Rabil Mehtiyev Fəlsəfə


Geosentrizm və heliosentrizm



Yüklə 0,74 Mb.
səhifə50/56
tarix06.09.2023
ölçüsü0,74 Mb.
#141717
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   56
mehtiyev (1) (2)

Geosentrizm və heliosentrizm.
Geosentrizm yunan sözüdür və bu təlimə görə Yer hə­rəkətsizdir və dünyanın mərkəzidir, onun ətrafında Gü­nəş, Ay, ulduzlar, planetlər dövr edir.
Heliosentrizm yunan sözü olub, helios – günəş de­mək­dir və bu təlimə görə öz oxu ətrafında fırlanan Yer Günəş ətrafında dövr edən planetlərdən biridir.
Orta əsrlərədək planetlərin hərəkətlərinə aid çoxlu mü­şahidə materialları əldə olunmuşdu. Geosentrik sis­te­mə görə, planetlərin hərəkətini əvvəlcədən təxmin etmək müm­kün idi. Nikolay Kopernik Göy sferalarının fırlan­ma­sı haqqındakitabında heliosentrik sistemini irəli sür­dü. Alimin göy sferasının ulduzlarla birlikdə fırlanması, pla­netlərin dairə üzrə sabit sürətlə dolanması fikirləri yan­lış olsa da, Kopernik elm aləmində inqilabi kəşfə im­za atıb. Belə ki, bu Yer də daxil olmaqla bütün planetlərin Günəş ətrafında fırlanması fikri idi.
Orta əsrlər xristian fəlsəfəsinə görə, insanlar təbiətə vurduqları ziyana görə də, günaha batmışlar. İnsanlar tə­biə­tin fövqündə durmağa çalışırlar. Əslində isə hər şey­dən uca olan Allahdır.
İntibah fəlsəfəsi isə daha mülayim mövqe nümayiş et­dirir. Əgər xristian fəlsəfəsində Allahın dominantlığı önə çə­kilirdisə, intibahçılar Tanrı ilə təbiətin yaxınlığı ide­ya­sı­nı təbliğ edirdilər. Bu yanaşmada panteizm elementləri də (Allah ilə təbiətin eyniləşdirilməsi) özünü göstərir.
Yeni dövrdə təbiətin fəlsəfi izahı insanların təsərrüfat fə­a­­­liyyətinin dərinləşməsinə bağlı idi. Artıq kapitalizmin bir sistem kimi dayanıqlı olması ictimai münasibətlərin xa­rakterinə, o cümlədən təbiətin fəlsəfi dərkinə də tə­si­ri­ni daha qabarıq biruzə verirdi.
Xüsusilə də, mexaniki əl əməyinin maşın sənayesi ilə əvəz olunması, istilik və yanacaq vasitələrinin daha yaxşı mə­nim­sənilməsi kapitalizmin təntənəsinə və buna pa­ra­lel olaraq təbiətin istismarına səbəb olurdu.
XX əsrin əvvəllərində elmdə yeni anlayışı – noosfer mey­dana çıxdı. Bu anlayış planetin insanın şüurlu fə­aliy­yəti ilə əhatə olunmuş sahəsi başa düşülür. Noosfer həm də insanın kosmosun fəth edilən hissələrindəki fəaliy­yə­ti­ni də əks etdirir.
Təbiət insanın istehsal fəaliyyətinə təsir edir, onun xa­rak­terini müəyyən edir. Fəlsəfədə determinizm təlimi ha­di­sələr və proseslərin ən ümumi, qanunauyğun əlaqəsi, sə­bəbiyyət asılılığı haqqında təlimdir ki, onun da bir sıra sa­hələri var. Bunlardan coğrafi determinizmi qeyd edək ki, bu təlimə görə insanların yaşayış yeri, iqlim şəraiti on­ların həyat və fəaliyyətində həlledici rol oynayır.
Sosial tərəqqidə coğrafi mühitin rolu məsələsi coğrafi determinizm (determinizm – latın sözüdür, mənası müəy­yən etmək deməkdir.) cərəyanının yaranmasına sə­bəb oldu. XVIII əsrdə fransız alimi Şarl Monteskye belə bir ideya irəli sürdü ki, xalqların adət-ənənələri, yaşayış tərzləri onların yaşadıqları coğrafi mühitin xüsusiyyətləri ilə müəyyənləşir. O, qeyd edirdi ki, isti iqlimə malik cə­nub ölkələri despotizmə, soyuq iqlimə malik şimal ölkə­lə­ri isə demokratiyaya meyilli olurlar.
Almaniyalı Fridrix Ratsel “Siyasi coğrafiya” əsərində iq­lim şərtlərinin dövlət quruluşunun formalarına etdiyi təsirlərdən bəhs edib. O qeyd edirdi ki, dövlət yaranır, inkişaf edir və qocalır və məhv olur, bütün bunlar coğrafi xüsusiyyətlərdən asılıdır.
Coğrafi determinizmin əleyhinə olanların mövqeyinə görə, cəmiyyəti coğrafi determinantlar nəzərindən izah etməyin yanlışlığı bundadır ki, həmin izah cə­miy­yə­tin inkişafının daxili qanunauyğunluqlarını diqqətə al­mır. Yəni, cəmiyyətin dəyişməsi dinamik olur və bu di­na­mizm daha çox insan amili ilə əlaqədardır.
Kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə gətirib çıxarması barədə fəlsəfi qanunu tətbiq edən bir çox tədqiqatçılar görə, işçi qüvvəsinin çox olduğu ölkələr da­ha çox maddi nemətlər istehsal edə bilərlər. Bununla be­lə, bu yanaşmanın opponentləri də vardır. Onlar hesab edirlər ki, yalnız kəmiyyət baxımından deyil, həm də key­fiyyət baxımından məsələyə yanaşmaq lazım gəlir. Onların arqumentləri budur ki, dünyada əhalisi çox və sıx olan elə ölkələr vardır ki, həmin ölkələrdə yaşayış sə­viy­yəsi aşağıdır. Buna görə də, insan kapitalını coğrafi amil­lər ilə düzgün uzlaşdırmaqla daha yüksək məh­sul­dar­lıq əldə etmək olar.
İnsanı təbiətdən kənar təsəvvür etmək olmaz. O hə­mi­şə daima təbiətlə sıx təmasda olaraq yaşayır və nəslini da­vam etdirməsi üçün ona ərzaq, geyim, ev, nəqliyyat və baş­qa ehtiyaclar zəruridir. Bunların hamısı təbiətdən alı­nır və heç bir halda insan təbiətə müraciət etmədən ya­şa­ya bilməz. Odur ki, bir çox hallarda təbiətə sərt müda­xi­lə­lərin insanlığın əleyhinə olmsı birmənalıdır.
Buna görə də, insan daima təbiətlə əlaqəsi və mü­na­sibəti haqqında düşünmüş, onu əhatə еdən mü­­hit haqqında, təbiətdə özünün yеri haqqında mü­­lahizələr irəli sürmüşdür. Təbiidir ki, insanın tə­biət­də­ki proses­lər barədə bilikləri artdıqca, insan tə­biətlə münasibətinin məzmunu da dəyişikliyə məruz qal­mışdır. Təbiət insan münasibətlərinin хarak­tе­ri fəlsəfənin prеdmеtinə aid olan məsələdir. Buna gö­rə də, fəlsəfə ontoloji , habelə qno­sеo­loji yanaş­ma­dan irəli gələrək təbiətin sturukturunun ümumi prin­siplərini aydınlaşdırmalıdır. İnsanların əməli təc­rübəsinin artması insan və təbiətin qar­şı­lıq­lı münasi­bət­ləri haqqında rеal düşüncələrə əsas verir.
Təsadüfi deyildir ki, indiki mərhələdə ekoloji fəlsəfə deyilən fəlsəfənin yeni sahəsi təşəkkül tapmışdır. Bu sahə yeni olmaqla hələ də cavabı tapılmayan suallara cavab ax­­tarışındadır. O suallara ki, insan təbiət mü­na­si­bət­lə­rin­də qızıl ortalara necə nail olmaq lazımdır məsələsi açıq qa­lır.
Eyni zamanda ekohumanizm anlayışı elmi döv­riy­yə­yə daxil olmuşdur ki, bu da yeni dövrün çağırışı kimi diq­qət çəkir. Ekohumanizm ənənəvi humanizmdən fərqli olaraq təbiətə insanın mövcudluğu prizmasından yana­şır.
Bu istiqamətdə yeni anlayışlardan biri də bioetikadır. Bioetika həm də siyasi bir anlayış olmaqla insanın möv­cud­luğu üçün zəruri resursların mühafizə olunmasına çalı­şan doktrinadır. Bioetika ləyaqətli həyat səviyyəsini tə­min etmək üçün bioloji elmlər ilə etikanın vəhdətidir.
Amerika alimləri T.Biçamp və C. Çildresin əsaslandır­dığı bioetikanın nəzəriyyəsi ehtiyatların ədalətli bölüş­dürülməsi, biologiya və tibbin nailiyyətlərinin tətbiqi ilə əlaqədar insan ləyaqəti və hüququnun müdafiəsini təmin etmək və sairdir. Qeyd edək ki, Azərbaycan Respub­li­ka­sında da bioetika ilə bağlı bir sıra mexanizmlər və struk­tur­laşmalar təmin edilmişdir. O cümlədən, YUNESKO-nun tövsiyəsi ilə AMEA-nın nəzdində Bioetika, Elmi Bi­lik­lər və Texnologiyaların Etikası üzrə Milli Komitə təşkil olun­muşdur.

Mövzu 13.


Fəlsəfədə insan problemi




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin