Qismət meqapolis hüznləRİ



Yüklə 2,11 Kb.
Pdf görüntüsü
səhifə1/5
tarix25.04.2017
ölçüsü2,11 Kb.
#15738
  1   2   3   4   5

 
1
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qismət 
 
MEQAPOLİS 
HÜZNLƏRİ 
 

 
2
 

 
3
 
 
 
 
 
 
 
 
Kitabdakı  şeirlər sürətlə meqapolisə çevrilən Ba-
kının yeni kodlarını,  şifrələrini nişan verir. Böyük 
şəhərdəki həkimi, polisi, müəllimi, sürücünü, süpür-
gəçini, səfili, ayaqqabı boyayan uşaqları, siqaret satan 
kişini, fahişəni, tələbəni – hamını  və  hər  şeyi yazmaq 
kimi qeyri-mümkün cəhd kitabın əsas özəlliyidir.  
Şəhər sürətlə böyüyür, adamlar getdikcə  tənha-
laşır. Bu konfliktin arasına Qismət öz şeirlərilə girir. 
Kitabda müəllifin forma baxımından eksperimen-
tal və vizual şeirləri də yer alıb. 
 
 
 
 
 
 
 
 

 
4
 
Аз 2 
 
 
 
Qismət 
MEQAPOLİS HÜZNLƏRİ 
Bakı, “Qanun Nəşriyyatı”, 2011 
168 səhifə. 1000 tiraj. 
 
 
 
 
 
 
Fotonu Elmin Həsənli çəkib 
 
 
 
 
 
 
 
 
 
 
 
ISBN – 978-9952-26- 
 
 
© “Qanun Nəşriyyatı”, 2011 
 
Бакы, АЗ 1102, Тбилиси прос., ЫЫ Алатава 9 
Тел: (+994 12) 431-16-62; 431-38-18 
Mobil: (+994 55) 212 42 37 
е-маил: инфо@ганун.аз 
www.qanun.az 

 
5
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
I bölüm 
 
ÇARƏSİZLİK 
 
 

 
6
 
 
 

 
7
 
 
 
 
 
 
 
 
 
 
1. Uçurum 
 
Qapının ağzında bir cüt darıxmaq. 
Əlimi üzmüşəm ən doğma yerdən... 
Bakı medalyonu çevirdi birdən 
əlimi buraxdı. Üzümə baxdı, 
qaşları çatıldı, yavaşca dedi: 
Çatdıq. Düş. Bu da uçurum. 
 
Baxışlar ümidsiz, köynəklər tərli... Ürəklər daş 
deyil, dəmirdi, dəmir. 
Hamı borc istəyir on-on beş manat. Heç kimin 
cibində səxavət yoxdur. 
Görəsən, azadlıq yoxdur Bakıda, yoxsa azadlıq 
var, ədalət yoxdur? 

 
8
Kimsə reklamların diliylə hər gün, qədim bir 
gerçəyi təkrar eləyir: 
Çatdıq. Düş. Bu da uçurum. 
 
Buğdalı içkilər içdim bir gecə, havanı öskürüb 
nikotin uddum. 
O gecə mahnılar kədər dadırdı, o gecə axır ki, 
ağlaya bildim. 
O gecə yorulub, taqətdən düşüb, birtəhər 
dünyanın sonuna gəldim 
yorğun gözlərimi qaldırıb yerdən, sonuncu 
ümidin üzünə tutdum: 
Çatdıq. Düş. Bu da uçurum.  
 
Acıb nağıl yedim yuxuya gedim, olmadı... gecəyə 
düşdüm, yox oldum. 
Bir taksi saxladım köhnə jiquli, sür dedim 
benzinin bitənə qədər. 
Üç cibim varıydı, 10 manat pulum, bir də 
gözlərimdə qoca bir kədər. 
Taksist hər cibimə bir kağız atdı. Susdum. 
Eynəyimi taxdım, oxudum: 
Çatdıq. Düş. Bu da uçurum. 
 
Başımı götürüb getdi ayağım, şüşə külqabılar 
dolmuş şəhərə... 

 
9
Hamının saçında bəyaz varıydı, hamının üzündə 
“qismət beləymiş...” 
Qədəhlər doluydu, limonlar hazır, hamının 
dilində “iç, qardaşım, iç...” 
Getdim, qarşıdakı yollar qurtardı, arxamda 
dilləndi keçmiş mənzərə: 
Çatdıq. Düş. Bu da uçurum.  
 
 

 
10
 
 
 
 
 
 
 
 
 
 
2. Sevginin gözləri Vanqa 
 
Beşinci mərtəbədə yaşayan  
ərgənlik qız  
hər səhər qarşı binanın  
doqquzuncu mərtəbəsindən düşən işıqla açar 
gözünü. 
Elə ki qalxdı və yudu əl-üzünü,  
çayı qaynatdı, süfrəni açdı, elə ki  
tələsik çayını içə-içə, yağ-balını yeyə-yeyə  
guya otağın havası dəyişsin deyə 
pərdələri çəkər, 
pəncərələri açar üzü doqquzuncu mərtəbəyə. 
Otağın havasından çox öz havası dəyişər 
Qızın içinə bir işıq düşər 
işıq düşər doqquzun eyvanındakı siqaret 
közündən... 

 
11
Maqnit kimi dartar qızı doqquzuncu mərtəbə. 
Dartılar doqquza tərəf  
ürəyi, saçları, əlləri, gözləri… 
az qalar qanadlanıb uçsun. 
Birdən qızı  
atası-anası çağırar, qardaşı çağırar. 
Bax onda mıxlanar,  
elə həmin eyvana mıxlanar 
qızın ürəyi, saçları, əlləri, dizləri… 
 
Doqquzuncu mərtəbədə siqaret çəkən cavan  
beşinci mərtəbədə gördüyü qıza baxar, düşünər, 
arvadını səsləyər, deyər:  
“beşinci mərtəbədə qalan qız kor deyil ki?“ 
“Bilmirəm”, – deyər arvadı, “Nə olub ki?“ 
“Hər səhər bizim eyvana elə baxır, elə bil, heç nə 
görmür…“ 
 
 

 
12
 
 
 
 
 
 
 
 
 
 
3. Eskalatorun  altındakı  qadına 
 
Kişilərin repressiyaya 
qadınların depressiyaya düşdüyü 
illərdə yazılan  
məktublara bənzəyir bu qadın. 
Soyuq, əsəbi və kədərli… 
 
Gözlərindəki təqvimdə yoxdur sabah, 
dünənlər isə bugünə oxşar…   
 
Düşənləri daha çox sevir bu qadın  
çünki uzaqlaşmaqla məşğul 
bütün çıxanlar. 
 
Dost xəyanəti kimi acıdır səsi. 
Elə bil, 

 
13
evlərə qarğış deyir 
zəlzələ dilində. 
Bilmirəm 
onu uzaqlara aparacaq  
qatarı gözləyir, yoxsa ölümü  
öz şüşə kabinəsində?.. 
 
Gözləri eynəkli,  
əlləri  daim  kitablı  oğlanların  yanında 
axmaq  qızları  görəndə   
yəqin  düşünür  ki,  
metro  relsləri  heç  vaxt  qovuşmaz... 
 
 
Kişilərin  repressiyaya 
qadınların depressiyaya düşdüyü 
illərdə yazılan  
məktublara bənzəyir bu qadın. 
Soyuq, əsəbi və kədərli… 
 
Gözlərindəki təqvimdə yoxdur sabah. 
Dünənlər isə bugünə oxşar…   
 
 
 

 
14
 
 
 
 
 
 
 
 
 
 
4Exchange 
 
Xoşbəxtlik endirimli dükanlarda,  
“Azercell”in kampaniyalarında yoxdu. 
Çay puluna  
bulvarda öpüş satır polislər, 
“İdiot”da tum çırtlayır adamlar.... 
 
Bu şəhərdə  
uşaqların  
alınmayan oyuncaqlarda  
əlləri yox, 
gözlərinin izi qalır... 
 
