Rabil Mehtiyev Fəlsəfə


Dialektikanın kateqoriyaları



Yüklə 0,74 Mb.
səhifə49/56
tarix06.09.2023
ölçüsü0,74 Mb.
#141717
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   56
mehtiyev (1) (2)

2.Dialektikanın kateqoriyaları.
Dialektikanın bir sıra kateqoriyaları var: Mahiyyət və təzahür; məzmun və forma; zərurət və təsadüf; imkan və gerçəklik; səbəb və nəticə; təkcə (ayrıca), ümumi və xüsusi.
Dialektikanın birinci kateqoriyası ayrıca, təkcə, xüsusi və ümumi kateqoriyalarıdır. Ayrıca - öz aralarında qar­şı­lıq­lı surətdə əlaqələnən element və hissələrdən təşkil olu­nan sistemdir. Təkcə - ayrıcaya məxsus olan və onu bütün başqalarından fərqləndirən özünəməxsus, spesifik, təkrarolunmaz cəhətlərin, xassələrin cəmidir. Ümumi – eyni sinifə daxil olan cisimlərin, hadisələrin oxşar, eyni, təkrarlanan cəhətlərinin, xassələrinin cəmidir. Xüsusi – ayrıca ilə ümuminin dialektik əlaqəsidir. Məsələn, səhiy­yə sistemi ümumi, diaqnosika mərkəzləri xüsusi, Şirvan diaqnositka mərkəzi isə təkcədir.
Dialektikanın kateqoriyası olan məzmun – sistemin bütün xassələri, xüsusiyyətləri ilə birlikdə götürülmüş elementlərinin məcmusudur. Forma – sistemin element­lə­rinin və onlara məxsus hərəkətlərin təşkilini ifadə edir və elementlərin daxili və xarici əlaqələri ilə səciyələnir. Məzmun və forma anlayışları bir-birilə dialektik vəhdət təşkil edib, eyni predmetin müxtəlif cəhətlərini əks etdi­rir­lər. Məzmunun əsas cəhəti onun dəyişkən olması, formanın başlıca cəhəti isə onun nisbətən dayanıqlı ol­ma­sı­dır. Məsələn, sənayenin məzmunu məhsulların isteh­sa­lı­dır, bu məhsullar isə müxətlif formalarda (geyim, maşın və sair) ola bilər.
Forma ilə məzmun arasında ziddiyyət daimidir. İlk növ­bədə yeni məzmunla köhnəlmiş forma arasında zid­diy­yət qeyd olunmalıdır. Belə ki, əvvəl məzmuna əsasən uyğun gələn forma inkişaf prosesində geriyə qaldığına görə məzmunun yeni inkişafına adekvat olmur və onun inkişafını ləngitməyə səbəb olur. Bununla da, forma ilə məzmun arasında uyğunsuzluq yaranır.
Dialektikanın digər qoşa kateqoriyaları mahiyyət və təzahürdür. Mahiyyət predmet və prosesin daxili, gizli, nisbi davamlı tərəfi, onun təbiətini müəyyən edən zəruri cə­hətlərin cəmidir. Təzahür isə predmet və prosesin xa­rici, səthi, müşahidə olunan, dəyişkən cəhətlərinin cəmi­dir. Mahiyyət daha zəngindir, təzahür isə müxtəlif şəkil­də ola bilər. Bu xüsusda bir Azərbaycan zərb-məsəlini nü­munə kimi qeyd edək: “Geyiminə (təzahür) görə qarşılayıb ağlına (mahiyyət) görə yola salırlar.”
Zərurət və təsadüf dialektikanın qoşa kateqo­riya­la­rından biridir. Zərurət müəyyən şərait olduqda mütləq baş verən hadisədir. Təsadüf isə təbiətdə, eləcə də cəmiy­yət­də baş verən hadisələr arasında elələri də vardır ki, bunlar baş verə də bilər, bilməyə də. Yəni, müəyyən ha­di­sələr ardıcıllığının qanunauyğun inkişafından zəruri olaraq təşəkkül tapmır, yaranmır ki, bunlar təsadüfi ha­di­sələr adlanır. Zərurət prosesin, hadisənin bütün əv­vəl­ki inkişafı ilə hazırlanan, müəyyən şəraitdə baş verməsi labüd olan hadisədir. Təsadüf predmetin xarici əlaqə və münasibətlərindən yaranan, müəyyən şəraitdə baş ver­məsi labüd olmayan hadisədir. Məsələn, zavodda məhsul istehsalı zəruri, məhsulda yeniliyin olması isə təsa­düf­dür. Yəni, məhsulda yenilik hər zaman olmur.
