Söz işlədilməsi –
1. Mətn vahidi olub (söz, yaxud digər dil,
yaxud işarə obyekti) aralıqdan-aralığa qədər olan boş yer. 2. İki ara
arasında hərflərin hər hansı ardıcıllığı. Defis və kəsr işarəsi hərf
kimi hesablanır.
Söz səviyyəsində tərcümə – bax:
sözbəsöz tərcümə.
Söz tərcüməsi
– mətnin, əsasən, leksik səviyyəsində realizə
olunan tərcümə.
Sözbəsöz tərcümə –
1) - Hər bir sözün tərcüməsi. 2. Sintaksis
və üslubi nəzərdə tutmaqla məna və məzmunun sözbəsöz tərcüməsi.
Bu konfranslarda və məhkəmələrdə şifahi tərcümədir, sinxron və
elmi-texniki tərcümə, sonuncuda tərcümə dilində terminoloji
anlayışların yoxluğu tərcüməçi üçün yeni termin və anlayışların
yaranmasını diqtə edir. 3. Sözlər arasında hər hansı məna və üslubi
əlaqələrin uçotunu nəzərdə tutmayan ayrı-ayrı sözlərin tərcüməsi. 4.
Söz səviyyəsində tərcümə. Tərcümə vahidi kimi bir sözün seçilmə-
sinə tez-tez rast gəlinir, lakin o tətbiqi sferada məhdudlaşmışdır.
Çünki cümlədə heç də bütün sözlər tərcümə zamanı sözbəsöz
müvafiqlik təşkil etmir, yalnız onların bir hissəsi uyğun gələ bilir.
Bunlar, adətən, sadə və elementar cümlələr olur, çünki daha mürək-
105
kəb cümlələrdə müxtəlif leksik və sintaktik vahidlər sözbəsöz tər-
cümə etməni mümkünsüz edir, yaxud da onu minimuma endirir. 5.
İlkin mətndə olan ayrı-ayrı sözlərin sadə, sırf mexaniki tərcüməsidir
ki, onlar nə məna, nə də sintaktik baxımdan bir-biri ilə əlaqəni
nəzərdə tutmur.
Sözbəsöz tərcümə 2) –
orijinalın dil mənalarının mümkün üs-
lubi ekvivalentlərinin işarə olunması ilə tərcüməsi. Sözbəsöz tər-
cümə – bu, dili bilən insanın fəaliyyətinin əsası kimi xidmət edir.
Sözforma –
1. Bütövlüyün vahidi, ilkin elementi. Yazı səviy-
yəsində bir-biri ilə üst-üstə düşən sözlərin çoxlu işlədilməsi. İxtisar-
lar sözforma statusunda nəzərə alınır, eləcə də rəqəm, hərfi, hərfi-
rəqəm işarələri, xüsusi adlar (toponimlər, antroponimlər, zoo-
nimlər).
Sözlərin çoxmənalılığının çıxarılması (boşaldılması)
– biz
sözlərin mənasını üç müxtəlif mənbədən alırıq: a) konvensiyaya
(sövdələşməyə) görə dilin bu işarəsi filan şeyi bildirəcək; b)
situasiyaya (kontekstə) görə o konkret dilin mənasını bizə anladır;
c) fon biliklər hesabına ki, bu kontekstdə (situasiyada) nə var, yəni
dilin bu işarəsi onun məhz başqa bir şey olduğunu yox, bu şey ol-
duğunu bildirir.
Sözlərin ilkin forması lüğəti
– bu sadə (yaxud düzəltmə-tö-
rəmə) əsasını göstərən və sözyaradıcılığı və formayaradıcılığının
sonrakı mənbəsi olan lüğətdir.
Sözlü presiziya informasiyası –
müxtəlif ad və adlandırma,
xüsusi adlar.
Sözlük –
lüğətin başlıq sözlərinin əlifba ilə siyahısı.
Sözün adlıq mənası –
adlıq mənası o sözlərə xasdır ki, onlar
bir predmet (əşya), şəxs, yaxud coğrafi anlayış (hadisə) bildirir və
onu eyni sırada olan predmet (əşya), şəxs, coğrafi anlayışlardan
ayırır, fərqləndirir.
Sözün birbaşa mənası –
bu, elə sözün əşyavi-məntiqi mənası
deməkdir.
Sözün əsas hissəsi –
lüğətdə leksem nümunəsi kimi ənənəvi
seçilən söz formalarından biri. Məsələn, ingilis dilində fel üçün «to»
106
hissəciksiz infinitiv, isim üçün ümumi hal forması, müsbət dərəcə
forması- sifət və zərf üçün. Bu elə sözün lüğət forması deməkdir.
Müqayisə et: sözün ilkin forması.
Sözün əsas mənası –
1. Tərcümə zamanı saxlanılan sözün in-
variant mənası. 2. Dilin müxtəlif şəkildə işlənilməsində dil vahi-
dinin invariant mənası. 3. Bu həm də sözün əşyavii-məntiqi mənası
deməkdir.
Sözün lüğət forması –
bu, elə sözün əsas forması deməkdir.
Sözün morfonoloji quruluşu -
morfemin fonoloji tərkibi.
Sözün nominativ funksiyası –
sözün predmetin adına xidmət
etməsi.
Sözün nominativ mənası –
sözün predmet-məntiqi mənası
kimi başa düşülməlidir.
Sözün okkazional mənası –
kontekstdə gözlənilmədən yara-
nan sözün mənası əsassız olaraq yaranmır – o, bu sözün semantik
strukturunda potensial və fərdi şəkildə əks olunmuşdur.
Sözün predmet-məntiqi mənası –
sözlə predmet, yaxud hadisə
haqqında onun əlamətinin mənanın tarixi inkişafı nəticəsində bütün
anlayışı ifadə etməsi. O dil sistemində dil kollektivinin kommunikativ
fəaliyyəti nəticəsi sistemində möhkəmlənmiş və bu kontekstdə
gercəkləşmişdir. Müqayisə et: sözün kontekstual mənası.
Sözün semantik forması –
bu, elə sözün daxili forması de-
məkdir.
Sözün semantik strukturu –
sözün elə morfoloji mahiyyəti-
dir ki, onlar bu (konkret) səslənmənin bu (konkret) üslubi konnota-
siyalarla ilə əlaqələrini simvolikləşdirir.
Sözyaradıcılığı lüğəti
– dilin daha çox işlənən sözlərinin söz-
yaradıcı strukturunu göstərən lüğət.
Sözyaradıcı omonimlər –
bax: omomorfemlər.
Spontan mətn –
qabaqcadan hazırlıq aparılmadan danışan tə-
rəfindən ortaya çıxan mətn.
Standart nitq vasitələri –
danışıq və situativ klişelər.
Standart situasiya
– sosial münasibətlərlə şərtlənən və mütə-
madi olaraq təkrarlanma və cəmiyyətin reqlamentləşmiş həyatını
107
əks etdirən situasiya. Standart reqlanmentləşən fiksasiya olunmuş
kommunikativ nitqin uzual vasitələri, situasiya (situativ)
klişelərindən istifadəni tələb edir.
Statistik –
informasiya münasibətləri – fonetika, leksika,
qrammatika, dilin «dördüncü ölçüsü» olmaqla, dili mühüm dərəcə-
də xarakterizə edir, çünki yardımçı dilin homogenliyi nəinki liğət və
qrammatikada, həm də ayrı-ayrı fonem, leksik vokabul və ayrı-ayrı
qrammatik forma və strkuturların daha tez-tez işlənməsini, başqa
sözlə, nəinki nə işlədilir, həm də nə dərəcədə tez-tez işlədilməsində
özünü əks etdirir.
Statistik toplam –
məlum zaman və məkan hüdudlarında
ayrı-ayrı vahidlərdən ibarət olan müəyyən münasibətlərdə olan
həmcins predmetlərin (əşyaların) kütləsindən ibarət olan istənilən
hadisə, yaxud ictimai həyatın prosesi. Statistik hər bir vahid
müəyyən xarakteristikaya malikdir. Dil bu mənada statistik kimi nə-
zərdən keçirilə bilər ki, o da onun müxtəlif səviyyələrdə təsviri olub
xüsusi tərzdə təşkil olunmuş obyektlərin (vahidlərin) ayrı-
ayrılığının cəmi kimi nəzərdən keçirilə bilər. 2. Bütün təsvir
yaruslarında səviyyələrdə xüsusi şəkildə təşkil olunmuş vahidlərdən
ibarət dil (yardımçı dil). 3. Faktların statistik strukturu – bu mətndə
və onların mətndə özünü göstərməsi tezliyi olub, sözlərin sayı ara-
sında münasibətləri uyğunluğu bildirir.
Statistik – kombinator modelləşdirmə –
struktur-riyazi lin-
qvistikanın elə bir bölməsidir ki, orada dilin tədqiqinə nəzəri-çox-
luq, alqoritmik və statistik yanaşma tərzi mövcuddur.
Statistik leksikoqrafiya
– ümumiyyətlə, tezliklər lügətinin
tərtibi və istifadəsi ilə məşğul olur. Bax: hesablama və tərcümə lek-
sikoqrafiyası.
Statistik linqvistik təhlil –
sadə (əl) metod (mikrokalkulyator və
digər hesablayıcı qurğuların tətbiqi) ilə aparıldığı kimi, həm də EHM
köməyi ilə aparıla bilər. Hər bir halda alınmış nəticələr gələcəkdə
mühəndis linqvistikasında (maşın tərcüməsində), yaxud alqoritmik
sahədə (təlimaparan linqvistik avtomatlar) tətbiq edilə bilər.
108
Statistik linqvistika
– 1. Kompüter linqvistikasının aparıcı is-
tiqaməti hesab olunur. Bu, kompüter linqvistikasının bütün
istiqamətlərinin fəaliyyətinə əsaslanır və onun bazasıdır (əsası,
özülüdür). 2. Linqvistik obyektləri ənənəvi statistik metodların kö-
məyi ilə öyrənir. 3. Ənənəvi statistik aparatı istifadə edən nitq əsəri-
nin və dil sisteminin tədqiqi ilə məşğul olub, dilin statistikasında və
dinamikasında ona tətbiq edilən ümumi statistik qanunları (qanu-
nauyğunluqları) ortaya çıxaran kompüter linqvistikasının
istiqamətidir. Statistik leksikoqrafiya vasitəsilə o xarici dil təlimi
metodikası ilə əlaqədə olub, təlimin optimizasiyası ilə də bağlıdır,
baza dilinin parametrlərini müəyyənləşdirməklə, dillərin tədrisinin
statistik optimizasiyasının parametrlərini müəyyənləşdirməklə və
həyata keçirməklə, bir tərəfdən, mühəndis linqvistikası ilə – maşın
tərcüməsi sahəsi ilə bağlıdır ki, linqvostatistik xarakteristikalar
əsasında bir, iki, və çoxmənalı tezlik lüğətlərinin tərtibatını təmin
edir ki, onlar maşın tərcüməsi sistemində avtomatlaşmış maşın
lüğətlərinin əsas bazası olmaqla, maşının köməyi ilə tərcüməni
təmin edir. Alqoritmin linqvistika ilə xarici dillərin kompüter
vasitəsilə tədrisinin optimizasiyasında mühüm rol oynamaqla, söz
siyahısının tezliyini müqayisə etməyə imkan verməklə və dərsliyin
keyfiyyətini müəyyənləşdirməklə, dərslik materialının kəmiyyət
dəyərinin avtomatik hesabını aparır. 4. Tezlik lüğətlərinin tətbiqi və
istifadəsi məsələləri ilə məşğul olan statistik leksikoqrafiyanın
başlıca komponenti.
Statistik oppozisiya metodu –
tərcümənin müvafiqliyini
müəyyənləşdirən və bir-biri ilə müqayisə ediləcək lüğət məqalələri-
nin funksional- semantik təhlili zamanı və daha tipik ekvivalentlərin
seçilməsi ilə bağlı statistik xarakteristikanın istifadəsi ilə bağlı
müşahidə zamanı, xüsusən, daha böyük, ekvivalent olan tezliklə və
ən aşağı tezliklə bağlı istifadə olunur. Bu üsul lüğətin çıxış dövriy-
yəsində sözformaların ekvivalentinin seçilməsində daha səmərəlidir.
Stenoqrafiya
– fikir yox, yalnız sözlərin yazılışı üzərində da-
yanan sistemdir ki, o, sözbəsöz tərcümə üçün şərait yaradır, qav-
109
rayış zamanı intellektual fəallığı aşağı salır, tərcümə tərtibində xeyli
dərəcədə çətinliklər yaradır.
Stereotip –
həyatda hər hansı bir şeyin daimi nümunəsi,
standart.
Stilistika –
1. Müxtəlif nitq üslublarında ilişgi vasitələri haq-
qında elm və eləcə də dil vahidlərini seçim qaydaları. 2. Müxtəlif
üslub və ekspressiv-emosional-dəyər mahiyyətini müxtəlif dil vasi-
tələri baxımdan onların nitq-dil ünsiyyətində istifadə olunmasını
öyrənən dilçiliyin bölməsi. 3. Dilin ifadəli vasitələri və onların
müxtəlif nitq ünsiyyəti sahələrində istifadə olunması haqqında
təlim.
Stoxastik qrammatika –
ehtimal qrammatikası.
Stratifikasiya –
kəsişən və qarşılıqlı şəkildə bir-birinin içinə
daxil olan qatların, səviyyələrin obyekt şəklində təqdimatı.
Struktur –
1. Sözlərin bir-biri ilə üzlaşması üsulu, onların
bir-birinin ardınca gəlməsi, düzülüşü və məhz bu sözlərin, deyimin
quruluşu üçün faktın özünün seçimi (bu, deyimdə mühümdür, daha
doğrusu, inormasiyanı və onun strukturunun reprezentləşdirir. 2.
Daxili təşkil olunma, muəyyən münasibətlərdə olan elementlərin ar-
dıcıllığı.
Struktur (yaxud sənədli) formallaşma –
1. Əlavə dilin təs-
nifatın prinsiplərindən başlayaraq nomenklaturasının hərtərəfli təş-
kilindən mətnin bütün struktur kompozisiyanın tərtib olunmasında
özünü əks etdirir. Mətnin struktur cəhətdən formallaşmasının vasitə-
lərindən biri kimi rubrikasiya çıxış edir ki, o, mətnin tərkib hissələ-
rinə bölünməsinə müvafiqdir. O hissələrinə qrafik bölgüsünü, baş-
lıqlardan istifadədəki, bəndləri, bəndaltıları, abzasları, numerasiyanı
və durğu işarələrini özündə birləşdirir. Başlıqlar (yarımbaşlıqlar)
rubrikasiyanın mühüm vasitəsidir, deməli, formallaşma struk-
turunun elementidir. Onlar son dərəcə sıxılmış, müxtəsər və lakonik
formada sənədin seçilmiş hissəsinin əsas ideyasını və tematikasını
əks etdirməyə imkan verir ki, bu məlumatın mühüm vahidi kimi,
müəyyən informasiya verən kimi çıxış edir. Durğu işarələri nəinki
struktur formallaşmanın elementi kimi çıxış edir, həm də özündə
110
müəyyən semantik-sintaktik və funksional-kommunikativ məna
daşıyır ki, onun modelləşdirilməsi zamanı dilaltının modelləşdiril-
məsi və durğu işarələrinin konfrantasiyasını nəzərə almaq lazımdır.
Sənədin mətni kompozisiya tamlığı ilə və materialın yazının
(ifadənin) səliqəli, sistemli quruluşu ilə, kompaktlıq və
müxtəsərliklə fərqlənir. O, bu funksional-kommunikativ tipli
sənədin standart formasında, onun formulyarında əks olunan şəkildə
qurulur. Standart forma sənədin işini asanlaşdırır. Formulyarlar
mətnli, qrafik və tip trafaretşəklində olur. Tip sənədlərin istifadə
olunması iş vaxtını 40-50% qənaət etməyə imkan verir. Sənədin
mətni – bu blank-mətndir. Orada mətnin rekviziti və rekvizit for-
mulyarı aydın verilir. Formulyarın rekviziti konstant xarakterə
malikdir və funksional perspektiv nöqteyi-nəzərdən sənədin
mövzusu olur. Mətnin rekvizitləri dəyişkən xarakter daşıyır və kom-
munikativ funksiya planında sənədin remasıdır. Sənədin formul-
yarının rekvizitləri (onun mövzusu), sənədin strukturunu əks etdirir,
onun rubrikasiyasının elementləri, deməli, struktur formallaşması
kimi çıxış edir. Formulyarlar rekvizitləri dil ştampı, şərti işarələr,
müxtəsərlərdən ibarətdir. Öz strukturuna (tərkibinə) görə onlar
müxtəlif tipli, tərkibli cümlələrdir: adlıq, adyektiv, adverbial, feli
olur. 2. Bu formallaşma öz təşkilati formasının quruluşuna görə
general məcmudur ki, həm onun klassik nomenklaturasının təsni-
fatının ifadəsində, həm də materialı ifadəsində və sənədin formul-
yasının quruluşunda ifadə olunur.
Struktur linqvistika –
dil sistemində tədqiqat predmetinin da-
xili münasibətlərini və əlaqələrini məhdudlaşdıran dilçilik sahəsi.
Struktur – riyazi linqvistika –
iki tərəfi birləşdirən xüsusi
cins anlayışı: kvantitativ və kombinator linqvistika
Struktur – sintaktik blok –
cümlənin sintaktik strukturunun
ayrıca, funksional – xüsusiləşmiş hissəsi.
Strukturalizm –
dilçilikdə istiqamət olub dil komponentlərin
asılılığı, onun strukturunun daxili münasibətlərinin linqvistik
cəhətdən tədqiq olunmasını qarşıya məqsəd qoyur.
111
Submətn –
mətnin məna nöqteyi-nəzərdən müstəqil, tonlu
hissəsi.
Subordinativ bilinqivizm –
dominant dil, təfəkkür dili özünü
göstərən bilinqivizm.
Substansiya –
bütün predmet və hadisələrin mahiyyəti və
ilkin əsası.
Substitusiya –
bir dil vahidinin digəri ilə əvəzlənməsi.
Subyekt –
linqvistikada hərəkəti edənə, fikir predmetinə aid
edilir.
Subyektiv – görmə kodu –
bir-biri ilə qonşu olan obrazlarla
və təsəvvürlərlə yanaşı olan insanın iç dili.
Subyektiv kod –
tərcüməçi yazı zamanı istifadə etdiyi şərti
işarələr sistemi.
Sünii intellekt sistemi –
Bu, insanı yaradıcı intellekt fəa-
liyyəti prosesində ənənəvi doğula biləcək nəticələri qabaqlayan
EHM - da istifadə olunan sistemdir
Ş
Şəklinin dəyişdərilməsi –
bu, tərcüməçinin elə fəaliyyətidir
ki, burada əsas məqsəd çatdırılası məzmunun dəyişdirilməsini elə
yolla həyata keçirmək lazımdır ki, tərcümə dilində yaradılan mətnin
digər yeni adresatın linqvoetnik kommunikativ kompetensiyasına
uyğunlaşdırılmasıdır.
Şərh –
Bax: şərh olunmuş referat.
Şərh olunmuş referat –
1. Ümumi mövzu altında birləşmiş
bir neçə sənədin məzmunu ilə oxucunu tanış edir. 2. Bir neçə mate-
rial və mənbə (məsələn, mətbuatla bağlı referat şərhi) tərtib edilir və
referent tərəfindən onun mövzusuna bu mənbədən aid olan
məqalələrin müstəqil olaraq seçilməsini (qəzetdən, jurnaldan, ki-
tabdan, broşuradan və s.) nəzərdə tutur. Bəzən referentə müəyyən
mənbələrdən onlardakı materialların xarakterindən asılı olmayaraq
şərh etmək tapşırılır. Əksər hallarda belə şərhlər sözün əsl
112
mənasında referat deyildir və hər bir material üzrə annotasiyadan
ibarətdir. 3. Bu bir sıra materialları əhatə edən və məqsəd etibarilə
onlardan hər birinin müxtəsər xarakteristikasını əhatə edən
referatdır. Şərh referatı üçün material referent tərəfindən müstəqil
olaraq seçilir. Buna görə də şərh referatını-şərt (ciddi) tematik çər-
çivə ilə məhdudlaşmayan yeganə referat tipi adlandırmaq olar.
Mövzunun dəqiqləşdirilməsi referatın materialından asılı olaraq
aparılır. Referat şərhi nəinki mövcud informasiya üçün, həm də
sorğu-biblioqrafik material kimi xidmət edə, ona görə də daha
konkret xarakterə malik ola bilər.
T
Tam ekvivalentlik –
1. Tam ekvivalentlik halları mümkün-
dür, lakin bəzən elə olur ki, adətən, o qədər də mürəkkəb olmayan
kommunikativ şəraitdə məhdud diapazonlu funksional xarakteris-
tika mətnlərdə nisbətən tam ekvivalentlik müşahidə olunur. Tərcü-
məyə verilən tələblər mürəkəb və zidiyyətli olduqca «(tərcümə
paradoksları, ziddiyyətləri)», tərcümə olunan mətnin funksional
spektri geniş olduqca, orijinalın aynadakı kimi əksini tapan tərcümə
mətnin yaradılması ehtimalı da azalır. 2. Tam ekvivalentlik ilkin
mətnin kommunikativ – funksional invariantının bütövlüyünü nə-
zərdə tutur. Başqa sözlə, burada tərcüməyə verilən maksimal tə-
ləblərdən söhbət gedir.
Tamamilə kalkalaşdırma situasiyası –
mətn seqmentinin
bütün birmənalı konfrontasiyalı elementlərinin tam qarşılıqlı
izomorfluğunu səciyyələndirən tərcümə situasiyası. Bunlara daxil
olan dillə ilkin dildə olan ziddiyyətlərin səs-hərf ixtisarlarını aid et-
mək lazımdır. Onlar daxil olan və ilkin dildəki sözlərin sözbəsöz
konfrontasiyası (qarşılaşdırılması) yolu ilə tərcümə olunur, məsələn,
USA-ABŞ.
113
Tam olmayan uyğunluq –
məna və üslubi invariantlara uy-
ğunluq. 1. Məna invariantına uyğunluq. 2. Mənanı özündə əks
etdirməyən (saxlamayan) uyğunluq.
Tam tərcümə –
hər hansı bir ixtisara yol verilmədən edilən
tərcümə.
Tam yazılı tərcümə –
texniki tərcümənin əsas forması. Çünki
bütün tərcümə praktiki olaraq istifadə olunan informasiya tam yazılı
tərcümə formasında işlənib hazırlanır, texniki tərcümənin digər
formaları isə həmin əsas formanın ixtisarlaşdırılmış variantı olur.
Tamhüquqlu əvəzləmə –
adekvat əvəzləmə.
Texniki ədəbiyyat tərcüməsi –
burada ön plana tərcümə
edilən mətnin predmetinin düzgün başa düşülməsi çıxır. Bununla
belə, texnikanın istənilən sahəsinə aid olan və qəbul edilən Azər-
baycan terminologiyasını yaxşı bilmək tələb olunur. Əsasən standart
terminologiyadan istifadə etmək məsləhətdir. Təsviri tərcüməyə yal-
nız o zaman yol vermək olar ki, Azərbaycan dilində həmin termin
mövcud deyildir. İşə başlamazdan əvvəl konkret ixtisas üzrə
materialın başa düşülməsi üçün vacib olan əsas məqamlarla dərin-
dən tanış olmaq lazımdır. Tərcümənin özünə verilən tələbə gəldikdə
isə fikrin düzgün verilməsi ilə yanaşı, həm də qəbul olunmuş
terminologiyadan müxtəsər formada istifadə etməyi bacarmaqdır.
Maşınların, avadanlıqların, instrument və alətlərin, yaxud istehsal
proseslərinin hamısı təsviri xarakter daşımalıdır. Bütün ingilis-
amerikan ölçülərinin metrik ekvivalentlərini düzgün hesablamaq
lazımdır. Çertyojlarda imzalar tamamilə yenidən çəkilməlidir
(sxematik şəkildə) və Azərbaycan dilində uyğunlaşdırılmalıdır.
Texniki mətnlərin tərcüməsi –
bax: elmi-texniki tərcümə.
Temporal münasibətlərin markerləri –
buraya zaman bağ-
layıcıları, «the next morning-növbəti, səhəri gün», «all that day-bü-
tün gün» tipli temporal cümlələr, Future Perfect və Past Perfect
nisbi zaman tipli, zamanların uzlaşması (he said he came), sözlərin
sırasını əks etdirən hadisələrin ardıcıllığı aiddir
Terminlərin tərcüməsi –
məlum olduğu kimi, dildə terminlər
(daha doğrusu, sözlər və söz birləşmələri) xüsusi anlayışları və
114
xüsusi əşyaların işarələrini bildirmək üçün yaradılan, yaxud alınmış
sözlər (elmi, texniki və s.) dilin son dərəcə müxtəsər şəkildə və in-
formasiyanın dəqiq verilməsinə canatması nəticəsində əmələ gəlir,
daha dogrusu, burada elə bir dəqiqliyə cəhd olunmalıdır ki, sözlərin
və söz birləşmələrinin özbaşına və subyektiv izahına yol verilməsin.
Bu, öz ifadəsini tərcüməçinin xarici terminologiyanı dolğunluğu ilə
əla səviyyədə bilməsində tapır. Xüsusi materialların tərcüməsində
ən çətini terminlərin düzgün çevrilməsi məsələsidir. Termin adətən
başqa dildəki müvafiq terminlə tərcümə olunur, ona görədə analoji,
sinonimik əvəzləmə, təsviri tərcümə kimi üsullardan yalnız o zaman
istifadə olunur ki, dildə müvafiq terminin qarşılığı yoxdur. Dəqiq və
tam semantik sərhədləri olan birmənalı terminlərlə yanaşı, həm də
çoxmənalı terminlər mövcuddur. Buna görə də hətta
təkkomponentli terminlərin çoxmənalılığı onların düzgün başa dü-
şülməsini və tərcüməsini çətinləşdirir ki, onun adekvatlığı tam
şəkildə situasiya kontekstindən asılı qalır. Anlaşma və tərcümə
olunma baxımdan terminlərin tərcüməsini üç qrupa bölmək olar: 1.
Xarici reallığın realiyalarını bildirən terminlər. Bu qrupa aid
terminlərin izahı o qədər də çətin deyil, burada aşağıdakı hallar ola
bilər: a) ekvivalent kimi Azərbaycan dili terminindən istifadə olunur
ki, onun forması tərcümə dilindəki terminlə əlaqədardır (beynəlxalq
terminlər); b) ekvivalent kimi tərcümə olunan (Azərbaycan dili)
termindən istifadə olunur ki, onun forması ilkin dildəki (məsələn,
ingilis dilindəki) terminin forması ilə əlaqədar deyildir; c) çox-
komponentli bir neçə sözdən ibarət ingilis terminin mənası məna və
forma etibarı ilə Azərbaycan termininin müvafiq komponentlərinin
məna və forması ilə üst-üstə düşür; d) çoxkomponentli ingilis
termininin ümumi mənası analoji Azərbaycan terminin mənası ilə
tam üst-üstə düşür, bununla belə, onun ayrı-ayrı komponentləri
Azərbaycan ekvivalentindən fərqlidir. 2. Azərbaycan gerçəkliyində
xarici realiləri bildirən terminlər, lakin ümumi qəbul olunmuş Azər-
baycan terminoloji ekvivalentləri. 3. Azərbaycan gerçəkliyində ol-
mayan və ümumi qəbul olunmuş Azərbaycan dilinin terminoloji
ekvivalentləri olmayan əcnəbi realiləri bildirən terminlər. Belə ter-
115
minlərin tərcüməsinə aşağıdakı yolla nail olmaq olar; a) ingilis dili
terminin təsviri; b) sözbəsöz tərcümə köməyilə; c) qismən, yaxud
tam transliterasiya və sözbəsöz tərcümənin köməyilə; d)
transkripsiya ilə; e) transkripsiya və tərcümə ilə. Qeyd etmək
lazımdır ki, bu tipli terminlərin tərcüməsi zamanı səhvlər əsasən o
zaman ortaya çıxır ki, xarici terminə hərfi uyğunluq axtarılır.
Əlbəttə, belə yanaşma heç də özünü doğrulda bilməz: birinci, xarici
gerçəklikdə olan realinin spesifikası aradan çıxır, ikinci isə belə
olduqda burada həmin terminlər yalnız xarici gerçəklik üçün
xarakterik olan anlayışları ifadə edə bilər və məhz buna görə də
Azərbaycan dilinin xüsusi materiallarında qəbul olunmuş realilərə
müvafiq olmaya bilər. Digər tipli səhvlər onunla bağlı olur ki, bu
zaman yuxarıda göstərdiyimiz qruplardan hər birinə bu terminlərə
qeyri-düzgün münasibət nəticəsində və tərcümə üçün qeyri-adekvat
üsul seçiləndə yaranır, ortaya çıxır. Tərcüməçinin daha bir səhvi
sözbəsöz tərcümədir. Bu o zaman ortaya çıxır ki, xarici termin,
yaxud onun komponentləri Azərbaycan dili termininə analoji ol-
maqla, tamamilə başqa məna kəsb edir. Tərcümə zamanı daim
terminin konkret şəraitdə, konkret kontekstdə real mənasını nəzərə
almaq lazımdır. Həm də eyni zamanda cəm haldan istifadə zamanı
terminin mənasının dəyişilməsi mümkündür. Beləliklə, terminlərin
düzgün başa düşülməsi və tərcüməsi heç də yalnız dili yaxşı bil-
məklə əlaqədar deyildir, bu həm də xarici və Azərbaycan
cerçəkliyində olan realiləri yaxşı bilməkdən irəli gəlir.
Dostları ilə paylaş: |