Təklik qəpik-quruş olsa 
xərcləməyə nə vardı ki... 
 

 
15
Nə Milli, 
nə İsveçrə banklarına sığmaz 
içimdəki təklik.  
Bir ömürlük və bir ürəklik 
 xırdalayın bu təkliyi nooolar... 
Çətindir  
dünyanın  
ən ağır daşınmaz əmlakı 
təkliklə yaşamaq. 
Mən inflyasiya istəyirəm! 
Qardaş, bu şəhərdə  
heç kimin bu təkliyə xırdası yoxmu? 
 

 
16
 
 
 
 
 
 
 
 
 
 
5. Ümid və Penelopa 
 
Yorğun olanda, 
halsız olanda, 
pulsuz olanda, 
işıq pulu yığanlar qapını döyməkdən yorulanda, 
hansısa jurnalist 
blokda vurulanda, 
su gəlməyəndə, 
kəsiləndə qaz, 
içimdə dingildəyəndə 
alkoqol nəfəsli etiraz, 
futbol-proqnozu yandıranda, 
özümü “eybi yox...”lara inandıranda, 
uzanıb tavana baxanda key kimi, 
bu adamyeyən darıxmağın 

 
17
təpəsindəki gözü 
çıxartmaq istəyirəm Odissey kimi... 
 
Penelopa, tikdiyini bu gecə də sök 
Troya artıq yoxdu... 
 
 
 

 
18
 
 
 
 
 
 
 
 
 
 
6. Başıbəlalı 
 
Ürək dəyirman kimi işləyir. 
Hər gün min əzab üyüdürəm… 
Bir başıbəlalı zəifliyim var ki, 
xırda şeyləri ürəyimə salıb 
çox  böyüdürəm. 
 
Niyə o qız istehzayla gülümsədi 
şerimi eşidəndə, 
saçlarımmı çox dağınıqdır 
yoxsa çox şair görünürəm? 
Niyə o oğlan dedi ki, 
şeir yazırsansa acından öləcəksən... 
 
 

 
19
Niyə diplomlar bitirmək haqqında sənəddir, 
başlamaq haqqında yox? 
Niyə başlamaq üçün  
bitirmək haqqında sənəd lazım? 
Deyəsən fəlsəfə sual verməkdən başlayırdı axı, hə? 
 
 
 
 
 
 
 

 
20
 
 
 
 
 
 
 
 
 
 
7. Getməyin qeyri-mümkünlüyü 
 
Bəzən  
heç nəyə əl vurmadan 
çıxıb getmək istəyir adam. 
Darıxıb bir gün 
evdən başını götürüb, 
bir az qonşu pəncərədəki qızı, 
bir az qızın gözlərindəki özünü götürüb, 
şkafdan əlcəyin əllərini, 
eynəyin gözünü götürüb 
getmək istəyir. 
 
Güzgülər üzün üçün darıxacaq deyə, 
arxanca ancaq işıqlar baxacaq deyə, 
özündən qabaqdakı  kölgəsini 
ötmək istəyir adam. 

 
21
Bəzən dünyadakı  
təkrar səhərlərdən, 
yorğun axşamlardan bezib, 
bütün, bütün adamlardan bezib  
dəli bir axtarılmaq həsrətilə  
itmək istəyir adam. 
 
Həmişə harasa getmək... 
Məsələn, 
Parisə, 
Londona, 
İstanbula, 
açıq kosmosa, 
Marsa,  
Aya... 
Bəzən istəmədən gedir adam, 
məsələn, 
dərsə, 
işə,  
görüşə – o dünyaya... 
 
 

 
22
 
 
 
 
 
 
 
 
 
 
8. Aydınlıq 
 
Yağış səhərəcən yağsın şəhərə, 
Hamının  dərdini yusun  aparsın. 
Quşlar qonaq gəlsin mavi Xəzərə, 
Balıqlar evinə yosun aparsın... 
 
Ölüm qapımıza elə gəlsin ki, 
Birini alanda, biri qayıtsın... 
Uşaqların üzü elə gülsün ki, 
Mərmilər utanıb geri qayıtsın. 
 
Yağış səhərəcən yağsın şəhərə, 
Titrəsin evlərin navalçaları.... 
Yağmur mələkləri enmişkən yerə, 
Verək aparsınlar tapançaları... 
 

 
23
Bir qızın eyvanda əlləri donsun, 
Qız durub boylansın küçəyə bir də... 
Çətirsiz bir oğlan islanıb dursun, 
Qız gözü küçədə darıxan yerdə... 
 
Oğlan o küçəyə çəkdikcə keşik, 
Səkidə  titrəyən kölgə islansın. 
Asfaltdan  su içən  qonur  bir pişik, 
Çətirsiz oğlanla birgə islansın. 
 
Bir gün hamımıza elə gəlsin ki, 
Yağışlar  yağırsa hər şey düzələr... 
Sinoptiklər çıxıb xəbər versin ki, 
Sabahdan adamlar sevinə bilər. 
 
Yağış səhərəcən yağsın şəhərə... 
 
 
 

 
24
 
 
 
 
 
 
 
 
 
 
9. Yağmurda gəzinti 
 
       /             /             /           /             /            / 
Ax/şam  təkba/şıma  / təşvi/şlə /   / əl-ələ  / 
tutuşub                    
Şəhə/rdə, yağı/şda, n/imdaş pla/şda    /     /              
/       /            / 
Öpü/şənl/ərin /  tə/laşıyla / siqa/ret ç/əkir, /  
g/əzişirəm.  / 
Ax/şam/  şəhər /  kond/uktor / çəkməsi / qədər 
bulaşıq      /      /         /               / 
və çəti/rsiz bir  / eynə/klin/in eynəyi / qəd/ər ya/ş.  
/        /      /     /           / 
Məl/əklər / ordusu /  şəh/ərə tərəf / damcı-damcı 
az/almada, /          /         / 
şüt/üməd/ə maş/ınlar,/ qaçış/ma/da uşa/qlar.         
/                  /                  /     /             / 

 
25
Ağ/aclar saçlarını,  / binalar qırışlarını /  yumaq / 
yarışında... /         /       / 
/şəhərin hər / qarışında     /    /    /    /    /  
g/özləri / yaş/ar/ır  kü/çə/lərin.     /       /        /      /             
darı/xıram... /       /      /          /      /        /          / 
     /      /        /     /        /          / 
Bu/ axşa/m   /         /       /             /         /         /                 
keçm/işi düş/ünürəm.    /      /             /                  / 
ya/dıma nə/sə /düşü/r...  /        /        /     /  /               
/ü/şüyü/rəm...        /          /       /           /       /         /         
  /       /       /         /       /         /        /           /   /         /        
/İç/imdə / bir şeir,      /     /     /   /       /           /         /         
/baş/ımda bir eşq,  /   /   /    /      /     /      /        /        
p/laşım /  ya/ş,    /  /  /     /      /    /   /      /      /               
qarş/ımda b/ir yo/l...  /      /        /     /   /       /           /         
/çətirli / cütlü/klərə / baxı/b isl/anır/am / ya/vaş-
yav/aş...   /  /  / 

 
26
 
 
 
 
 
 
 
 
 
 
10. Mifologiya 
 
Evə  işığı   
birbaşa  günəşdən  çəkmək, 
suyu  Atlantik  okeandan. 
Əbədi  suyumuz  gəlsin, 
işığımız  yansın. 
Adam  bəzən  istəyir  inansın… 
 
Hədiyyə  istəmək 
Parisdən  Eyfeli, 
Romadan  Pizanı  xatirə  kimi. 
Nyu-Yorkdan  Azadlıq  heykəlini 
oğurlamaq.  
Dinamit  qoymaq  nəzir  qutularına, 
pirləri  yıxmaq, dağıtmaq  
baxmadan  ağına-bozuna. 

 
27
Bakının köynəyini  açmaq  ki, 
şəhər  nəfəs  alsın. 
Adam  bəzən  istəyir  inansın… 
      
“Eh...” – demək 
dünya  boyda  bir  “Eh...” 
Nə  sən  ona, 
nə  o sənə, 
nə  külək  Bakıya, 
nə  Bakı  küləyə 
olmasa da  cavabdeh 
yağışlı  havalarda 
papaqsız, çətirsiz 
qaçmaq  küçələr  boyunca. 
İctimai  yerlərdə 
heç  kimi  düşünmədən 
öpüşmək   dəlicə. 
Adam  bəzən  istəyir  inansın... 
 
Bu şeri  oxuyub 
bəyənməyənlərlə, 
razılaşmayanlarla 
razılaşmamaq. 
Susmaq  və  düşünmək  ki, 
“əşşi, nə  isə  qalsın...” 
Adam  bəzən istəyir  inansın... 
Adam bəzən istəyir inansın... 

 
28
 
 
 
 
 
 
 
 
 
 
11.  Manekenin saçları 
 
Şampun reklamındakı 
Manekenin saçından başlayır 
Gözəllik salonlarının cibi. 
 
O saç mətbəxlərdə “açıq qalan” qaz... 
Özündən savayı hamının olan, 
Yorğanlar altında qarımış qızın, 
Özgə gəlinlərin toyundan qabaq – 
Yorğan-döşək yunu sırımış qızın, 
Tavanda yellənən aqibətidi. 
 
Aqibətin xeyir, ay qonşu qızı 
Maneken saçından asılmış gözəl, 
Məzarı mətbəxdə qazılmış gözəl,  
Kədərli bir alın yazısı kimi – 

 
29
Tavanın alnına yazılmış gözəl. 
Aqibətin xeyir, sonun mübarək 
Döşəməyə düşən yaşıl tərliyin, 
Kəndir boyunbağın, bərəlmiş gözün 
Kəfənin mübarək, donun mübarək. 
 
Mavi ekranların üfüqlərində 
Bakirə gözünlə gördüyün hər şey 
Təpədən-dırnağa sabun köpüyü... 
 
Sinifdə qalmadın, Allaha şükür, 
Bu taydan o taya ip atıb keçdin, 
İndi tətilindi, ay qonşu qızı. 
 
Bu “yeni ulduzlar”, bu “çal-çağırlar”, 
İçi fahişələr, üzü fağırlar 
Sənin qatilindi, ay qonşu qızı. 
 
Reklamlar başını yaman yedilər, 
Qismətin olmadı yuva, ev-eşik. 
Sənin şkafından – o gün dedilər, – 
Boş şampun qabları çıxıb – bir yeşik... 
 
 

 
30
 
 
 
 
 
 
 
 
 
 
12. Qadın  və  onun  qərarı 
 
Qadın.  
Kirayə  ev. 
Və  pəncərəsi... 
Yenə  dirsəklənib  boylanır  yola. 
Küçədə  cütləşən  itlərin  səsi, 
Otaqda  oyanmış  şirin  bir  bala. 
 
Bomboşdur   qadının  baxdığı  səki, 
Çəkdiyi  “ah”lardan   tərləyib  şüşə. 
Tilov gözlərini  yola atıb  ki, 
Bəlkə, gözlərinə bir  ümid  düşə... 
 
Birdən  ağlamağa  başlayar  uşaq, 
Qadın diksinərək ətrafa baxar. 
Dartıb  küçədəki  tilov gözləri, 

 
31
Tələsik  o  saat  yerinə  taxar. 
Gedər  qucağına  alar  uşağı, 
Qışqırıb deyər ki:  sus, səsini kəs! 
Nə  tənbeh, nə  isti  ana  qucağı 
Qarnı ac  körpənin  səsini  kəsməz. 
 
Qadın  söyər, söyər  öz  körpəsinə 
Gedər  itlərəcən  söyüş  xətləri. 
İtlər  susmayanda  insan  səsinə, 
Qadın  itə  dönüb  söyər  itləri... 
 
Bir  söz  də  saxlamaz  qadın  sabaha, 
Sabah  lazım  olar  söyərəm  deyə. 
İtlərdən  qurtarıb  keçər  Allaha, 
Başlayar  Allaha  qarğış  deməyə... 
 
İtlər hürüşdükcə  körpə  ağlayar, 
Ağlayar, az  qalar  gözləri  çıxsın... 
Qadınsa  Allahı  belə  qarğıyar: 
“Allah, bu Allahın  evini  yıxsın!“ 
 
Əsəbdən itirər  qadın  özünü, 
Axar  dodağına  içindən  keçən. 
İtlər  eşidəndə  “Allah”  sözünü, 
Qorxudan  susarlar  axirətəcən... 
 
Boşalar  qadının  qəzəb  kisəsi, 

 
32
Min  dəfə  təkləşər  o  tək  otaqda. 
Küçədə  kəsilər  itlərin  səsi, 
İtlər  susan  kimi  susar  uşaq  da... 
 
Allah  qəzəbindən  sıxar  dişini, 
Şimşəyin səsilə  qışqırıb, gedər 
İtlərin yarımçıq qalan işini, 
O  gecə qadına tapşırıb, gedər... 
 
 

 
33
 
 
 
 
 
 
 
 
 
 
13. Şəhərin ən qoca  fahişəsinə 
 
Görmüsən dünyanın min cür üzünü, 
Hansıdı qardaşın, atan, gözəlçə? 
Bir qarın çörəkçün hər gün özünü, 
Qucaqdan-qucağa atan gözəlçə – 
Tulla o qədəhi, saxla gülməyi 
Gülmə ağlamağı, ağla gülməyi... 
 
Hardandı boyalı dodaqlarında, 
Bu oğraş qəhqəhə, fahişə gülüş? 
Sırğa olmayıbmı qulaqlarında, 
Sərxoş kişilərin söydüyü söyüş? 
 
Bəlkə, nə vaxtsa sən də sevmisən,  
Səni də yandıran odun olubdu, 
Yaxının olubdu, yadın olubdu? 

 
34
Nikotin qoxulu, şampan köpüklü 
Gümüş bilərzikli, qızıl üzüklü 
Sənintək, bəlkə də, milyonlarca qız, 
Ana yox, birbaşa “qadın“ olubdu. 
 
Çirkli  çarpayıda ləkəli işıq... 
Sənin dünyandakı həsrət başqadı. 
Təcrübəqarışıq, şəhvətqarışıq 
Müştəri başqadı, qiymət başqadı. 
 
Üzüyü kim taxıb o barmağına? 
Əmidi, yoxsa ki, dayı, bilinmir. 
Açarı pul olan “eşq otağına”, 
Girib-çıxanların sayı, bilinmir. 
 
Gəlib müştərilər yüz cür biçimdə, 
Lənət həm ağına, həm qarasına... 
Kişi ah-ufları sənin içində, 
Qarışıb çarpayı cırıltısına.   
 
Ölsən deyəcəklər günahı çoxdu, 
Qadınsan, özünü diri satırsan. 
Sən namus satmırsan xəbərin yoxdu, 
Dünyaya gəldiyin yeri satırsan... 
 
Saqqızın şirindi, dilinsə zəhər, 
Canınla görürsən gördüyün işi. 

 
35
Min kişi dadmısan indiyə qədər, 
Bananlı, vişnəli, almalı kişi... 
 
Küçələr  tökülür danışığından, 
Küçələr dilinə qurdtək daraşıb. 
Nikotin, alkoqol qarışığından, 
Səsin kişiləşib, üzün qırışıb 
Keçmiş zamandasan qoca Fahişə. 
Hər gecə bir kişi altında qalan, 
Döşəmə Fahişə, xalça Fahişə. 
 
Adamlar üstünə çıxıblar, ancaq 
Kədərinə ortaq  çıxmayıb heç kim. 
Çılpaq bədəninə baxıblar, ancaq 
Dərdli gözlərinə baxmayıb heç kim. 
 
Gözəl gözlərini yorğun eləyib, 
Quduz kişilərə yoldaş səkilər. 
Axxx! Bilsən kimləri pozğun eləyib, 
Bu qəddar səkilər, oğraş səkilər... 
 