Dialektikanın digər qoşa kateqoriyaları imkan və ger­çəklikdir. İmkan gerçəklikdə indi mövcud olmayan, am­ma materiyanın bir haldan digər hala keçmək qabiliyyəti ilə gələcəkdə meydana çıxa biləcək təzahür, xassədir. İmkan bu və ya başqa hadisənin yaranmasının ilkin şər­ti­dir. Gerçəklik isə artıq həyata keçmiş, baş vermiş imkan­dır. İmkan və gerçəklik hadisənin inkişaf pillələri, onun səbəbdən nəticəyə doğru istiqamətlənməsidir.
Gerçəkliyin ən ümumi əlaqə formalarından biri də sə­bə­biyyət əlaqəsidir. Bu baxımdan səbəb və nəticə əlaqə­lə­ri­ni nəzərdən keçirmək zəruridir. Səbəbiyyət əlaqəsi və münasibəti iki hadisə arasında elə bir münasibətdir ki, bu za­man onlardan biri səbəb, digəri isə nəticə qismində olur. (biri o birini törədir.)
Səbəb müəyyən şəraitdə zəruri olaraq nəticəni do­ğu­rur. Səbəbiyyət əlaqələri xarakter və əhəmiyyətinə görə müxtəlif formada təzahür edir. Səbəbiyyət əlaqələri da­xi­li və xarici, başlıca və qeyri-başlıca, zəruri və təsadüfi kimi özünü biruzə verir. Səbəbin yaratdığı nəticə öz növbəsində başqa bir hal üçün səbəb ola bilər. Məsələn qan təzyiqnini yaranma səbəbi böyrəklərdəki problem ola bilər, öz növbəsində qan təziqi insanın insult keçir­mə­sinə səbəb ola bilər.
Struktur əlaqələrini ifadə edən kateqoriyalar sistem, hissə və tam, məzmun və forma, struktur və elementdir. Hissə və tam kateqoriyası bütövlük prinsipinin ifadəsi olub onların məcmusu yeni, daha mürəkkəb predmet və ha­disəni təşkil edir. Tam isə predmeti təşkil edən ha­di­sə­lərin tamamlanması, son halıdır. Məsələn, təhsil sistemi tam, təhsil müəssisələri tamın hissələridir.
Sistem – struktura və təşkilat quruluşuna malik olan, müəyyən nizamla yerləşən qarşılıqlı əlaqədə olan ele­ment­lərin cəmidir. Element – müəyyən sistem daxilində hər hansı predmet və hadisənin ayrılmaz daxili his­sə­si­dir. Element anlayışı digər obyektlərlə əlaqədə olan, mürəkkəb kompleksə daxil olan hər hansı obyektin bir hissəsidir. Məsələn, təbiət sistemdir, çaylar, dağlar , meşələr və sair onun elementidir.
Struktur – bu və ya digər tamın elementlərinin qar­şı­lıqlı əlaqəsinin nisbi sabit quruluşudur. Struktur pred­me­tin daxili və xarici əlaqələrinin nizamını əks etdirir və ob­yektin nisbi sabitliyini yaradır. Strukturlu olmaq istənilən sistemin ay­rılmaz xassəsidir və elementlərin ümumi təş­ki­li qaydasını əks etdirir. Bununla yanaşı, həm də ele­ment­lərin müəyyən məkanda, müstəvidə yerləşməsi, on­la­rın fərqli inkişaf sə­viyyələri arasındakı əlaqələri də əha­tə edir.
İstənilən sistem daxilində elementlərin müxtəlif əla­qə­ləri təşəkkül tapır və buna görə də struktur əlaqələri va­cib əhəmiyyət daşıyan qanu­nauyğun əlaqələr kimi ba­şa düşülməlidir. Yəni, məhz bu əlaqələr sistemin bü­töv­lü­yünü müəyyən edir. Başqa sözlə, struktur yalnız elementlərin mexaniki yerlə­şməsi qaydası yox, eləcə də onun funksionallığını təmin edən təşkil üsuludur.
Mövzu 12.
Təbiətin fəlsəfəsi

Təbiət anlayışı hər bir insanı əhatə edən coğrafi mü­hit, dünya, kainat, bir sözlə insana bəlli olan fiziki əha­tə­ni ifadə edir.


Təbiətin fəlsəfi izahı ilk növbədə təbiətin insan üçün bir müstəvi olmasına istinad edir. Bu o deməkdir ki, in­sa­nın yalnız istehsal fəaliyyəti deyil, həm də mənəvi dün­yası təbiətin xüsusiyyətləri ilə müəyyənləşir. Təbiət geniş mənada bizi əhatə edən maddi aləmdir. Bir qədər dar mə­nada isə təbiət insanın mənimsəyə bildiyi mühitdir.
Təbiətin təbii əsas və coğrafi determinant olması bəzi mə­sələlərin komplektləşdirilməsini zəruri edir:
Birincisi, təbiətə müdaxilə kortəbii deyil, məqsədə mü­vafiq olmalıdır;
İkincisi, təbiət yalnız qidalandıran deyil, həm də isteh­lak edən sistemdir;
Üçüncüdü, təbiətdəki resurslar tükənən olduğu üçün insan artımı ilə disbalansdadır;
Dördüncüsü, təbii və sosial mühitin harmoniyasını tapmaq daim yeni səciyyə daşıyır.
Təbiətin fəlsəfi izahında natur fəlsəfə mühüm rol oynayır. Natur fəlsəfə təbiətin fəlsəfi izahını verməyə çalışan, təbiətşünaslığı vahid sistem kimi öyrənən, təbiətə tam bir sistem kimi yanaşan təlimə deyilir. Natur fəl­səfə­çi­lər kosmosun, hərəkətin mahiyyətinə varmağa çalışır­dı­lar. Natur fəlsəfənin inkişaf tarixinə nəzər sadıqda onun kök­lərinin qədim Yunan fəlsəfəsinə aid olduğu görünür. Belə ki, Sokratdan başlayaraq insan və təbiətin qarşılıqlı əlaqəsi haqqında fikirlər söyləyən qədim yunan filo­sof­ları məkan, zaman kimi fəlsəfi kateqoriyalara müraciət edirdilər.
Fəlsəfə təbiətə bütöv sistem kimi yanaşır. Bu sistemin elementləri qarşılıqlı əlaqədə və dinamikadadırlar. Bura­da­kı münasibətlər sistemi universal qanunlara tabedirlər. Təbiət obyektiv mövcuddur və insanın onu dərk edib et­mə­mə­sindən asılı olmayaraq öz qanunları ilə yaşayıb in­kişaf edir. Fəlsəfə təbiətə idraki, ontoloji, praktiki priz­ma­dan yanaşır. Məsələ bundadır ki, təbiətin dərki bitməyən pro­sesdir. İnsan nə qədər elmi- texniki nailiyyətlərə isti­nad edərək təbiəti mənimsədiyini düşünürsə də, yenə də açılmayan sirlər qalmaqdadır. Bu da təbiətin bir növ sehr­li bir aləm olmasını güman etməyə əsas verərək, in­san­­lardan daim onu öyrənməyi tələb edir. Bu mənada id­ra­ki (qnoseoloji) aspekt həmişə diqqət çəkir. Eyni za­man­da əməli-praktiki cəhətdən də təbiətin öyrənilməsi vacib sə­ciyyə daşıyır.
Cəmiyyətin inkişafı təbiətə münasibətlə şərtlənir. Ha­zır­ki mərhələdə yüksək texnologiyaların inkişafı artıq çox tərəfli bir prosesdir. Burada təbiətin və cəmiyyətin re­surs­ları eyni dərcədə dövriyyəyə cəlb olunur.
Qlobal istiləşmə, təbiətə insanların münasibətinin də­yiş­məsi yeni təfəkkür tərzinin, düşüncə və yanaşmanın ya­ran­masını şərtləndirir. Bu ona görədir ki, təbiət insanın ya­şayışını təmin etməklə bərabər, həmçinin insanın fəa­liy­yətindəki keyfiyyət və kəmiyyət dəyişmələrinə də yol açır.
İnsan təbiətin bir hissəsidir, lakin başqa canlılardan fər­qli olaraq sosial fenomendir. Təbiəti öyrənməklə insan hə­yatın bütün sahələrində irəliləyişə və tərəqqiyə nail olur.
Təbiət sözü geniş mənada varlıq, kainat, hərəkətdə olan­ları bütün təzahürləri nəzərdə tutur. Təbiət maddi ob­yekt kimi, inkişaf edən orqanizm olaraq mürəkkəb struk­tura malikdir. Təbiətin əsasını elementar hissəciklər və sahə təşkil edir. Elementar hissəciklərdən atomlar for­malaşır, onlardan da kimyəvi elementlər yaranır.
Təbiət strukturunun mühüm əlaməti onun daim hə­rə­kət­­də olması, dəyişkənliyi, ilkin tarazlıq vəziyyətinə dön­mə­məsi ilə xarakterizə olunur.



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin