Ölkədə epidemioloji durum
nəzarət altındadır
ATU-nun Tədris Cərrahiyyə
Klinikasında hələ ana bətnində
qastroşizis patologiyası aşkar edilən
körpə doğulan kimi əməliyyat
olundu.
A
zərbaycan Tibb Universıtetinin
(ATU) Tədris Cərrahiyyə Klini-
kasında hələ ana bətnində qast-
roşizis patologiyası aşkar edilən körpə
qeysəriyyə üsulu ilə doğulub. Dünya-
ya gələn kimi körpənin bağırsağında
əməliyyat aparılıb.
ATU-nun Tədris Cərrahiyyə Klinika-
sının mama-ginekologiya şöbəsinin
müdiri Turab Canbaxışovun sözlərinə
görə, xəstə hamiləliyin ilk günündən
sözügedən klinikada müayinə olunub.
Hamiləliyin 8-ci həftəliyində ultrasəs
müayinəsi (USM) zamanı qadında dö-
lün ürək döyüntüsü normal izlənilib və
o, müəyyən analizlər verib: “Daha sonra
qadın bütün hamilələr kimi hər ay ardıcıl
olaraq müayinələrə çağırılıb. Növbəti ay
baş tutan müayinə zamanı (hamiləliyin
12-ci həftəsində) belə bir patologiya
aşkar edilib: ana bətnindəki körpənin
bütün nazik bağırsağı və yoğun bağır-
sağın bir hissəsi vücuddan kənara çı-
xıb. Bu patologiyanın adı qastroşizisdir.
Yəni, uşağın bağırsağı bədənindən çöldə,
qarnının üstündədir. Adətən bağırsağın
çölədönmə hərəkəti hamiləliyin 10-11-ci
həftələrində bərpa olunur, bağırsaq içəri
daxil olur. Lakin xəstədə bu proses baş
verməyib.”
T.Canbaxışovun sözlərinə görə, hamiləli-
yin 28-29-cu həftəsində dölyanı mayenin
möhtəviyyatı dəyişdiyi üçün körpənin
bağırsaqlarına ziyan dəyə bilərdi: “Bunun
qarşısını almaq üçün biz hamiləliyin 28-
ci həftəsindən etibarən hər 3-4 həftədən
bir düz 4 dəfə xəstənin ana bətninə
müdaxilə edərək, dölyanı mayeni 500 ml
litrdən 700 ml litrə qədər dəyişdik. Yəni
bu mayeni porsiyalarla çəkib, əlavə ma-
yeni durulaşdırdıq ki, bağırsağa heç bir
zərər gətirməsin. Bu prosedur ilk olaraq
yerli keyitmə vasitəsilə, digər 3 prosedur
isə xəstəni ümumi yatızdırmaqla 30-35
dəqiqə müddətində icra olundu”. Həkim
bildirib ki, bu, olduqca riskli bir prose-
durdur, çünki, ana bətninə
qarın nahiyəsindən giri-
lir: “Ana bətninə bir iynə
ilə müdaxilə edirik və bu
müdaxilə çox vaxt erkən
doğuşa səbəb olur. Amma
bütün bu təhlükələrdən
uğurla keçdik. Hamiləliyin
37-ci həftəsi tamamlan-
dıqdan sonra qadının san-
cıları başlayıb. Qeysəriyyə
əməliyyat hazırlığında 26
nəfərə yaxın tibbi perso-
nal iştirak etdi. Xəstə gecə
saat 1-də əməliyyata alındı
və əməliyyat 5-də tamam-
landı. Əməliyyatxanada ana
bətnindən azad edilən körpə 1-2 saat
özünə gəldikdən sonra uşaq cərrahlarının
öhdəsinə verildi”.
ATU-nun uşaq cərrahiyəsi şöbəsinin
müdiri Ramiz Poluxovun sözlərinə görə,
qastroşizis qarnın ön divarının inkişaf
qüsurudur və yaranma səbəbi qarın di-
varının qidalanmasının pozulmasıdır:
“Belə qüsurların, patologiyaların aşkar-
lanması üçün Azərbaycanda xəstəyə tam
yardım göstərməsi mümkün olan klini-
kalardan biri də bizim Tədris Cərrahiyyə
Klinikasıdır ki, burada həm mama-gi-
nekoloji, həm cərrahi, həm də neona-
toloji xidmət göstərilir. İlk
olaraq xəstə təbii ki, bizim
ginekoloqlara müraciət edib,
müayinələr zamanı Turab dok-
tor bu xəstədə qastroşizisin
olduğunu müəyyənləşdirdi. Biz
məsləhətləşdik və doğuşa qədər
aparılmalı olan bütün mani-
pulyasiyalar ginekoloqlarımız
tərəfindən
müvəffəqiyyətlə
həyata keçirildi. Belə uşaqlar
mütləq qeysəriyyə üsulu ilə
doğulmalıdırlar”.
R.Poluxovun bildirdiyinə görə,
ana bətnində əməliyyat olunan
uşaqda qastroşizisin ağır for-
ması olub (ən böyük deffekt 4 sm sayılır)
və doğulan kimi körpəyə neonatoloqlar
tərəfindən yardım göstərilib: “Bütün çöldə
olan orqanlar steril plyonkaya bükülüb
və uşağın əməliyyat üçün hazırlanması
gözlənilib. Burada əsas məqsəd o idi ki,
orqanlar yerinə qaytarılsın, deffekt bərpa
olunsun. Körpə üzərində əməliyyat uğur-
la keçirilib, heç bir fəsad baş verməyib”.
Hazırda ATU-nun həkim briqadasının
nəzarətində olan bu körpə tam sağlam-
dır. Uşağın qidalanması da tez bir za-
manda bərpa olunub.
Dostları ilə paylaş: |