilə tanış olduqdan sonra artıq ölmüş M.Koş­
kini şəxsi düşməni elan edir.
X
1941­ci ildə alman pilotları M.Koşkinin məzarını yox etmək üçün onun dəfn olun duğu qə­
biristanlığı bombalayırlar.
104
Layih
ə


Tank səngərə yaxınlaşdıqda əsgər 
onun 15–20 m məsafəyə qədər yaxın laş-
masını gözləyir, ölü zonadan tank əley-
hinə qumbaranı tanka atır. Bu zaman tank 
vurul mazsa və hərəkəti davam etdirərsə, 
əsgər səngərin dibinə yatır. Tank keçən 
kimi cəld qalxır və onu zəif yerlərindən 
məhv edir. Vurulmuş tankın heyəti tankı 
tərk etməyə cəhd göstə rərsə, avtomatın 
atəşi ilə məhv edilir.

Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin