Referatın həcmi –
referatın tamlığına və həcminə, eləcə də
onun tərtib olunması xüsusiyyətləri referatın təyinatından və onu
sifariş verənin konkret tələbi ilə bağlıdır. Bununla belə nəzərə
almaq lazımdır ki, referat tərtibinin əksər hallarda hazırlığı ilə bağlı
ümumi qaydalar mövcuddur. Referatın həcmi əsasən ilkin sənədin
həcmindən asılıdır, bununla belə bu asılılıq heç də birbaşa deyildir.
Bir neçə yüz səhifəlik monoqrafiya və ya məqalələr məcmuəsi
referatının maksimal həcmi adətən beş-altı kompüter səhifəsi ilə
məhdudlaşır. 20-30 səhifəlik xüsusi jurnaldan çıxarılmış məqalənin
referatı isə iki-üç kompüter səhifəsindən artıq olmur. Təxminən 10
səhifəlik bir məqalənin referatı isə bir səhifə həcmində olur.
Təxminən digər materialların (sərəncamlar, soraq kitabları, dərslikl-
ər və s.) referat şəklində tərtib olunmasında bu tipli tətbiq olunmuş
proporsiyalardan istifadə olunur.
Referatın strukturu –
adətən referat aşağıdakı hissələrdən
ibarət olur: 1) referat edilən sənədin başlığı olan biblioqrafik təsvir-
dən; 2) orijinalın əsas fikrini əks etdirən əsas məzmundan; 3) re-
ferentin, əgər bu zəruridirsə, qeydlərdənindən. Başqa sözlə, biz bun-
dan aşağıdakı kimi ifadə edə bilərik; 1) predmet rubrikası; 2) refer-
atın mövzusu; 3) mənbənin əsas göstəriciləri; 4) referat materialının
başlıca fikri; 5) məzmunun ifadə olunması; 6) referat edilən material
üzrə müəllifin gəldiyi nəticələr; 7) referentin izahı.
Referativ annotasiya –
bax: annotasiya.
Referativ jurnal
– hər hansı bir nəsnənin (kitab, məqalə və
85
s.) müəyyən mövzunu müxtəsər şəkildə referatlar formasında əks
etdirən materiallar məcmuəsi.
Referativ tərcümə –
orijinalın qabaqcadan seçilmiş hissə-
lərinin tam yazılı tərcüməsi olub, əlaqəli rabitəli mətndir ki, onlar
bir yerdə orijinalın referatını əmələ gətirir.
Referent –
1. Konkret dil ifadəsi ilə uyğunlaşan fikrin pred-
meti. 2. Bu, elə denotat deməkdir. 3. İşarə ilə göstərilən həmcins
əşyalar, hadisələr sinfi. 4. Müəyyən məsələlərlə bağlı məruzəçi,
məsləhətçi olan vəzifəli şəxs. 5. Məlumatda söhbət gedən konkret
predmet.
Referent funksiya –
fikrin predmeti ilə bağlı funksiyadır ki,
konkret dil ifadəsi onunla uyğunlaşır.
Referent işləməsi –
bax: dinlənilmiş materialın şifahi şəkildə
referat kimi verilməsi.
Referent-tərcüməçi –
xarici dilləri bilən və «Dilçi. Tərcümə-
çi
» diplomu olan mütəxəssis. Müq. et: tərcüməçi və tərcüməçi-re-
ferent.
Registr –
sosial professional, müəyyən ünsiyyət sferasında
xidmət edən verilmiş mövzu ilə bağlı leksik vasitələr və qrammatik
strukturlardan istifadə ilə bağlı yığım. Registr, adətən, ümumi
peşəli, yaxud ümumi sosial maraqlı insanların danışıq dilini bildirir.
Şifahi formanı bəzən dilaltı adlanıdırırlar.
Rekoqnitiv əlamət
– tanıdıcı əlamət.
Rekonstruksiyalaşdırma –
1.Nəinki sintaktik, həm də üslubi
normalara tərcümə dilində cavab verən tərcümə mətninin yaranma
mərhələsi. 2. Tərcümə mərhələsində nəinki sintaktik, həm də üslubi
normalara cavab verən son deyim.
Rekvizit –
sənəd formasının ayrı elementi.
Relevant
– dil vahidlərinin diferensiya etmə bacarığı linqvis-
tik vahidlərin fərqləndirilməsi (bir-birindən ayırd edilməsi) üçün
xidmət edən, dil üçün ünsiyyət vasitəsi kimi vacib olan; əhə-
miyyətli.
Relyasion məna –
münasibətlərin mücərrəd mənası, daha
doğrusu, qrammatik məna.
86
Relyefli söz –
qeyri-ordinar, koloritli, özünə diqqəti daha çox
çəkən söz. Ardıcıl tərcümədə yazılma üçün istifadə olunur.
Relyefli söz seçimi metodu –
məna təhlili metodlarından
biridir, (ardıcıl tərcümənin yazıya alınması sistemində istifadə
olunur) burada tərcümənin yazıya alınması zamanı daha güclü
informasiya yükü daşıyan sözlər yox, daha çox diqqəti cəlb edən
qeyri-adi, koloritli sözlər seçilir.
Rema – 1
. Mövzu haqqında məlumat verilən deyim kom-
ponentini ifadə edən. 2. Məlumatın məzmununu özündə əks etdirən
mövzu ilə bağlı danışanın məlumat vermə imkanı. 3. Məlumatın
nüvə informaisyasıdır ki, yəni informasiyanı özündə əks etdirir,
cümlənin aktual bölünməsi komponenti.
Replika –
dialoqda iştirak edən şəxsin deyiminin dialoji nitq-
də hər hansı ayrıca deyimi.
Reprezentasiya –
daha inamlı şəraitdə dil faktlarının təqdim
olunması.
Reproduktiv –
nitq məlumatını çatdıran, ifadə edən; fəal.
Reproduktiv hərəkət –
vərdişlərin fəaliyyəti ilə bağlı hərə-
kətlər.
Reproduktiv leksika –
tanış situasiyada əzbərlənmiş cümlə-
lərin tələffüz olunması leksikası. Reproduktiv leksikanı produktivlə
(məhsuldar) birlikdə aktiv (fəal) leksika adlandırılar.
Reproduksiyalı əlaqə
– təsirlik prinsipindən istifadə zamanı
mətnin reproduksiyasına istiqamətlənmiş metamətn əməliyyatı (ten-
densioz transliterasiya). Daha doğrusu, iqtibas, kalkalaşdırma; mətnin,
yaxud bütün əsərin iqtibas edilən seqment seçimi (poetik mətn,
antologiya) protomətndən minimal üslubi kənalaşmalarla gedir.
Resenziya –
bu resenzentin müəllifə, onun elmi, yaxud bədii
mətninə verdiyi yazılı təhlil qiyməti.
Reseptiv –
nitq məlumatını qəbul edən, passiv.
Reseptiv hərəkət –
informasiyanın qəbul etməklə bağlı hə-
rəkət.
87
Resepstiv leksika –
bu, elə passiv leksika deməkdir, daha
doğrusu, bu, elə leksik vahidlərdir ki, onlar tanınır və bilinir, lakin
bununla belə, hələ də nitqdə reproduksiya olunmur.
Resepsiya –
1. Qavrayış, qəbuluetmə. 2. Başqa ölkədə, yaxud
başqa mərhələdə yaranan sosioloji və mədəni formaların konkret
cəmiyyət tərəfindən mənimsənilməsi, qəbul edilməsi. 3. Əsəb
qıcıqlandırıcılarına verilən işlənmiş enerjinin reseptor tərəfindən
qavrayışının həyata keçirilməsi.
Reseptor
– mətnin, tərcümənin xarici dildən olan alıcısı.
Retrospeksiya –
mətnin prospeksiyası – kommunikativlik
kateqoriyasının özünü fərdi şəkildə büruzə verməsi. Retrospeksiya-
nın səbəbi – mətnin prospeksiyası kommunikatın hər bir hərəkətinin
əvvəlki və sonrakı hərəkətləri ilə uyğunlaşmasıdır. Reetrospeksiya –
mətnin prospeksiyası mətnin komponentlərinin- cümlədən yüksəkdə
dayanan cümləüstü vahidlər, deyim və söz vahidlərinin əvvəlki və
sonrakı komponentlərlə uyğunlaşdırılması.
Retrospektiv –
geriyə, yaxud keçmişə, keçmiş hadisələrə aid.
Reversiv situasiya
– qarşılıqlı dövr edən situasiyadır ki, o
tərcümə zamanı xarici dildən ana dilinə ana dilindən də həmin
xarici dilə tərcümə zamanı ortaya çıxır.
Rezonator (səs ucladan) ton
– bax. oberton (əsas tona xüsusi
rəng verən əlavə ton)
Rəng –
həm də konnotasiya deməkdir.
Rənglilik –
bax: konnotasiya.
Rəsmi dil
– bax: millətlərarası ünsiyyət vasitəsi olan dil.
Rəy –
bax: parol və rəy.
Ritmik fonetik –
özündə ekspressiyanın yüksəldilməsi üçün
birləşməkdə istifadə olunan və ritmik-fonetik priyom və modelləri
birləşdirəndir.
Ritmik qrup –
1.Ritmik quruluşda daha davamlı sintaktik
bütövun əsasında fərqlənən qrup. 2.Nitq fikri prosesində məna
bütövlüyünü ifadə edən minimal fonetik vahidlik. Ritmik qrup pred-
meti, hadisəni, hərəkəti, yaxud ayrı-ayrı keyfiyyətləri bildirir.
88
Ritmik yerdəyişmə –
bu, orijinalın və tərcümənin ritmik
strukturunun müxtəlif şəkildə təşkili zamanı gedir. Əsas isə dilin
müxtəlif xüsusiyyətləridir. Ritmik yerdəyişmə – bu, ifadə, onun ori-
jinal və tərcümə mətnində həyata keçirilməsidir.
Ritorika –
nitqin ifadəlilik nəzəriyyəsi, bəlağət nəzəriyyəsi,
natiqlik sənəti
Riyazi linqvistika –
1. Təbii dilin (və nitqin) semiotik və ri-
yazi xüsusiyyətlərini mətndə qeyri-formalizə olunmuş şəkildə for-
malizə olunmuş süni dildən (məsələn, bəzi informasiya dili) infor-
masiyanın tərcüməsi məqsədilə öyrənir. Çoxluqlar nəzəriyyəsi və
əlcəbr münasibətlərinin, qeyri-cütlüklər çoxluğu və linqvistik dəyiş-
kənliklər və ehtimal nəzəriyyəsi, riyazi statistika, eləcə də in-
formasiya nəzəriyyəsi elementləri riyazi aparat əsasında öyrənilir.
Riyazi linqvistika mühəndis dilçiliyi ilə sıx surətdə bağlıdır. 2. Dilin
təsvirini və tədqiqini riyazi metodların tətbiq olunmasının köməyi
və imkanlarının öyrənilməsi ilə məşğul olan dilşünaslıq sahəsidir.
Riyazi statistika –
statistik riyazi aparatlar linqvistik ob-
yektlərin öyrənilməsi məqsədi ilə istifadə olunur.
Rubrikasiya –
mətnin onun zahiri ifadəsinin kompozisiya qu-
ruluşunun struktur formalizasiyası vasitələrdən biri. O formulyar və
sənədin mətninin müəyyən tərkib hissələrinə bölünməsinə özündə
hissələrin qrafik bölünməsinə, başlıqların, yarımbaşlıq, bəndlərin,
paraqrafların, abzasların, nömrələrin və punktuasiyanın istifadə
olunmasına uyğundur.
S
Sabit söz birləşməsi –
daxili bütövlüyə xas olan leksik,
qrammatik, yaxud üslubi xarakterli sözlərin birgə deyilişi.
Sahə lüğəti –
elm və texnikanın hər hansı sahəsinə aid lüğət.
Seçilmiş cəm ölçüsü –
lüğət vahidlərində yığılmış mütləq tez-
liyi göstərir.
89
Seçim həcminin müəyyən olunması –
linqvistikanın mühüm
problemlərindən birinə aiddir. Belə ki, seçim əsasında aparılmış təd-
qiqatlarda alınmış nəticələr, bütöv tamlıq haqqında təsəvvür almağa
kömək edir. Seçimin daha reprezentativ optimal həcmi 200 minə
qədər sözün işlədildiyi mətn korpusudur. Lakin maşın lüğətlərində
sintetik dil (rus, alman) giriş lüğətlərinin qurulması üçün elmi-
texniki mətnlərdən olan seçim 1,5-dən 2 dəfəyə qədər artır, daha
doğrusu, 300-400 min sözün işlənməsindən az olmamalıdır,
publisist, belletrist və qarışıq mətnlərdə isə seçimin ilkin həcmi
tezlik lüğətləri qurularkən 5 dəfə artır.
Seçmə (alıntı) proqram –
əsas bütövün, tamın son dərəcə
kiçildilmiş strukturunun nüsxəsi (kopiyası). Bax: çoxpilləli tipik
(istiqamətlənmiş) seçim.
Selektiv əlaqə –
mətnlərarası əlaqədir ki, burada metamətn
protomətnin müəyyən elementləri əsasında yaranır və həm də
tipikləşdirmənin köməyilə uyğunluq prinsipi əsasında aparılır.
Selektor –
tərcümənin dinamik modelində – struktur, seman-
tik və funksional üslubi məhdudiyyətlərin siyahısı.
Sema
– məzmun planının ən kiçik (yığcam) vahididir ki, o
müvafiq vahidlərə (elementlərə) uyğun olmaqla, sintaqmatik cər-
gədə ifadə planı ilə uzlaşır. Bax: Semantik komponent.
Semantik adekvat tərcümə –
ilkin deyimin denotativ məna-
sını verən və tərcümə normalarına cavab verən tərcümə.
Semantik boş kateqoriyalar –
sırf linqvistik xarakter daşıyır,
daha doğrusu, yalnız dilin daxili ehtiyacları üçün istifadə olunur;
məsələn, ismin cinsi, sifətin bütün kateqoriyaları, müqayisə dərəcə-
sindən başqa, felin tək-cəm və şəxs kateqoriyaları.
Semantik çoxaldıcı –
bu da, elə sema deməkdir.
Semantik əlaqələr –
digər sözlərlə eyni semantik sistemə da-
xil olan sözlərin əlaqələri.
Semantik formalaşdırılması –
mətndə müxtəlif ixtisarların
geniş istifadə olunmasında özünü göstərir.
90
Semantik hərfilik –
sözün, söz birləşmələrinin semantik
komponentlərinin verilməsi nəticəsində digər amillərin nəzərə alın-
maması ilə bağlı tərcüməçinin səhvi.
Semantik informasiya –
deyimdə olan informasiya və dil
vahidləri vasitəsilə tərcümə edilən informasiya. Heç də daim onun
mənası ilə üst-üstə düşmür. Semantik informasiya situasiya və
kontekstdən asılı olaraq müxtəlif interpretasiya əldə edir.
Semantik kompensasiya –
«ekvilalentsiz leksika» adlanan
elementlərlə əvəzetmə.
Semantik komponent –
1. Sözün, söz birləşməsinin, cümlə-
nin, deyimin mənasının semantik elementi. 2. Komponent təhlili
yolu ilə ortaya çıxarılan sözün mənasının tərkib hissəsi. Bax; sema.
Semantik komponentlərin buraxılması -
deyimin semantik
komponentinin semantik transformasiya yolu ilə aradan qaldırıl-
ması. Bu, əsasən, tərcümə dilinin normaları, yaxud kontekst he-
sabına doldurulan izafını nəzərdə tutur.
Semantik komponentlərin ixtisarı –
deyim zamanı semantik
komponentlərin əvəzlənməsi zamanı aradan götürülən semantik
transformasiya.
Semantik komponentlərin təkrarı –
ardınca eyni semantik
komponentlərin çoxsaylı ifadəsini gətirən deyimin semantik trans-
formasiyası.
Semantik komponentlərin yenidən bölüşdürülməsi
– deyi-
min elə semantik transformasiyasıdır ki, burada leksik ixtisarlaş-
dırma və leksik inkişaf etdirməyə yer verilir.
Semantik kompressiya –
təkrar olunan semantik komponent-
lərin və semantik komponentlərin konfiqurasiyasının deyim və mə-
lumatda ixtisar olunması, azaldılması. Semantik kompressiya dife-
rensial semantik komponentlərin aradan qaldırılması ilə əlaqədar
növ anlayışından cins anlayışına keçməkdir ki, daha ümumi məna
kəsb edən söz, daha konkret mənanın əvəzinə istifadə olunur. Se-
mantik kompressiyanın son həddi kimi tammənalı sözlər əvəzinə
deyktik əvəzliklərin istifadə olunmasını nəzərdə tutmasıdır.
91
Semantik münasibətlər –
semiotikada işarələr və onların bil-
dirdiyi predmetlər arasında münasibətlər.
Semantik parametr
–cümlədə açar söz mənasına birləşən bu
və ya digər elementar mənanı ifadə edən leksik funksiyadır. Seman-
tik parametrin ifadə olunması üçün xidmət edən, açar sözlə
müəyyənləşən konkret leksik vahid seçimi.
Semantik sahə –
1. Tematik sıranı təşkil edən söz və ifadələ-
rin məcmusu; biliklərin müəyyən sahəsini əhatə edən dildəki söz və
ifadələr. 2. Hadisə, yaxud gerçəkliyin cəmi olan leksik vahidlərin
dildə tematik birliyinin məcmusu. 3. Ümumi semantik komponentə
malik söz qruplarının mənası. 4. Tematik sıra (cərgə) yaradan leksik
vahidlərin məcmusu. O, insan yaddaşında uzun müddət qalır, sonra
isə hər dəfə zərurət olduğu halda bu tematik sahədə özünü göstərir.
İnsan yaddaşında semantik sahənin yaranması – müvafiq sahədə
sərbəst ünsiyyətin mühüm şərtidir.
Semantik sahənin sıxılması metodu –
tərcümə uyğunlu-
ğunun ortaya çıxarılması, bir-biri ilə ziddiyyət təşkil edən lüğət mə-
qalələrinin funksional - semantik təhlili zamanı minimal sayda
sinonimlərin ayrılması prosesində verilmiş sözformanın semantik
sahəsini əhatə edir və siyahıdan kənarda qalan sözformaların götü-
rülməsini nəzərdə tutur.
Semantik tam kateqoriyalar –
ekstralinqvistik informasiya
daşıyıcısıdır, məsələn, ismin tək və cəmini, növ, modallıq, zaman
üstəgəl bütün leksik kateqoriyalar.
Semantik tezlik lüğəti –
semantikaya daxil olan vahidlərin
qeydə alındığı lüğət. Belə lüğətlər birdilli (məsələn, yazıçı dili lüğə-
ti; belə lüğətlərdə sözlərin mənası izah olunur və sözlərin tezliyi
göstərilir), ikidilli və çoxdilli (məsələn, tədris lüğət minimumları).
Semantik tezliklər lüğəti maşın tərcüməsində, linqvistik avtomatlar-
da, tədris vasitələri kimi maşının köməyi ilə aparılan tərcümələrdə
istifadə olunur: tədris lüğət minimumları, leksik soraq kitabları və s.
bununla belə onlar adi tezlik lüğətlərinin xarakterik xüsusiyyətlərini
saxlayır, onlardan istifadə edən və onları tətbiq edənlərin sayını
artırır.
92
Semantik transformasiya
– informaisyanın semantik səviy-
yəsini yenidən kodlaşdıran tərcümə priyomlarından biridir. Bax:
həm də semantik transformasiyalar.
Semantik transformasiyalar –
situativ modellə təsvir olunan
ayrı-ayrı sözlərin məna strukturunun və ümumiyyətlə, deyimin
dəyişilmə növlərinin situativ modeli.
Semantik natamamlıq –
ilkin dil ifadəsinin xüsusiyyəti ol-
maqla, ona tərcümə zamanı əlavə elementlərin əlavə edilmə zərurili-
yi ilə müəyyənləşir: o tərcümə dilinə münasibətə görə müəyyənləşir.
Semantika –
1. Dilin və yaxud dil vahidlərinin köməyi ilə ve-
rilən informasiya. 2. Dil və hər hansı dil vahidlərinin köməyi ilə
verilən informasiyanı öyrənən dilçilik bölməsi. 3. Semiotikanın
mühüm bölmələrindən biri.
Semasioloji əlaqə
– denotatla dil işarəsinin əlaqələri. Tər-
cümə vahidlərində aşağıdakı semasioloji əlaqələr fərqləndiririlir:
konstant, yaxud müvəqqəti; fiksasiya olunmuş, yaxud olunmamış;
ifadə olunmuş, yaxud pozulmuş.
Semasiologiya –
söz və ifadələrin və onların mənasının də-
yişməsini öyrənən dilçilik bölməsi.
Semema –
mücərrəd təsvir səviyyəsində məzmun planının
minimal vahidi.
Semioloji (1) –
dilin ayrı-ayrı vahidləri arasında ifadə üçün
yararlı və ayırmaq üçün xidmət edən.
Semioloji (2) –
bu, elə semiotika deməkdir.
Semiotik invariant –
orijinalın məzmunu.
Semiotik səviyyə –
1. İşarə sistemlərinin ümumi xassələri
haqqında elm. Buraya dilçiliyi də o şəkildə əlavə etmək olar ki, ora-
da dilə semioloji (semiotik) xassələr xasdır. 2. İnsanın onun şəxsi
tezaurs və bacarığı nöqteyi-nəzərdən hadisələri əməli şəkildə dərklə
bağlı hazırlıq səviyyəsi.
Semiotika – 1
. Təbii və sünii dilləri də əlavə etməklə, işarə
sistemlərinin ümumi xassələri haqqında elm. 2. Müxtəlif işarə
sistemlərini, informasiyanı saxlayan və ötürən (məsələn, dil,
mərasim, heyvanlar arasında kommunikasiya) elmi fənn.
93
Semiotikaarası tərcümə –
yaxud transmutasiya – verbal işa-
rələrin qeyri-verbal işarə sistemlərinin köməyilə interpretasiyası.
Sensor informasiya –
əsəb telləri ilə mərkəzi əsəb sisteminə
gələn informasiya.
Sənədlərin maşın tərcüməsi məhdudiyyəti
– mətnin məz-
mununu insan tərəfindən yerinə yetirilmiş tərcümə ilə müqayisədə
rəqabətə davamlı edən sözbəsöz və dövrəbədövrə verməyə istiqa-
mətlənmiş tərcümə.
Sənədlərin tərcüməsi (işgüzar, kommersiya və diplomatik)
–
burada nəinki mümkün qədər fikrə, həm də orijinalın formasına
olduqca böyük yaxınlıq tələb olunur.
Sərbəst informasiya –
idarəedən aə idarəolunan sistemlər
arasında münasibət. Yalnız inikas olunan situasiyada nəzərə çarpır.
Bu tipli informasiyanın təhlili üçün statistik aparat və riyazi ehtimal
nəzəriyyəsindən istifadə olunur.
Sərbəst situasiya –
cəmiyyət həyatının reqlamentləşmiş his-
səsini təşkil etməyən və fiksasiya edilmiş kommunikativ vəzifə və
sosial rollarla bağlı olmayan nitq situasiyası.
Sərbəst tərcümə –
1. Tərcüməçinin başa düşdüyü kimi digər
dildə olanın, deyilənin (yazılanan) ümumi məzmununun verdiyi tər-
cümədir ki, burada mənbə dilindəki ifadə olunan dil vasitələri fikrin
ayrı-ayrı hissələrinin uçotunu nəzərə alınır. 2. Mənanın verilməsi –
xarici dildə deyilmişi, yaxud yazılmışı ilkin mənbəni dili ilə dil-ob-
yekt (adətən, onu izah edənin subyektiv qavrayışını nəzərdə tutan
element) arasında formal uyğunluğun gözlənilməsi. Müqayisə et:
sərbəst tərcümə. 3. Özgə dildə olan mətnin ümumi məzmununun
ilkin mənbə dilindəki istifadə olunan dil vasitələrinin, emosional –
ekspressiv əlamətlərinə, məna detallarını daxil olmadan vermə.
Sərbəst tərcümə –
bax, tərcümənin həddən artıq inter-
pretasiyası.
Səsyazısının yazılı tərcüməsi –
maqnitofon, yaxud kompu-
terdə səsyazılı, yaxud videoyazıya verilən xarici dildə olan mətnin
tərcüməsinin tədris növü. Bəzən kinofilmlərin ssenarisində, geniş
çıxışlarda və s. tərcüməsində peşəkarcasına istifadə olunur.
94
Səthi strukturlar – 1.
Bu, dilin ən sadə sintaktik modelindən
(nüvə cümlələrdən) transformasiyalar seriyası yolu ilə yaranmış sin-
taktik konstruksiyalardır, (quruluşlar) onlar real nitq prosesində mü-
rəkkəblik dərəcəsi ilə seçilməklə, həm də nitqdə istifadə olunur. 2.
Real nitq praktikasında istifadə olunan, lakin mürəkkəblik dərəcəsi
ilə seçilən və müxtəlif qrammatik üsullar və vasitələrin qeyd
olunması üçün istifadə olunan müxtəlif sintaktik quruluşlar.
Səthi yenidən kodlaşdırma –
mətnin səthi səviyyədə orijina-
lın dərinləşdirilmiş strukturunu verməyən tərcümə (bax, tərcümənin
subinterpretasiyası).
Sətri tərcümə –
1. Bədii poetik tərcümə nəzəriyyəsində söz-
bəsöz tərcümə. Burada orijinalın məzmunu ilə oxucunu ümumi şə-
kildə tanış etmək funksiyasını daşıyan tərcümə dilinin leksik-qram-
matik normalarını qoruyub saxlayan poetik mətn. Sətri tərcümə bə-
zən orijinalın forma xüsusiyyətlərini izah edən tərcüməçinin qeyd-
ləri ilə müşayiət olunur. 2. Sözbəsöz (sətri) tərcümə nəticəsində
alınmış mətn, yaxud sənəd.
Dostları ilə paylaş: |