Ümid öldürmüsən, sevgi boğmusan, 
Əzbər öyrənmisən tənha qalmağı. 
Bütün səkilərdə ölü doğmusan, 
Qismətin olmayan ANA olmağı. 
 
 

 
36
Səkinin bacısı, küçənin qızı 
Gündoğmaz ölkənin sönmüş ulduzu, 
Hər gecə başına uçulur damlar. 
 
Göyərmiş üzündə, al  yanağında, 
Yaşıl boyadığın dodaqlarında – 
Üçrəngli bayrağı “öpür” adamlar. 
 
Çoxundan  millisən azəri qızı... 
 

 
37
 
 
 
 
 
 
 
 
 
 
14. Bakı üçün elegiya 
 
Bakıya toxundum... əsdi ürəyim, 
Toxunmaz  olaydım,  Bakı  dəyişib. 
Geyinib  əyninə  dekolte  geyim, 
Burnu  kiçilibdir,  dodağı  şişib... 
 
Burdan  milyardlarla  qonaq  ötürüb, 
İndi  öz-özünə qonaq şəhərim. 
Röyadan  plastik  burun  götürüb, 
Aygündən silikon  dodaq, şəhərim. 
 
Açıb  yarıyacan  öz  sinəsini, 
Biabır   eləyib məni  bu  şəhər. 
Kəsib, qayçılayıb  gödəkcəsini 
Geyinib  əyninə  mini, bu  şəhər. 
 

 
38
Götür  bu  dəsmalı, sil  o  boyanı, 
Səndən  olmayana daha  qoyma  qol. 
Tulla  geyindiyin  o  dikdabanı, 
Bir  az  balaca  ol,  amma  Bakı  ol. 
 
Hər  küçən, hər  evin  qürbət  kimidi 
Hüznün, yalqızlığın  paytaxtı  şəhər. 
Bəlkə  də,  Bakı  bir  qədim  gəmidi, 
Dayanıb  Bakını  gözləyir  Xəzər?.. 
 
Şirinlik qalmayıb  şirinliyindən, 
Qadınlar  soyunub  çıxır  şəhərə. 
Mavi  ekranların  dərinliyindən, 
Masmavi  “kişilər”  axır  şəhərə... 
 
Axır  mavi-mavi bəyaz  yalanlar, 
Utanır, qızarır  bəyaz  qalanlar, 
Qırmızı-qırmızı  mavi  olanlar, 
Gündə  bir  boyanı  yaxır  şəhərə... 
 
Bakının  yəhəri  özündə  deyil, 
Dolanır  özgənin  atında  Bakı. 
Bir  günə  Dubayda kökələnlərin, 
Həm  özü,  həm  cibi  “göy” gələnlərin, 
Dikdaban  geyinmiş   göydələnlərin, 
Qalıb  ayağının  altında  Bakı. 
 

 
39
Bitib  iqtidarı,  qurtarıb  gücü, 
Səsini  itirmiş  yalquzaq  kimi. 
Dilənçi  uşağın  pul  yığmaq  üçün, 
Asfalta  qoyduğu boş  papaq  kimi – 
Kimdənsə  mərhəmət umur  bu  şəhər. 
 
Çırpmır  üstündəki  torpaqdı,  gildi, 
Qanmır  ki, o   əvvəl  belə  deyildi, 
Bir  Allah  bilir  ki,  son  neçə  ildi 
Xəzərdə  üzünü   yumur  bu  şəhər... 
 
Hər  tində  ümidə  bir  qəbir  qazan, 
Adama  xəcalət  çəkdirən  şəhər. 
Şairi  acından  şeirlər  yazan, 
Mollası  villalar  tikdirən  şəhər 
Neyləyim  sevməyə  bilmirəm  səni... 
 
Bir  ömür  gözünü  yollara  dikən, 
Tənha  qadınların  möhnəti  Bakı. 
Pullu  kişilərə  baxıb  “ah”  çəkən, 
Pulsuz  kişilərin  qisməti  Bakı – 
Bu  şeri  sənə  ağlamışam... 
 

 
40

Yüklə 2,11 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin