Tərcümənin redaktoru –
tərcüməçilik kommunikasiyasının
iştirakçısı. Tərcümə mətninin redaktəsi – bu, onun ədəbi situasiya,
ədəbi və dil norması, nəşriyyat tələbləri və s. baxımından aprobasi-
yasıdır. Tərcümə redaktoru tərcümə mətninin seçimində iştirak edə
bilər.
Tərcümənin relyativ modernləşdirilməsi –
bütün mətnin
yox, onun ayrı-ayrı səviyyələrinin tematik və dil işləmələri. O,
qəbuledicinin zövq və tələbləri ilə müəyyənləşən orijinalın
semantik-üslubi varlığından ortaya çıxır.
147
Tərcümənin semantik-semiotik modeli
– ilkin və tərcümə
dillərindən işarə
və strukturun qarşılıqlı korrelyasiyası
tipologiyasını qurmuş Y.İ.Retskerin, tərcümənin semantik-semiotik
modelini qurmuş L.S.Barxudarovun araşdırmalarında yanaşmanın
inkişafını nəzərdə tutur. Bu modelə uyğun olaraq mətninin ümumi
məzmununda onun ayrı-ayrı komponentləri – denotativ,
siqnifikativ, linqvistik və praqmatik – fərqləndirilir. Alim ilk dəfə
göstərmişdir ki, ilkin mətndən tərcümə mətninə keçərkən orijinalın
heç də bütün məzmunu deyil, yalnız onun bu və ya digər
komponentləri saxlanılır. L.S.Barxudarov öz həllini gözləyən
növbəti tədqiqat problemi kimi ilkin mətnin yuxarıda adlarını
çəkdiyimiz məzmun komponentlərinin növbəliliyi problemini irəli
sürür.
Tərcümənin semantik nəzəriyyəsi –
orijinal və tərcümə
mətnlərinin məna baxımdan iki mətnin məzmununun ekvivalentliyi-
nin öyrənilməsinə əsaslanır.
Tərcümənin semiotik aspekti –
tərcüməçilik prosesinin işarə
xarakteri. Tərcümə – ikinci fəallıqla şərtlənən orijinal müəllifinin
ədəbi fəaliyyətinə münasibətin metaişarəsidir.
Tərcümənin sosiologiyası
– ictimai kontekst aspektində tər-
cümənin funksiyasını yerinə yetirməsi və genezisin tədqiqi. Tərcü-
mə sosiologiyanı ictimai kommunikasiya aspektində maraqlandırır.
O, tərcüməni ictimai və mədəni şüurun fakiı kimi nəzərdən keçirir
(nəşr siyasəti, mədəni münasibətlər və s.).
Tərcümədə strukturalist metod –
çex alimi İrji Levıy
tərəfindən təklif olunmuşdur. Tərcümənin bir sıra problemlərinin
həllində dünya linqvistikasının XX əsrin 20-30-cu illərində aparıcı
istiqamətlərindən biri olan «Praqa linqvistik dərnəyi»nin metodoloji
prinsiplərinə söykərmişdir. Müəllif dillərarası transformasiyanın üç
fazasını fərqləndirir: orijinalın dərki, onun interpretasiyası (şərhi),
onun yendən ifadəsi. Tərcümə fəaliyyətinin əsas məqsədi kimi –
onu dərk, əsli qoruyub saxlamaq, əsli (informasiyanı) verə
bilməkdir. Prototipi olmayanı yeni əsər yaratmaq yox, yenidən
yaratmaqdır. Tərcümə prosesində bir dilin materialları digər dilin
148
materialı ilə əvəzlənir, deməli, əslində tərcüməçi bütün bədii
əsərləri yenidən özü ana dilində yaradır və beləliklə, dil sahəsində
tərcümə əsl orijinal yaradıcılıqdır. Ona görə də burada iki normanın
mövcudluğu haqqında danışmaq olar: yenidən yaratma norması və
bədiilik norması (gözəllik meyarı), onlar arasındakı konkret
münasibət tərcümə edilən mətnin xüsusiyyətindən asılı olacaq.
Buradan müəllifin məqsəd ustanovkası doğur – yəni o, burada
tərcümə priyomunu ilkin və ikinci mətnlərin funksional uyğunluğu
istiqamətində nəzərdən keçirir (məhz dilin funksional tərəfinə bö-
yük diqqət yetirilməsi «Praqa linqvistik dərnəyi»nin mühüm cəhəti
olmuşdur).
Tərcümənin strukturu –
tərcümədə real mövcud olan məna
münasibətlərinin müəyyən tərzdə təşkil olunmuş, sxemləşmiş ifadə-
si nəzərdə tutulur.
Tərcümənin subinterpretasiyası –
tərcümə mətninin qurul-
duğu zaman qismən realizə olunmuş ölçüsüdür ki, bu zaman orijinal
mətnin bütün səviyyələrində üslubi yenidən kodlaşdırma getmir.
Burada, mətnin daha da dərinləşdirilmiş aspektinə diqqət yetirilmir,
yəni mətn səthi interpretasiya olunur.
Tərcümənin təkrarlanması –
müvafiq xarici dildə və
müvafiq ədəbiyyatda realizə olunmuş orijinala münasibətdə tərcümə
variantları. Tərcümənin təkrarlanması dilin inkişafındakı
dəyişikliklərlə, üslublar fərqi ilə, metakommunikativ kontekst dəyi-
şilmələri, müəyyən dövrdə olan estetik tələb və zövqlərin və s. in-
kişafı ilə bağlıdır. Əgər qəbul edən mühitin tələbləri mövcuddursa,
yeni nəsil və ədəbi məktəb və istiqamətlərin dəyişilməsi bunu tələb
edirsə, bu zaman orijinal əsər yenidən tərcümə olunur. Bəzi hallarda
isə tərcümənin təkrarlanması heç də ədəbi-zövq motivləri ilə yox,
həm də zahiri səbəblərlə (məsələn, kommersiya maraqları ilə) bağlı
olur. Belə tərcümələr seriyasını invariantların üslubi dağınıqlığı
xarakterizə edir ki, onun köməyilə ədəbi-tarixi fenomeni obyektiv
tədqiq etmək olar.
Tərcümənin tərtibatı –
tərcümə mətninin yaranması.
Tərcümənin tərtib olunması şifahi və yazılı ola bilər.
149
Tərcümənin ümumi nəzəriyyəsi –
1. Tərcümə universaliləri
ilə məşğul olan və tərcümə haqqında əsaslı əhəmiyyətə malik olan
və tərcümənin əsas problemlərini özündə birləşdirən tərcüməşünas-
lıq bölməsi. Bu planda (mənada) tərcümənin ümumi nəzəriyyəsi
linqvistikadan sonra gəlir. Lakin linqvistik universalilər bütün dün-
ya dillərində olduğunun mahiyyətidirsə, tərcümə universaliləri
tərcümənin bütün növ və formalarına xasdır. 2. Tərcümə fəaliyyəti-
nin və mətnin yaranması və tərcümənin nəzəri modelinin formalaş-
masının mahiyyətini açır. 3. Hər hansı ikidillik kommunikasiyanın
xüsusiyyətinin mahiyyəti haqqında elmi konsepsiya. 4. Bu və ya
digər konkret dillərin qarşılıqlı münasibətləri ilə müəyyən olunan
janrı spesifikasından, onun həyata keçirilməsi şəraitindən və
xüsusiyyətlərindən asılı olmayaraq tərcümənin ümumi qanunauy-
ğunluqlarını nəzərdən keçirir. 5. Tərcümənin təsviri ilə bağlı anlayış
aparatı yaradır, onun akt xüsusiyyətlərini açır və bununla xüsusi tər-
cümə nəzəriyyəsinin qurulması üçün konseptual baza yaradır. Tər-
cümə nəzəriyyəsi digər dil və qeyri-dil sahələri ilə əlaqələrə ma-
likdir. 6. Müqayisəli dilçilik, psixolinqvistika, sosiolinqvistika və
linqvistik coğrafiya ilə sıx əlaqələrə malik olması əsasında linqvis-
tik problemlər fənlərarası istiqamətdir. Bu nəzəriyyə dildaxili çər-
çivələrdə formal-struktur təhlildə qapanıb qalmayan dil və qeyri-dil
fənləri ilə sıx kontakt şəraitində inkişaf edən dillərin qarşılıqlı
əlaqəsini və təsirini öyrənən tətbiqi dilçiliyin mühüm sahəsidir. 7.
Kontakta daxil olan dillərin, tərcümənin realizasiya, mətnin janr
xarakterindən və s. asılı olmadan tərcümə prosesini öyrənir. Onun
vəzifəsi tərcümənin hər bir konkret aktında təkrar olunan daha çox
amilləri birləşdirən tərcümə modelinin qurulmasıdır. Tərcümənin
ümumi nəzəriyyəsi tərcümə universalilərini tədqiq edir. 8. Müxtəlif
strukturlu dillərin köməyi, iştirakı və tədqiqatçının elmi refleksiyası
çoxsaylı tərcümə faktları əsasında konkret qoşa dilə aid olmada
tərcümə prosesinin daha ümumi xüsusiyyətlərini, prinsiplərini və
qanunauyğunlarını təhlilə cəlb edir. 9. İkidilli kommunikasiyanın
mahiyyəti və xüsusiyyətləri haqqında elmi konsepsiya.
150
Tərcümənin üslubi aspekti –
tərcümənin üslubi aspekti onun
leksik-qrammatik vasitələrindən əslin ümumi funksional kom-
munikativ istiqamətlərə uyğun olaraq və tərcümə olunan dildə möv-
cud olan dil normalarını nəzərə almağı mühüm hesab edir.
Tərcümə variantları –
eyni orijinalın müxtəlif tərcümələri
olan mətnlər (Tərcümənin təkrarlanması).
Tərcümənin yığcamlığı –
tərcümə olunan mətndə çoxsözlü-
yün olmaması, mətnin lakonik forması ilə səciyyələnən tərcümənin
keyfiyyət göstəricisi.
Tərcüməşünaslıq (1)
– 1. Tərcümə tarixini, onun ümumi və
fərdi nəzəri əsaslarını, tərcümə prosesinin texnika və metodikasını,
ikidilli nitq şəraitində tərcümə vərdiş və bacarıqların nitq fəaliyyə-
tində mürəkkəb növü, mətnin tərcümə prosesində elm kimi öyrənil-
məsi, daha doğrusu, elə bir situasiyadır ki, burada nitq-dil ünsiyyəti
(kommunikasiyası) prosesində iki dilin vasitələrinin (iki dil sistemi
kodlarının) iştirakı nəzərdə tutulur. 2. Nitq fəaliyyəti növünü öy-
rənən tərcümə haqqında elmdir ki, bu prosesdə digər dildə verilmiş
nitq əsəri (mətn) onun tam hüquqlu əvəzedicisi kimi çıxış etməlidir.
Tərcüməşünaslıq (2) –
tərcümə haqqında olan elmlərdən
birinin adı, bax; tərcüməşünaslıq.
Tərcüməyə daxil edilmiş, nişanlanmamış dil vahidi –
Bax:
maşın dövrəsi.
Tərcüməyə diaxronik baxış nöqtəsi –
ədəbi proseslə
tərcümənin yerinin sistemli müəyyənləşməsi. Tərcümənin yerinin
sistemli müəyyənləşməsi dedikdə tərcümənin orijinalla münasibət-
lərini, milli ədəbiyyat əsərlərinə, eləcə də bu əsərlərin digər tərcü-
mələrinə münasibətini başa düşməliyik. Diaxronik proyeksiyada
sistemli münasibət ədəbi prosesdə tərcümənin, dəyərini artırır (bax,
tərcümə tarixi).
Tərcüməyə gəlməyən söz oyunu –
tərcümə dilində birbaşa
ekvivalenti olmayan sözlər oyunu. Buna kalambur da deyilir (müəl-
lif).
Təsadüfi ekvivalentsiz sözlər –
bu sözlər orijinal dildə pred-
met və hadisələri, həm də tərcümə dili daşıyıcılarının praktik təcrü-
151
bəsində olan predmet və hadisələri bildirməsinə baxmayaraq, tər-
cümə dilində hansı səbəb üzündənsə bu predmet və hadisələrin adı-
nın (bəzən izah oluna bilməyəcəyi) olmamasıdır.
Təsirin ədəbi sistemi –
metakommunikativ sistem, onun
funksiyası oxucuya orijinalı əvəz etməsi (orijinalla ikinci manipul-
yasiyası), o mətnin qavranılması üçün instruksiya (qaydalar) ver-
mək və əsərin uğurlu reytinqini təmin etmək üçün inanılmış strate-
giya yaradılması.
Təsnifatın ilkin mövqeyi –
bədii tərcümənin üslubi vəhdət
elementidir. Təsnifat ölçüsü – onların intensivliyik dərəcəsinə uy-
ğun olaraq üslubi dəyişmələrin identikliyidir.
Təsvir –
monoloji müəllif nitqinin ən çox yayılmış kompo-
nentlərindən biri. Məntiqi planda predmet və hadisəni təsvir etmək -
onun əlamətlərini sadalamaq deməkdir. Təhkiyənin inkişafını quran
statistik təsvir qeyd olunur və dinamik təsvir adətən həcminə görə o
qədər də böyük olmasa da, hadisələrə qoşularkən təhkiyəni heç də
dayandırıb saxlamır. Müqayisə et: hekayə, təhkiyə.
Təsviri annotasiya – bax
: annotasiya.
Təsviri priyom –
mövcud anlayışın başqa dilin vasitələri ilə
təsvirini verən tərcümə priyomu. Bu priyoma dildə müvafiq
nominasiya, yaxud tərcüməçiyə nəsə məlum olmayanda müraciət
olunur.
Təsviri tərcümə –
1. Ən çətin şəraitdə tərcüməçiyə kömək
edən daha mühüm universal priyom. O müxtəlif səbəblər - sosial,
coğrafi, yaxud milli xüsusiyyətli müvafiq anlayışlar tərcümədə
mövcud olmadığı hallarda daha zəruridir. Bu priyomun özünün də
çatışmazlıqları az deyildir. Onlardan başlıcası ondan ibarətdir ki,
bəzi təsvirlər olduqca şişirdilmiş şəkildə verilir və sanki tərcümə
mətnində kənar cisim təsiri bağışlayır. Bax: həm də təsviri priyom.
2. Digər dildəki vasitələrlə qeyd olunmuş (işarələnmiş) anlayışın
təsvirini verən tərcümə priyomu. Bu priyoma tərcümə dilində mü-
vafiq nominasiyalar olmadıqda daha çox müraciət edirlər. 3.Məz-
munun (mənanın) digər formada və digər sözlərlə ifadə olunması. 4.
Söz birləşmələrinin köməyi ilə ilkin vahidlərin mənasının açılma-
152
sını ekvivalentsiz leksika ilə vermə üsulu. 5. Tərcümə olunan mət-
nin məna və məzmununu sərbəst şəkildə verən tərcümə.
Tətbiqi dilçilik –
praktik vəzifələrin həm linqvistin, həm də
informasiya axtarışının – maşın tərcüməsi, terminologiya,
linqvodidaktika, informasiya problemləri kimi digər sahələrin
linqvistik- nəzəri tətbiqi.
Tətbiqi linqvistika –
maşın tərcüməsi, avtomatlaşdırılmış
informasiya axtarışı və s. kimi müasir praktik spesifik vəzifələrin
əsasını öyrənən dilçilik sahəsi. Bax: həm də tətbiqi dilçilik.
Tətbiqi tərcümə nəzəriyyəsi –
tətbiqi tərcümə nəzəriyyəsinin
predmet sahəsinə aşağıdakı vəzifələr daxildir: 1) ilkin mətnin
tərcümə dilinə çevrildiyi zaman ortaya çıxan tərcüməçilik
çətinliklərinin təsnifatı; 2) tərcümə elmində linqvistik və psixoloji
cəhətdən əsaslandırılmış işləmə formaları; 3) bütün relevant dil
hadisələrini, səhvlər təhlilini (həm də tərcümənin tənqidi üçün
öncədən nəzərdə tutulmuş) tam əhatə edən səmərəli işləmələr; 4)
tərcümə tənqidi üçün nəzəri və metodik cəhətdən əsaslandırılmış
təsviri, interpretasiya və dəyər prosedurlar. Bu vəzifələrin birinci və
ikincisi prospektiv, üçüncü və dördüncü isə tətbiqi tərcümə
nəzəriyyəsinin retrospektiv aspektləridir.
TLA – bax:
təlimverici linqvistik avtomat.
Törədici model –
Burada dilin qanunlarına müvafiq deyimin
strukturunu təmin etmək imkanı verilməklə bir sıra qaydaların
saxlanılması təmin edilir və qeyri-dürüst deyimlərə yol verilmir.
Törəmə qrammatika –
1. Cümlələrin düzəlməsi qaydalarına
söykənən qrammatik modelin ümumi adı. 2. N.Xomskinin generativ
transformasiya qrammatikasını göstərmək üçün sinonim.
Törəmə rəmz –
hərfi, yaxud assosiativ rəmzlər əsasında
alınmış xüsusi rəmz.
Transformasiya qaydaları –
nüvə və törəmə modellərin -
onun qarşılıqlı əsasını təşkil edənlərin konstatasiya münasibətləri.
Transformasiya metodu –
məna təhlili metodundan eləsidir
ki (ardıcıl tərcümədə yazılış sistemində istifadə olunur), bu zaman
açar informasiyanı özündə əks etdirərkən bir neçə söz daha uyğun,
153
məsələn, işgüzar dairə nümayəndələri- biznesmen kimi sözlə əvəz
edilir.
Transformasiyalar metodu –
mətnin leksik, sintaktik və
semantik cəhətdən dəyişdirilməsi.
U
Universal tərcümə –
tərcümə prosesinin dərk olunmasına yö-
nəlmiş (A.Lüdskanov) ümumi anlayış və tərcümə tipləri arasında
onların üslubi əlamətlərinə və məqsədlərinə görə fərqlərin fiksasiya-
sına (xüsusi, sakral, şifahi, yazılı tərcümə və s.) deyilir. Tərcümə-
çilik fəaliyyətinin ümumi xarakteri, ümumiyyətlə, tərcümə haqqında
inteqral elmin köməyi ilə tədqiq olunur.
Uyğunlaşdırma –
hər hansı bir şeyin (mətnin) məzmununun
digər formada şərhi. Müqayisə et: nağıl.
Uyğunluq –
bax: leksik uyğunluq.
Uyğunluq –
1. Tərcümə haqqında elmin əsas kateqoriyaların-
dan biri. Tərcümədə mütləq uyğunluq ilkin mətnlə tərcümə mətni-
nin formal, semantik və informativ komponentlərinin üst-üstə düş-
məsi ilə ifadə olunmalıdır ki, bu da faktiki mümkün deyildir. Tərcü-
mədə uyğunluq kateqoriyası əsasən «hərfi tərcümə – sərbəst tərcü-
mə» zamanı özünü göstərir. 2. İlkin mətnin tərcümə vahidinin
variantlarından biri. 3. Tərcümə dilindəki ilkin dildə ifadə planın
bir, yaxud bir neçə vahididir ki, ilkin dildə ifadə planının müəyyən
vahidinin məzmunun verilməsi üçün mütəmadi istifadə olunan vahi-
didir. Müqayisə et: kontekstual əvəzləmə. 4. Uzlaşma, eynilik ifadə
edən münasibət. 5. Digər verilmiş kontekstdə funksional baxımdan
müvafiq olan bir dilin elementi.
Uyğunluq - uzlaşma lüğəti
– leksik uzlaşma üzrə materialı
özündə birləşdirən lüğət.
Uyğunsuzluq –
1. Uyğunsuzluq dedikdə biz tərcümədə veril-
məmiş, yaxud əlavə edilmiş informasiyanı başa düşməliyik ki, o
ilkin mətndə ya nitq axınında ayrılmış hansı hissəninsə tərcümə
154
edilməməsi, ya da tərcümə olunmuş mətndə əlavə edilmiş nitqin bir
hissəsidir. 2. Bu, ilkin, yaxud tərcümə mətninin hansısa hissəsində
verilməmiş, yaxud əlavə edilmiş informasiyanın hissələridir.
Uzlaşmanı sınama –
tərcümə prosesi mərhələlərindən biri
olub bir neçə variantdan tərcümə olunan dilin normalarına müvafiq
əsas «açar» sözün ardıcıl seçilməsi.
Ü
Ümumi birdilli lüğət
– eyni dildə sözlərin, anlayışların və
predmetlərin mənasını təriflərin, təsvirlərin, nümunələrin və eləcə
də sinonimlərin və antonimlərin köməyi ilə izah edən lüğət.
Ümumi ensiklopediya
– məqalələr, çertyojlar, şəkillər, cəd-
vəllər və s. təmin olunmuş sosial-iqtisadi elmlər, təbiətşünaslıq və
texnika üzrə biliklərin sistemləşdirilmiş külliyatı, oxucunu düzgün
istiqamətləndirən və elmi cəhətdən maraqlandıran məsələlərlə bağlı
daha hərtərəfli informasiya mənbələrinə yönəldən xüsusi ədəbiyyat
siyahısı.
Ümumi ikidilli lüğət –
müəyyən qaydada düzülmüş müvafiq
(adətən əlifba üzrə) tərcümə və (yaxud) digər dildə (müəyyən kon-
tekstdə mümkün ekvivalentlərinin) sözlərin şərhi.
Ümumi referat –
bir neçə mənbəyə görə bütün material haq-
qında tam təsəvvür yaratmaq məqsədinə istiqamətlənmiş referat.
Belə referatda əhatə olunan mənbələrin (yalnız verilmiş mövzuya
görə) məzmunu referatın tam şəkildə əsli (orijinalı) əvəz etməsi ilə
bağlı orada əksini tapacaq hər nə varsa, daha tam şəkildə sistemləş-
dirilməli və ümumiləşdirilməlidir.
Ümumi semantik komponent
– çoxmənalı söz, yaxud
müxtəlif sözlərin mənasında iştirak edən eyni semantik komponent.
Ümumi slenq –
emosiosnal-espressiv kolorit ifadəni
səciyyələndirən danışıq leksikası.
Ümumi tezlik lüğəti –
dilin bütün sferalarında eyni dərəcədə
çox və ya daha az işlək olan leksika.
155
Ünsiyyət –
intellektual və emosional informasiya mübadiləsi-
nə qoşulmuş insanların qarşılıqlı verbal durumu.
Üslub –
1.Dil vasitələrindən məqsədyönlü istifadə, seçim. 2.
İşlədilmə priyomlarının cəmi, bu sahədə işlənmə vasitələrinin se-
çimi. 3. Hər hansı yazıçı, əsər, janr üçün xarakterik olan priyomların
cəmi. 4. Ekspressiv üslubi rəng prinsipinə görə dil vasitələrinin se-
çimi. 5. Nitqin söz istifadəsi normaları və sintaksisə uyğun olaraq
quruluşu (qurulması).
Üslubi kod –
mətnin üslubi strukturunun qenerasiyası üçün
nəzərdə tutulmuş təsviri vasitələr sistemi üslubi kod yaradır, əsas
üslubi xüsusiyyətləri və mətndə onların struktur təşkili qaydaları
cəmini birləşdirir.
Üslubi modifikasiya –
eyni funksional üsluba öz elementləri
ilə birgə digər üsluba aid olan deyim elementlərinin tərcümə
prosesində dəyişdirilməsi.
Üslubi çalar –
linqvistik vasitənin ekspressiv nailiyyətidir ki,
onun əsas, yaxud predmet-məntiqi mənasına əlavə olunur.
Üslubi sinonimiya –
bax: modulyasiya.
Üslubi sinonimlər –
1. Yalnız üslubi cəhətdən seçilən sino-
nimlər. 2. Məna etibarı ilə üst-üstə düşən, lakin istənilən fərqli nitq
üslubuna məxsusluğu ilə, istifadə dərəcəsi, ekspressiv çaları və s.
üst-üstə düşür.
Üslubi transformasiyalar –
mətnin üslubunun üslubi məna-
sının tərcümədə eyni effekti yenidən yaratmaq məqsədi ilə verilmə-
si, daha doğrusu, oxucuda analoji reaksiya yaratmaq, tərcüməçi
bunu əldə etmək üçün daha tez-tez əvəzləmə və kompensasiya pri-
yomlarından istifadə etməklə tamamilə digər dil vasitələrinə mü-
raciət və onlardan istifadə edir.
Üslubi transpozisiya –
üslubi nöqteyi-nəzərdən rəngli vahid-
lərin onun üçün qeyri-adi üslubi kontentdə istifadə olunması.
V
156
Verilməyən informasiya –
uyğunsuzluq nəzəriyyəsində in-
formasiyadır – tərcümədə mətnlərin müqayisəli şəkildə öyrənilmə-
sində ortaya çıxır ki, məhz məlumatlar ilkin mətndə verilmiş olduğu
halda, tərcümə mətnində öz əksini tapmır.
Vərəqdən sinxron tərcümə –
sinxron tərcümə növlərindən
biri. Bu tərcümə növündə tərcüməçi natiq nitqinin gedişatında ilkin
mətndən kənara çıxırsa zəruri düzəlişlər edərək çıxışını yazılı mətnə
tərcümə edir.
Vərəqdən tərcümə –
ilkin yazılı mətnlərin eyni zamanda göz
qavrayışı vasitəsi ilə (vizual) həyata keçirilən şifahi tərcümə.
Y
Yaddaş –
ətraf mühitlə qarşılıqlı əlaqə və təsir nəticəsində
informasiya fəaliyyətinin ardıcıl olaraq saxlanılması və istifadə
olunması ilə bağlı ümumfunksional mexanizm. Fizioloji planda bir
neçə şərti-reflektor, obrazlı, söz-məntiqi və emosional yaddaş fərq-
ləndirilir. Yaddaşı həm də informasiya reseptorları baxımından da
təsnif edirlər. Burada görmə, eşitmə, tanbil, motor və digər yaddaş
növləri fərqləndirilir. Zaman parametrlərinə müvafiq olaraq –
qavrayışın ani uzunluğu (0,1 sm), bilavasitə yaddaş (1 sm-10 sm-
dək) və uzunmüddətli yaddaş vardır ki, o müəyyən obyektlə bağlı
deyildir. Bilavasitə yaddaş fəaliyyətə qoşulanın operativi olur. Onun
həcmi bu və ya digər simvolla ifadə olunan informasiya vahidinin
sayından asılıdır.
Yalançı beynəlmiləlçilik –
yalançı beynəlmiləlçilik leksikası
o sözlərə deyilir ki, hər hansı konkret dildə beynəlxalq morfemdən
yaranmış və onun hüdudlarından (digər dillər tərəfindən götürülüb
qəbul edilməmiş) kənara çıxmamışdır. Onlara, hər şeydən əvvəl, - çı
şəkilçisinin köməyilə - reqbiçı, akvalanqçı, skandalçı və s. yaranmış
çoxsaylı sözləri aid etmək olar. Onlardan əksəriyyəti dilimizə özgə
dillərdən keçmişdir. Bu, məsələn, çoxsaylı mürəkkəb və mürəkkəb
157
qısaldılmış sözlərə – maqnitola (maqnitofon + radiola), kermet
(keramika + metall), çepmet (çyornı + metal) aiddir.
Dostları ilə paylaş: |