Rabil Mehtiyev Fəlsəfə


Neotomizm və onun əsas fəlsəfi ideyası



Yüklə 0,74 Mb.
səhifə33/56
tarix06.09.2023
ölçüsü0,74 Mb.
#141717
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   56
mehtiyev (1) (2)

Neotomizm və onun əsas fəlsəfi ideyası.
Ne­o­tomizm orta əsrlər fəlsəfəsinin nümayəndəsi Av­ki­na­lı Fomanın ideyalarını inkişaf etdirən dini– fəlsəfi təlim ki­­mi XX əsrdə populyarlaşıb. Bu cərəyanın əsas nü­ma­yən­dələri J.Mariten, E.Jilson, Q.Vetter və Y.Boxenskidir. Neotomizmə görə, yalnız din bütün problemlərin həllini verə bilir. Bu cərəyanın tərəfdarlarının fikrincə, tarix ilahi planın baş verməsidir.
Qeyd edək ki, neotomizm xristian dünyasının hakim fəlsəfəsi kimi qəbul edilir. Neotomizmin əsas ideyası dün­yanın fövqəltəbii qüvvələrə tabe olmasıdır.
Neotomizm nəinki XX əsrdə geniş cərəyanlardan biri, həm də hazırda da böyük və nüfuzlu təlim olaraq qəbul edilir. Neotomizmin nümayəndələrindən olan J. Mari­te­nə görə insan özü ədaləti təmin etməyə çalışır ki, əslində bu Tanrıya aid olan məsələdir.
Duyğu və qavrayışı idrakın başlanğıcı hesab etməklə empirizmi mövqeyində olmuşlar. İdrakın mənası duyğu­lar­dan zəkaya, beləliklə vəhyə yüksəlmək idi.
Neotomizmin əsas tezislərindən biri də dini antro­po­lo­gizm və yaxud insana dönüş, qayıdışdır. Başqa sözlə, in­sanın davranışı, mənəvi dünyası, bütövlükdə həyatı di­ni fəlsəfənin məşğul olmalı olduğu əsas məsələlərdir.
Neotomizm özündən əvvəlki bütün nəzəriyyələri bit­kin olmayan hesab etmiş, dünyanın tam mənzərəsinin yal­nız özü tərəfindən veriləcəyi qənaətində idi. Bu mən­zə­rənin əsas ideyası hər şeyin Allah tərəfindən yara­dıl­ması idi.
Oqüst Kont (1798-1857) pozitivizmin yara­dı­cı­ların­dan biridir və müasir sosiologiya elminin banisidir. O, fəlsəfəyə «altruizm» terminini daxil etmişdir ki, eqoizmin əksinə olaraq altruizm kollektiv maraqları ön plana çı­xa­rır. Kontun fəlsəfi sistemi idrakın bir neçə mərhələdən ibarət olmasına əsaslanırdı. Burada ilkin mərhələ teoloji adlanır ki, bu mərhələdə ilkin qüvvə Allah hesab olunur. Növbəti mərhələ metafizik adlanır ki, burada ilkin qüvvə təbiət götürülür. Nəhayət son mərhələ elmi, pozitiv mər­hə­lə adlandırılır. Fransız mütəfəkkirə görə, səbəb deyilən bir şey yoxdur, sadəcə hadisələr bir birinin ardınca gəlir.

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin