Rabil Mehtiyev Fəlsəfə


Ekzistensializm və onun ideya mənbələri



Yüklə 0,74 Mb.
səhifə32/56
tarix06.09.2023
ölçüsü0,74 Mb.
#141717
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   56
mehtiyev (1) (2)

Ekzistensializm və onun ideya mənbələri.
Ekzistensializmin ideya əsasları həyat fəlsəfəsi, E. Qus­serlin fenomenologiyasıdır. Ekzistensializmin (və ya­xud «mövcudluq fəlsəfəsi») əsas nümayəndələri Martin Haydegger (1889-1976) və Karl Yaspers (1883-1969) idi. Habelə, J.P.Sartr (1905-1980), A.Kamyü (1913-1960) və Q.Marsel (1889-1973) ekzistensializmin əsas ideyalarını for­malaşdıraraq qeyd edirdilər ki, mövcudluğu anla­yış­lar­la ifadə etmək, ağılla dərk etmək mümkün deyil.
XIX əsrdə Avropa fəlsəfəsinin əsas nü­mayən­də­lə­rin­dən olan Seren Kyerkeqorun fəlsəfəsi insana «ekzis­ten­si­ya» (mövcudluq) kimi baxmağa əsaslanır. Bu filosof ek­zis­tensialistlər tərəfindən inkişaf etdirilən «qorxu», «ümid­sizlik», «qətiyyətlilik» və qəbildən olan anlayışlann fəl­səfi izahını verib. O, fərdin üç inkişaf mərhələsindən keç­diyini bildirirdi. Bunlardan birincisi estetik, ikincisi etik və nəhayət dini mərhələdir. Kyerkeqorun fikrincə, bü­tün həyatı boyu insan uşaqlıq və yaxud gənclik dü­şün­cə­sindən çıxa bilmir. Onun fikrincə, insan iki vəziyyətdən bi­rini seçməlidir: ya həyatdan estetik zövq almalı, ya da özünün şəxsi naturasını qətiləşdirərək əxlaqlı insan kimi formalaşmalıdır.
Kyerkeqora görə, insan yalnız Allah qarşısında cavab­deh­dir. Onun fikrincə, Allahın mövcudluğunu ekzis­ten­sial yolla anlamaq olar.
Ekzistensialistlər vurğulayırdılar ki, insan öz iradə­si­nin əksinə olaraq ona yad olan mühitdə yaşayırlar. Qor­xu bu fəlsəfənin əsas anlayışlarından biridir və bütün bun­lara baxmayaraq həyat ən başlıca nemətdir. Ekzis­ten­sia­lizmə görə, insanın təbiəti onun hərəkətlərini müəy­yən­ləşdirir. İnsanın hərəkətləri onun mahiyyətini, təbiə­ti­ni müəyyən edir. Və insan öz hərəkətlərinə görə məsu­liy­yət daşımalıdır. Beləliklə, ekzistensialistlərin əsas ideyası in­san, onun azadlığı, mənəvi seçimi və məsuliyyətidir.
K.Yaspersin fəlsəfəsi «kommunikativ ekzis­ten­sia­lizm»­ kimi dəyərləndirilir və sosial dünyanı o, kom­muni­kasiya prosesi kimi izah edirdi. Əsas əsərləri "Ümumi psi­xopatologiya" və "Dünyagörüşlər psixologiyası"dır. Qeyd edək ki, Yaspersin tarixin mənbələri, dövrün mə­nə­vi durumu və fəlsəfi inama həsr olunmuş "Tarixin mə­nası və təyinatı" adlı əsəri azərbaycan dilində çap edilib. Yas­pers ailəyə və təhsilə mühüm əhəmiyyət verir və bu­nu fərdi özünə gətirən, daxili əminlik yaradan bir feno­men hesab edirdi.
Ekzistensializm dini və ateist olmaqla iki yerə ayrılır. Dini ekzistensializmə görə reallığın mənbəyi Allah, ateist ekzistensializmə görə isə reallıq insanın hərəkət və rəf­ta­rı­dır.
Ekzistensialistlərin əsas tezisləri həyatın mənası, in­sa­nın dünyada yeri və onun məqsədə doğru irəliləməsidir.

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin